Görkəmli şəxslərin həyatından

Qəribsoltan xanımın xatirəlırindən:

1907-ci ildə dünyasını dəyişən Həsən bəy ölümündən bir müddət əvvəl vəsiyyət yazıb ehsandan və dəfn xərclərindən imtina  etmişdi:

“Mən Bakı şəhərində yaşayan Göyçay qəzasının Zərdab kəndində torpaq sahibi, saray müşaviri Həsən bəy Məlikov 1907-ci il sentyabrın 20-də, sağlam düşüncə və möhkəm yaddaşla, ölcəyim ehtimalı ilə bu vəsiyyətnaməni tərtib etdim.

Mənim öz əməyimlə qazandığım daşınar və daşınmaz əmlakı öz uşaqlarımdan, qanuni vərəsələrimdən, qohum-əqrabamdan başqa arvadım Hənifə xanım Məlikovaya vəsiyyət edirəm. O, əməyimlə qazandığım, yuxarıda sadaladığım əmlaka ölümümdən sonra öz əmlakı kimi sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək ixtiyarına malikdir.

Adını çəkdiyim arvadım, uşaqlarımı – Səffət və qızım Qəribsoltanı yaxşı saxlamağa və tərbiyə etməyə, habelə ehsan vermək və dəfn üçün xərc çəkmək əvəzinə öz mülahizəsinə görə xalq maarifinin ehtiyacları üçün ianə verməyə borcludur”.

*****

“Ömrünün son illərində Şəhər Dumasında deputat olmasından sonra həyatında gərginliklər daha da çoxaldı. Ona qarşı narazılıq su kəmərinin çəkilməsi ilə bağlıydı. Eşitmişdik ki, şəhərdə su qıtlığı mövcuddur, suyu iri çənlərdə gətirirlər. Su kəməri çəkmək lazım idi. Atam elə hesab edirdi ki, bu məqsəd üçün təmiz dağ suyundan istifadə etmək lazımdır. Lakin onun bu təklifi Dumada erməni Abarsum Məlikov və onun tərəfdarları tərəfindən müqavimətə rast gəldi. Bu adam istəyirdi ki, şəhərə su onun malikanəsi olan Zuğulba çeşməsindən çəkilsin. Bu təbii ki, ona xeyli gəlir gətirəcəkdi. Atam bundan bərk hiddətlənmişdi. Bir dəfə dostları ilə söhbət edərkən demişdi ki, bu dələduz şəhərə özü ilə bərabər qızdırma gətirən su çəkdirmək istəyir. Buna yol vermək olmaz! 

Atamın müqavimətindən narahat olan Ambarsum onun üzərinə o vaxt üçün çox böyük pul sayılan bir neçə min rubl rüşvət göndərmişdi. O gün axşam mən evimizdə buna oxşar fırtınanı heç zaman görməmişdim. Həmişə özünü təmkinli və  nəzakətli aparan atam bu dəfə qarşısıalınmaz vulkana dönmüşdü:
“O məni satın almaq istəyir”, -deyərək dəli kimi bağırırdı. 

Ammma hiyləgər Ambarsum qara yollarla öz məqsədinə çatanda atam o dərəcədə sarsıldı ki, deyərdin uzun illərin xəstəsidir. Baş verənlərdən hey şikayətlənərək anama deyirdi:

-Mən öz uğursuzluğum və məğlubiyyətim üçün ona görə belə sarsılıram ki, hər bir məğlubiyyətim mənafeyini qoruduğum zavallı adamların arasında baş verən saysız-hesabsız qurbanları artırır. 

Evimizdə sonradan məlum oldu ki, Şəhər Dumasında əsl dramatik hadisə baş verib. Erməninin mənfur hərəkətindən sarsılaraq tamam başdan çıxan atam onu yaramaz adlandırıb. 

O da yalandan hay-küy salaraq atamı duelə çağırıb. Həsən bəyi o zaman heyrət bürüyüb:

-Nə?! Sizinlə duel?! Siz sadəcə axmaqsınız.
Atam bu sözləri onun  üzünə çırparaq iclas zalını tərk etmişdi. 

Evə gələndə yatağa uzandı. Onda eyni sözləri tez-tez təkrarlayırdı. “Mən bacarmadım. Başa düşürsən? Adamı dəhşətə gətirən odur ki, bütün bir xalqın sağlamlıq məsələsi həll olunurkən o dələduz utanmadan alicənablıq məzhəkəsi oynadı və ləyaqətsizliklə üstün gəldi”. 

Bu ağır mübarizədən atamın səhhəti günbəgün pisləşirdi”. 

*** Həsən bəy  Zərdabi 1907-ci ilin noyabrın 28-də dünyasını dəyişəndə onu dəfn etmək üçün böyük bir izdiham 10 km-dən artıq yolu qət edərək, onun nəşini çiyinlərində Bibiheybətə aparır. O vaxta kimi Bakı heç vaxt belə izdiham görməmişdi.  Onu Bibiheybətdəki qəbristanlıqda  torpağa tapşırırlar. 1930-cu illərin ağır repressiya illərində qəbiristanlıqdakı məzarları da “repressiya edirlər” (guya yol çəkirlərmiş). Elan verirlər ki, kimin burada yaxınları varsa, gəlib öz ölüsünü aparıb ayrı yerdə basdıra bilər.  Bu məşhur  şəxsiyyətn bütün nəsli  cəlayi-vətən edilmişdi.

Qalan yeganə  varis kiçik qız  Qəribsoltan idi.  Bu biçarə qadın  1-2 fəhlə tapıb  Həsən bəyin nəşinin qalıqlarını çıxarır və bir taxta yeşiyə yığdırır və 1929-cu ildə rəhmətə gedən anası Hənifə xanımın ayaqları altında torpağa basdırır.  Məqsədi  də bu imiş ki,  məzar itməsin. 

1957-ci ildə Bakıdakı   qəbiristanlıqlarda axtarışa başlasalar da    nəticə yox idi, son anda   Nənifə xanımın ayaqları altında bir vaxt Həsən bəyin  sümükləri basdırlmış taxta yeşiyə  rast  gəlirlər və  əmin olurlar ki, Həsən  bəyin  sümüklərindən ibarət məzarı budur. Yaxınları  Həsən bəyin sümüklərini  göz yaşları ilə toplayb   Fəxri Xiyabana köçürürlər.

Həsən bəy Zərdabinin  dəfn mərasimində  Əhməd bəy Ağaoğlu demişdir:

“Ey, bu, nə vətəndir  müqəddəs Ruh, sən ki gedirsən o dünyaya, əvvəla, bizdən babalarımıza salam deyərsən.Sonra da babalarımızın yaxasından tutub soruşarsan ki, ay kişilər, bu, nə vətəndir  bizə qoyub getmisiniz? Vəzifəlisi oğru, məmuru rüşvətxor, bir-iki ziyalısı var, onlar da bir-biri ilə didişirlər. Eyvah, nə bu irs olaydı, nə də biz!”

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı