Təbiət – yaşıl sipərimiz

İnsan  övladının ən böyük zəifliyi   dünyanın   ona xidmət  etdiyini sanmasıdır. Hətta, bütün qidaları, heyvanları və təbiəti özünə təqdim edilmiş bir nemət hesab edir. Kainat dediyimiz bütün içərisində o, özünü digər canlılardan üstün tutur. Ətraf mühitdən istədiyi kimi istifadə edir: yıxır, yox edir. Halbuki, insan övladı bu kainatda zəncirin yalnız kiçik bir hissəsidir. İnsan bunu rədd edərək, əslində, özünə bir həbsxana yaradır.

İnsanın bu yanılmadan xilas olması ən böyük azadlıqdır. Təbii, bu da tam olaraq mümkün olmaya bilər, amma bu səyin özü də bir azadlıq.

~ Albert Eynsteyn

1970-ci il. Rusiyada  qışın müdhişliyindən müdhiş bir səhnə. Yeməyi  qalaqlanmış qardan, buzdan çıxan Qüb ayısı  aclıqdan ölmək üzrədir.  Dəniz  ehtiyatları ilə əlaqəli   könüllü cəmiyyətin əməkdaşı  ayıya yemək verir. Həmin ayının balası isə  minnətdarlığını   bu adamın ayaqllarına sarılmaqla bildirir..

Bundan saha sonra 40-50 il keçir. Nə olsun ki,  həmin mənzərə bu dəfə Kanada da  baş verir.

2017-ci ildə Kanadanın Baffen adasında çəkilmiş görüntülər  mənim diqqətimi bir neçə gündür  cəlb edib.   Marağıma  səbəb olan isə   bundan  da çox-çox əvvəl   təsvirlə tanıdığım   çox yaraşıqlı, əzəmətli görünüşünün düşdüyü son vəziyyətlə bağlı narahatçılıqdır.  Olsun ki, şəkillərin yaratdığı   nəticə bu olsun ki, qoluna, puluna güvənmə, bir gün gələr  taqətdən düşərsən, daha bir  addımla yerə çökərsən.  Qəbulediləndir. Amma daha  üstün fikir budur ki,  bu dünya gözəldir, Allah yaratdığı  insan və  digər canlılar üçün kifayərt edəcək  qədər qida, nemət də yaradıb, özü də yaratdıqları dünyay gəlməmişdən öncə.

Əgər biz təbiətdən düşünülmüş şəkildə istifadə etməsək, onu qorumasaq, yaşatmasaq,   Qütb ayılarının düşdüyü vəhşət iraq-iraq insanlar üçün də ola bilər.

 Şəkillərə diqqət edin:

 Balıqçıların yemək tapmaq üçün qoyub getdiyi çəlləyə güclə gedə bilən Qütb ayısı bir müddət sonra yerə yıxılır.  Ətraf mühitin mühafizəsi üzrə  beynəlxalq   mütəxəssis ola Sea Legacy,  bioloq və fotoqraf Pol Niklen İnstaqramda  yazmışdır: “Həmin anda ağlamağa başladıq və göz yaşlarımız axa-axa ayıya baxmağa davam etdik. O səhnəni  heç vaxt başımdan  çıxara   bilməyəcəyəm.”   

Ayının bu çəkilişdən bəlkə də saatlar sonra öldüyünü bildirən Niklen, qrupunun ayını xilas etmək imkanının olmadığını bildirib. Fotoqraf çəkdiyi görüntülər haqqında “Bu, hələ də ağlımdan çıxara bilmədiyim ürəkağrıdan səhnədir” deyib.

İqlim dəyişikliyinin nə olduğu insanlara göstərmək üçün  bu görüntüləri yayımlamağa qərar verdiyini ifadə edən Niklen  demişdir:  “Son illərdə Arktikanın   bu hissəsində qış fəsli qısaldı və dəniz buzları əvvəlkindən daha tez əriməyə başladı.  Ayılar   balıq və suitiı ovlaya bilmədikləri üçün   qış yuxusuna da  rahat gedə bilmirlər.

 İnstaqramda paylaşılan bu  şəklə  bir istifadəçi yazıb: “Ürək parçalayır! Kollektiv olaraq cavabdeh olduğumuz acı həqiqəti göstərdiyiniz üçün təşəkkür edirik…

…Bunu övladlarınıza göstərməlisiniz. Bəlkə onlar dünyada baş verənləri görsələr, bu baxılarda   dünya üçün nəsə etməyi düşünələr.  Onları başqalarını da dəyişməyə çağırmağa ruhlandırın.” .

