Sübhan balamızı təbrik edirik

Təbriklər

Dünən nəvəmin 12 yaşı tamam oldu, bu gün  tələbə yoldaşımın oğlunun 25 yaşı oldu. Feysbuka baxdım ki, Mahirə müəllimənin nəvəsinin də doğum günüdür… Amandır, evlərimiz, ocaqlarımız belə qayğılarla  var olsun.  Hələ bilmədiyimiz  daha nə qədər    balalarımızın, nəvələrimizin doğum günüdür bu gün.

Hamısını təbrik edirik. Hamısının xoşbəxtliyi hamımızın xoşbəxtliyidir.Aliələrinə, xalqımıza layiq sağlam, mənəviyyatlı gənclər kimi böyüsünlər.

Zivər Ağayeva – Şirin nəvə

Qoy hər kəsə qismət olsun,

Qənddən, baldan şirin nəvə

Ömrümüzün bəzəyidir,

Övladdanda şirin nəvə…

Əsildir nəvə, nəsildir nəvə

Övladdan da şirindir, şirindir nəvə

Dövlətdə dəvə, övladda nəvə,

Deyib bu sözü atalar belə…

Şirin-şirindi nəvə, şirindən şirin nəvə,

Övladdan da şirindi, şirindən şirin nəvə…

Yerdə şamdır, göydə ulduz,

İstər oğlan, istərsə qız.

Bir gün məni qoymaz yalqız,

Həyatımın nəbzi nəvə…

Əsildir nəvə, nəsildir nəvə

Övladdan da şirindir, şirindir nəvə

Dövlətdə dəvə, övladda nəvə,

Deyib bu sözü atalar belə…

Şirin-şirindi nəvə, şirindən şirin nəvə,

Övladdan da şirindi, şirindən şirin nəvə…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı