Bizim Bakı gecələri

Nostalji

Ələkbər Ziyatay Bizim Bakı gecələri

Aylı gecə..doğma şəhər,

ətrafına sal bir nəzər.

Yollarını nurla bəzər,

Bizim Bakı gecələri.

Əsər külək sərin-sərin,

Qucağından göy Xəzərin,

Gözəlidir gözəllərin,

Bizim Bakı gecələri.

Bə’zən sakit axarlıdır,

Bə’zən toylu-büsatlıdır.

Göy-göyərçin qanadlıdır,

Bizim Bakı gecələri.

Xoş ətirli yaza bənzər,

Yüz nəğməli saza bənzər,

Qaragözlü qıza bənzər,

Bizim Bakı gecələri.

Bə’zən sakit axarlıdır,

Bə’zən toylu-büsatlıdır,

Göy-göyərçin qanadlıdır,

Bizim Bakı gecələri…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı