Valideyn guşəsi

Uşağınızın danışma və nitq inkişafında problem olub- olmadığını anlamaq üçün aşağıdakı cədvəli nəzərdən keçirin. Normal dil və danışma inkişafı üçün təməl xüsusiyyətlər aşağıdakılardır:

Yaş, dil və danışma səviyyəsi

Doğuşda ağlayar.

2-3 ay – Dəyişik vəziyyətlərdə müxtəlif şəkillərdə ağlayar, ananın səslənməsinə səs çıxardaraq cavab verir.

3-4 ay- təsadüfi aglamalar müşahidə olunar.

5-6 ay- Ritmik olaraq aglayar.

6-11 ay- Danışma səslərini təqlid edərək aglayar.

12 ay – 1-2 söz söyləyər; şəxslərin adlarını bilir, dost olduğu səsləri təqlid edər, sadə təlimatları anlayar.

18 ay- 5-20 sözü mənalı olaraq istifadə edər.

18 ay – 2 yaş arası 2 sözlük cümlələr qurmağa başlayar, söz ehtiyatı inkişafa başlayar, heyvan səslərini təqlid edər, xeyir sözləri anlar, xoşu gəlməyənlərə acıq verər; “ver”, “aç”, “bitdi” kimi istək və vəziyyət bildirən sözlərlə özünü ifadə edər.

2 – 3 yaş – Bədən hissələrini tanıyar və deyə bilər, öz adını bilir, qısa fikirlər ifadə edər. “Ana getdi!” kimi” təxminən 450 sözlük bir söz dağarcığı olar, qısa cümlələrlə özünü ifadə edər, 3-4 təməl rəngin adını bilir və deyir, böyük / kiçik anlayışını bilir, eyni hekayə və ya məsəli təkrar- təkrar dinləməkdən xoşlanar.

3 – 4 yaş Bir hekayə və ya məsəli izah edə bilər, 4-5 sözlü cümlələr qurar, 1000 sözdən ibarət olan söz ehtiyatı formalaşar: yaşını bilir, soyadını bilir, bəzi şeir və nəğmə misraları əzbərdən deyə bilir, ünvanını, məsələn, oturduğu küçənin adını söyləyə bilər.

4 – 5 yaş – Artıq 4-5 sözlük cümlələrlə axıcı bir şəkildə danışar, keçmiş zamanı ifadə edə bilər , söz xəzinəsi 1500 sözə çatır, rəng, forma, sayı tanıyör, “niyə?”, “necə?”, “kim?” və s. bu kimi bir çox suallara cavab soruşar.

5 – 6 yaş – 5-6 sözlü uzun cümlələr quraraq danışar, söz xəzinəsi 2000 – ə çatmışdır, obyektlər haqqında fikir söyləyə; məsələn, “kürsü taxtadan edilmişdir” kimi ; “içində”, “yanında”, “üstündə”, “yaxında”, ” uzaqda” kimi iştirak bildirən sözlərdən istifadə edə bilər. Ünvanını, telefon nömrəsini söyləyə bilər, eyni və fərqli anlayışlarını anlar, 10 ədəd obyekti saya bilər, sağ və sol əlini bilir, həftənin günlərini bilir və sıra ilə söyləyə bilər. Sadə toplama əməliyyatlarını edə bilər. Məsələn, ” 2 dənə qələmin var idi, 1 dənə də atanverdi, indi neçə qələmin var?” sualını doğru olaraq anlaya bilir. Pulları tanımağa başlayır.

Əgər uşağınızın dil və danışma inkişafının yaşına uyğun səviyyədə olmadığını düşünürsünüzsə , vaxt keçirmədən həkimə müraciət edin və bu mövzudakı narahatlıqlarınızı bildirin. Həkiminiz uşağınızın nitqində hər hansı bir problem olub -olmadığını müəyyən etmək üçün eşitmə testi keçirilməini istəyə bilər.

Əgər uşağınızın eşitmə testində hər hansı bir problem yoxsa, buna baxmayaraq, danışması kifayət qədər inkişaf etməyibsə, dil və danışma pozuqluqları sahəsində çalışan mütəxiəssislərə müraciət etməlisiniz. Olduğunuz şəhərdə danışma terapisti yox isə, uşaqlarla işləyən və uşaqlardakı inkişaf problemlər mövzusunda təcrübəsi olan psixoloq, xüsusi təhsil mütəxəssisi və ya uşaq inkişafı və təhsili mütəxəssisinə müraciət edə bilərsiniz.

Uşaqlarda dil və danışma problemlərinin səbəblərindən ən əhəmiyyətliləri nələrdir:

Uşağın olduğu mühitdə dil inkişafını uyğun şəkildə dəstəkləyəcək stimul olmaması;

uşağın uzun saatlar boyunca televiziya qarşısında tək buraxılması;

inkişaf problemləri, inkişaf geriliyi və ya inkişaf pozuqluqları;

öyrənmə çətinliyi;

eşitmə itkisi;

zəka geriliyi;

Erkən doğuma bağlı inkişaf gecikmələr;

“serebral palsy” kimi nevroloji problemlər;

məşhur inkişaf pozuqluğu – otizm;

yarıq damaq kimi fizioloji vəziyyətlər;

apraksi:

genetik faktorlar, ailədə danışma gecikməsinin olması və s.

Müəllif: Polat M.A; Psixoloq – ailə terapevti

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı