Torpaq mikrobiologiyası sahəsində ilk azərbaycanlı qadın alim – Həbibə Süleyman qızı Qasımova

Məşhur qadınlar

    24 avqust Azərbaycan Respublikasının Əməkdar elm xadimi, torpaq mikrobiologiyası sahəsində ilk azərbaycanlı Torpaq mikrobiologiyası sahəsində ilk azərbaycanlı qadın alim – Həbibə Süleyman qızı Qasımovaqadın alim — biologiya elmləri doktoru, professor Həbibə Süleyman qızı Qasımovanın doğum günüdür.

Həbibə Qasımova 24 avqust 1922-ci ildə Bakı şəhərində anadan olub. 1939-cu ildə orta məktəbi bitirmişdir. 1944-cü ildə Azərbaycan Dövlət Universitetini “Fərqlənmə” diploma ilə bitirmişdir. Universitetdə oxuduğu müddətdə fakültənin komsomol katibi, partiya bürosu katibi və universitetin komsomol komitəsi katibinə qədər yüksəlmişdir.

1945-1948-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil almış, 1949-cu ildə “Azərbaycanın penisillin əmələgətirən göbələkləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

Həbibə Qasımova 1963-cü ildə “Qazıntı üzvi maddələrin torpağın mikroflorasına təsiri” mövzusunda dissertasiya müdafiə edib biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.

1965-ci ildə professor elmi dərəcəsi almış, 1980-ci ildə Azərbaycan SSR Əməkdar elm xadimi adına layiq görülmüşdür.

1965-ci ildən 1967-ci ilə qədər Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin dekanı olmuşdur.

1967-ci ildən Azərbaycan Dövlət Universitetinin ibtidai bitkilərin sistematikası və mikrobiologiya kafedrasının müdiri olmuşdur.

150-dən artıq elmi əsərin, 5 tədris kitabının, 2 ixtiranın müəllifidir. İllinoys ştatı (ABŞ) Elmlər Akademiyasının həqiqi üzvü idi.

Həbibə Qasımova 18 noyabr 2014-cü ildə Bakı şəhərində vəfat edib.

Leave a Reply