Valideyn guşəsi

Uşağınız yemək istəmədiyini deyirsə, bunu promlemə çevirməyin. Ən doğru yol onun istəklərinə açar tapmaqdır. Bu acara nasil olmağın 4 yolu var:

1.Uşaq yemək vaxtını ailəsi ilə bölüşməlidir. Yəni “əvvəl övladımı yedizdirərəm, sonra ailəlikcə süfrəyə oturarıq” deyilməməli, evdə hamı eyni vaxtda süfrə arxasında əyləşməlidir. Yemək süfrəsində müsbət atmosfer olmalıdır .

2. Heç vaxt uşağınızın ağzını zorla yemək üçün açmağa çalışmayın, onu yeməkdən yayındırmayın (məsələn, televizora baxarkən və ya kompüter oyunları oynayarkən), onun arxasınca gedib qidalandırmağa çalışmayın. İki və ya üç gündən sonra rədd edilmiş yeməyi yenidən sınayın.

3. Uşaqlara xoşlamadıqları yeməkləri yedizdirməyin 4 yolu

Rədd edilmiş yeməyi ikinci dəfə sınadığınız zaman ond maraq oyadın. Şifahi və bədən dilinizlə onun yanında yeməkdən həzz aldığınızı ifadə edərək, onu həvəsləndirməyə çalışın (“Hmmm, necə dadlı…” kimi).

4. Onun bəyənmədiyi yeməyi fərqli formada təklif etməyə çalışın. Məsələn, siz balacanız üçün zeytun yağında soğanlı, köklü kartof püresi bişirdiniz və o, bəyənmədiyini və yeməyəcəyini söylədi, rədd etdi. Onda bu pürenin xidmət formanı xoş bir şəkildə dəyişdirin, məsələn,

içinə xırda-xırda doğrayıb pendir və südlü xəmir məhlulu əlavə edin.

Burada iki mühüm məqam var:

1.Uşağın diqqətini cəlb etməli və yemək istəyi yaratmaq lazımdır.

2. Uşaqlar yeməkləri tanıya biləcək şəkildə görmək istəyirlər. Onlar yeməyə baxaraq bəzi yeməkləri pis görüb, onları dadmaqdan imtina edə bilərlər. Bu səbəbdən yeməyi xəmirə çevirmədən süfrəyə verməlisiniz.

Bu üsullar işləyəcək. Lakin unutmaq olmaz ki, uşağa yeni yemək təqdim etmək və ya sevmədiyi yeməyə öyrətmək uşaq xəstə və ya çox yorğun olduqda edilməməlidir.

Qeyd: Yazı türkcədən tərcümə ilə təqdim olunur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı