Faydalı məsləhətlər

1. Boşanar-boşanmaz, hər şeylə mübarizə etməyə çalışmamalıdır. Birincisi, bu itki nəticəsində istər sizdə, istər ailənizdə ciddi bir sıxıntı olacaq. Belə güclü mənəvi təlatüm dövründə qərar qəbul edilməsi uyğun deyil.
2. Sizin qərarlarınız yeni həyatınızı formalaşdırır. Beləliklə, tələsmədən, sakit başla qərara gəlin.
3. İşi olmayan, evdar qadınların iş tapması, stresdən çıxmağa kömək edəcək, özünə inamı artıracaq.
4. Evdə ayrıldığınız ərə aid heç bir ev əşyası saxlamayın, bu, uğursuz birlikdən uzaqlaşmağı sürətləndirəcəkdir.
5. Uzun zaman dəyərləndirmədiyiniz özünəinamı tam dirçəldin.
6. Evlilik dövründə etmək istədiyiniz, amma vaxt və imkanınız olmadığından qapatdığınız fəaliyyətləri yenidən dirçəldin.

7. İmkanınız varsa, qısa bir səyahət edin.
8. Ailənizlə daha sıx görüşün, onların dəstəyini alın.
9. Yaxın dostlarınızdan uzaqlaşmayın. Onlarla əlaqə saxlayın.
10. Yeni insanlarla tanış olmaqdan çəkinməyin. Yeni münasibətlərdə sərhədlərinizi və qanunlarınızı özünüz müəyyənləşdirin.
Münasibətlərdə tələsik davranmayın!
11. Məşq edin, bu, həm bədən, həm də ruh vəziyyətinizə yaxşı təsir edəcəkdir.
12. Spirt və siqaretdən uzaq durun.
13. Sağlamlıq problemlərinizə hər zaman diqqət yetirin.
14. Keçmiş həyat yoldaşınızın həyatınıza müdaxilə etməsinə icazə verməyin.
15. Ruhi halınız uzun müddət gərginlikdən çıxmamışsa, mütləq bir psixiatrdan kömək alın.
Qeyd: Türkcədən tərcümə ilə təqdim olunur

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.