Bir  başqa istifadəçi yazıb: “Buna baxmaq çox çətindir! Ürəyimi parçalayır.”

2019-cu ilin qışında usiyanın şimalındakı Rikarpi kəndinə 50-dən çox ağ ayısının yaxınlaşması ilə əlaqədar bütün kütləvi tədbirlər ləğv edilib, məktəblərin  mühafizəsi üçün ciddi göstərişlər  verilmişdi.

Ekspertlərin fikrincə, Çukotka Muxtar Dairəsində Qütb ayılarının kəndə hücumunun əsas  səbbi  iqlim dəyişikliyidir.

Çünki  bölgədəki buzlaqlar   böyük və qalın olmadığından heyvanlar dənizdə ovlaya, quruda qida axtara bilmirlər.

Bəzi ekspertlər isə bildirirlər ki, son illər buna bənzər hallar çoxaldığı üçün, hətta,   kəndi tərk etmək lazımdır.

 Hərdən  mətbuatda   bizim əyalət rayonlarında da  vəhşi heyvanların (canavar, ayı, tülkü)  qış aylarında ictimai yaşayış məskənlərinə yaxınlşması ilə bağlı  məlumatlara rast gəlmişik. Deməli, heyvanların təbiətin qoynunda yaşaya bilməməsi səbəbidir ki, ayı, canavar  insanların  həyət-bacasına daxil olurlar.

Bunu bir  həyəcan, xatırlatma işarəsi  də qəbul etmək olar. İnsanlar bundan nəticə çıxarmalıdır. Təbiətdə  tükənməyən  heç nə yoxdur. Tükənməyən  nemətlər ancaq ən azından götürdüyünün əvəzinə birini   qoymaqla mümkün ola bilər.

 Ölkəmizdə  böyük Yaşıllaşdırma  hərəkatı keçirilsə də  təbiətə laqeyd  münasibətin, qəddarlığın, nankorluğun  miqyası daha  böyükdür. Bir tərəfdən əkirlər, bir tərəfdən  kəsirlər.  Belə təbiət sevgisi olmur. Əgər dünyanın bütün insanları bir nəfər kimi  bir yarpağı  budağından  qoparmayacaqsa, bir çiçəyi əzib keçməyəcəksə, bir bulağın  gözünü qurutmayacaqsa, bax, onda dünya rahat nəfəs alacaq. Müharibə olmayacaq.

Dünya   bu məkanda yaşayan  bütün insanların ümumi evidir.Onu ancaq bütün insanların birgə səyləri və birgə sevgizi ilə  hifz etmək olar.

Sitatlar:

—Biz təbiəti anlaya bilmirik. İnsan da heç bir şey deyil, bunu anlya bilmədiyi üçün qəzəbdən ətrafdakı hər şeyi dağıdıb tökür. Biz yalnız təbiətlə “birlikdə” var ola bilərik. Ondan fərqli, ya da onun kənarında deyilik.

~ Masanobu Fukuoka

—Təbiət “ xoş gəldin” deyən qollarıyla bizə uzanır və bizi onun qadına xas gözəlliyindən həzz almağa çağırır. Biz isə onun sükunətindən ürkür, izdihamlı şəhərlərə axın edirik . Orada eynilə vəhşi bir qurdun qarşısından qaçan qoyunlar kimi, bir-birimizi sıxışdıra-sıxışdıra yaşayarıq.

~ Halil Cibran

—Təbiət bizi əsla aldatmaz: özümüzü aldadan elə bizik.

~ Jean-Jacques Rousseau

—Təbiətdən ayrı qalan insan, qürurlanıb bütün həqiqəti unutmağa başladı və özünü təbiətin hökmdarı hesab etdi. İnsan nə zaman ki, özünü kökündən, mahiyyətində olan “təbiət”dən uzaqlaşdırdı: bədənini dərmanlarla, torpağı isə kimyəvi gübrə və herbisitlərlə doldurdu. Nəticədə,bütün bədənini xəstəliklər bürüdü və ona görə də indi dərman və kimyəvi birləşmələrlə qurtulmağa çalışır.

~ Masanobu Fukuo

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı