Mövqe

Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarının bir vacib prinsipi də budur ki, jurnalist istər yazılarında, istən nitqində vulqar ifadələrin, jarqonların işlədilməsindən çəkinməli, Azərbaycan dilinin zənginlışməsinə öz töhfəsini verməli, eyni zamanda onun təmizliyinin qorunub saxlanılmasına çalışmalıdır. Amma kütləvi informasiya vasitələrində bu hal hər gün pozulur. Bir çox saytlarda , özəl telekanallarda bununla bağlı çoxlu sayda faktlar var, nümunə deməyə də adamın dili gəlmir və heç yerinə də düşmür.
Onlardan bir neçəsini diqqətinizə çatdırıram:
1. Zaurdan həmkarlarına SƏRT SÖZLƏR: “Sizin verilişləri cibimə qoyaram” – VİDEO
2. Zaur Baxşəliyevdən ağır sözlər: “Sənin anan, bacın…” + VİDEO
3.”O aparıcı qız deyil, min hoqqadan çıxır” – Tolikdən tükürpədici AÇIQLAMA

Özəl televiziyaların zorla televiziya əməkdaşı etdiyi Tarix (Tolik) Əliyev “Tarixin bir günü”ndə səsləndirdiyi fikirlərə baxın:
“Şou-biznesdə aparıcılar, müğənnilər var ki, onların pərdəarxası daydayları, saxlayanları var.
Tolik bildirib ki, hər kəsin “yaxşı qız” kimi tanıdığı aparıcılar var ki, əslində min hoqqadan çıxırlar:
“Bunu biz şou-biznes əhli bilirik, adi camaat bilmir. Çünki elə aparıcılarımız var ki, efirə mələk cildində çıxırlar, deyirsən ki, bunun ətəyində namaz qılmaq olar, qızdır, amma biz bilirik ki, o, qız deyil, qızdırmadır. Bildiyimizə görə onlara qarşı bizim nifrətimiz, onlara qarşı bizim antipatiyamız olur”.

Fikir verirsinizmi, bu aparıcı verilişinin formatından nə qədər kənara çıxır. əz
ələn, verilişin adına baxın: “Tarixin bir günü”. Bizim saytımızda da belə rubrika var: “Tarixdə bu gün”. Yəni, ilin hər günündə dünyada, əsasən, Azərbaycanda baş verən mühüm tarixi hadisələr , məşhur şəxsiyyətlərin həyatı haqqında məlumatlar veririk. Amma Tarix Əliyevin verilişinin adndakı “tarix” sözü fakt və hadisələrin məcmusu deyil, aparıcının bir gününü ifadə edir. Kimə lazımdır şou aparıcının bir günü?
İş burasındadır ki, cəmiyyət tərəfindən qınaqla qarşılanan belə verilişlər mətbuat səhifələrində də tiraşlanır.
Sözün, ekranın ideoloji təsir gücü tam tərsinə işləyir.
Zaur Baxşəliyev də belə, Zaur Kamal da belə, Sərxan Kərəmoğlu da belə, Elgiz də belə, Əli Mirəliyev də belə.
Mətbuat ki bu səviyyədə davam etməkdədir, adamın ağlına 100 fikir gəlir: ya tükəniblər, mövzu tapa bilmirlər, ya da dolayısı ilə onları şou psixologiyası yaymağa yönləndiriblər. Bu nu onların qulağına pıçıldayıblar. Məgər xalqın əmək adamı, alimi, müəllimii, ağbirçəyi, ağsaqqalı tükənibmi ki, bu gün söz deyən, yol göstərən, baş qatan, əsasən, şou nümayəndələridir.
Zaur Baxşəliyev kimdir ki, hansısa mətbuat ona istinadən belə sərlövhə verilsin: ” Zaur Baxşəliyevdən ağır sözlər: Sənin anan, bacın…”. Niyə ana, bacı varlığını ifadə edən sözlərdən sonra 3 nöqtə qoyulmalıdır?
Zaur Baxşəliyev adi bir aparıcıdır, Əbülfəz Qarayevin vaxtında fəxri ada namizədliyi verilib, olub “Əməkdar mədəniyyət işçisi”. Bu da öz yerində.
Axı sənin məntiqsiz olmağın bir yana, belə ağır sözlər deməyə ixtiyarın yoxdur.
Zaurun eyni ritorika ilə daha bir çağırışı : “Zaurdan həmkarlarına SƏRT SÖZLƏR: “Sizin verilişləri cibimə qoyaram”
Belə media vasitələri, əslində, ancaq Zaurun, Elgizin, Sərxanln, Tolikin cibinə yerləşər.
Mətbuat, televiziya reytinq xatirinə heç nəyin fərqində olmadan, istədiyini tirajlayır.
Həmkarlarının verilişlərini cibinə qoyan Zaurun sonuncu yazısından bir abzası diqqətinizə çatdırıram : “Ailəyə müdaxilə olanda dağılır. Ər ərliyini icra etməyəndə olur. Hər şey ər tərəfindən, ömrünü bağlamaq istədiyi insan tərəfindən oldu. Ömrünü, günün bağlamaq istədiyi adam tərəfindən edilir. Atasını, anasını, doğmalarını qoyub qapısından içəri girdiyi insan tərəfindən olur. Qadınlar niyə bu qədər əzilməlidir? Nəyə görə bunu haq edib? Sənin anan, bacın qadın deyil? Bir qadını hansı həddə çatdırmaq lazımdır ki, ağır söz desin? Anana qadın kimi baxırsan, başqasının qızına, uşaqlarını dünyaya gətirənə dırnaqarası baxırsan? Alınmır, adam balası kimi denən alınmır. Burdan sığal çək, ordan təhqir et. Bir kişi qadına bunu edərmi?.”

Çoxlu sayda sual cümləsi qurmaqla ritorika yaratmaq istəyir, o da belə süni alınır. Belə savadla hansı verilişi cibə qoymaq oalr?
Türkiyəli ssenarist Hakan Gündayın aşağıdakı fikirləri günümüz üçün necə də doğrudur: “Yerimək əvəzinə avtomobillərdən istifadə edən, düşünmək yerinə televiziya seyr edən, idman etmək əvəzinə “Mempunyai Station” oynayan, kitabxana dəhlizləri əvəzinə internet saytlarında gəzən uşaqların yetkinləşməsi gecikir”. Uşasqlar gələcəyimizsə, belə auditoriyalar necə vətəndaş yetişdirəcək?
Sabunçu rayonunda 5-ci sinif şagirdinin əndazəni aşmış əməlləri irsi deyil. Televiziya, sosial şəbəkələr, internet texnologiyaları gənclərin və yeniyetmələrin asudə vaxtlarını əyləncə psixologiyasına sürükləyirsə, onda mənəvi tərbiyə yönümündə nəsə yazan, nəsə hazırlayan əsl söz və ideya sahibinin fəaliyyəti heç bir səmərə veməyəcək. Biri maarifləndirməyə, zənginləşdirməyə səy edir, biri reytinq naminə hansısa mənbələrin arxasında gizlənərək intim duyğuları körükləyir.
Unutmaq olmaz ki, uşaq püxtələşdikcə, onun qanında, canında olan əxlaqi və dini dəyərlər, ailənin öyüd-nəsihətləri ətraf mühitin, xüsusilə bugünkü şou mətbuatının, şou kanallarının və sosial şəbəkələrin təsirinə məruz qalır.
Nu cür mətbuat, televiziya maarifçilik tribunası deyil, qəzetçilik sənayesidir.
Bu sənayenin məhsulları arasında dağıdıcı çox şeylər var. Məsələn, uşaqlar mübarizələrlə dolu həyata deyil, kinolarda gördüyü pullu, əyləncəli macəralı həyata meyillənir, sonda isə cinayətə yuvarlanırlar.
Və yaxud bəzən mafiya nümayəndələri və başçıları kriminal süjetlərdə və yazılarda uşaqlara mehriban, rəğbətli bir insan kimi təqdim olunur. Belə insanların əlində cəngavər oğullar, hətta asayiş keşikçiləri gülünc şəkildə təqdim olunur….
Uşaqlar çox vaxt özlərinə televiziya seriallarının qəhrəmanlarını model seçir, onları necə gördüklərini öz həyatlarında əks etdirməyə başlayırlar.
Belə hallarda uşaqların davranış və hərəkətləri aqressivləşir. Çünki uşağın onun həyatına daxil olan mənfi meyilləri idarə etmək qabiliyyəti çox zəifdir. Ona görə də,
istər mətbuat, istərsə də televiziya reytinq dalınca, populyarlıq dalınca qaçaraq şou psixologiyası , dəhşət saçan kriminal yaymamalı, gələcəyimiz olan uşaqların uğurlu sosiallaşmasına töhfəverən proqram və layihələr hazırlamalı, bu işləri peşəkarlara tapşırmalıdır. Üzərinə maarifləndirmək, ictimai ideallara təşviq etmək, duyğulandırmaq, ruhlandırmaq, qəhrəmanlığa, humanizmə çağırış kimi ali məqsədlər götürmüş mətbuat və televiziya hər bir yazıya, hər bir verilişə təkcə jurnalistika qarşısında deyil, həm də cəmiyyərt qarşısında məsuliyyət nümayiş etdirməlidir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.