Qadın, ana, ailə dəyərləri

Ümumi olaraq götürsək, evliliyin ilk 2 ili uyğunlaşma dövrüdür. Bu 2 – 3 ili   mümkün qədər  həssas olmalı, hər zəhmətə qatlaşmalı, arzu etdiyiniz ailəni formalaşdırmağa can atmalısınız.  Hələ  ailə xoşbəxtliyini yaşaman   boşanmaqdan, ayrılmaqdan söz-söhbəti  dilinizə gətirməməlisiniz, onu  mümkün ola biləcək  qərar kimi  çüurunuzdan hər zaman uzaq tutmalısınız.

Evliliyin ilk mərhələsində, lazım olan səylər göstərilmədən boşanma qərarı alınmamalıdır. Bu həssas proses, əmək, ünsiyyət, paylaşma və qarşılıqlı həll inancı ilə mümkündür.

Cütlüklər ilk illərdə bütün evliliklərdə olduğu kimi, yaşanan problemləri yalnız özlərinin yaşadığını zənn edirlər. Belə olunca da “yoldaşım doğru insanmı?” sualı daim onları təqib edər, izləyər. Əgər bunu  gəlin gələnə kimi bilməmisinizsə, evlilik həyatı başlayandan sonra  təlaşa düşmək gecdir, yersizdir. İndi ailə xoşbəxtliyinin  bir yolu var, ikiniz də   birgə mübarizə və  səylə    onu qəlbinizə, evinizə doldurmalısınız.

Təkliflər:

Evliliyin ilk mərhələsində , başqa cür desək, ayaqqabınızı çıxarıb evə girəndə subaylıqdan gətirdiyiniz hər növ mühakimələri, nizamı  bir kənara qoyub  yeni addım atmalısınız.

Bu dövrdə problemlər, əsasən, bir-birini doğru anlamamaq  və yeni ev, ailə qayğıları  ilə  əlaqədar çətinliklərdən qaynaqlanır.

Amma bilməlisiniz ki, problem  evlilik həyatı, yeni qayğılarla deyil, qurduğun ailənin  xoşbəxt olması üçün heç bir zəhmət çəkməmək, romantik həyat yaşamaq xəyallarınızdan  qaynaqlanır.

Unudulmamalıdır ki, evlilik ünsiyyət sənətidir. Tərəflər yalnız qarşılıqla anlaşma, birgə səy və birgə istəklə səadətlərini qurmalıdır. Onda öz təbii həllini tapmış ailə həyatı  üçün heç bir problem olmayacaq, birgə yaratdığınız səadəti  birgə də yaşayacaqsınız.

Problemlərdən danışarkən  “mən” sözü ortaya gəlməməli,   kimsə kimi günahlandırmamalı, bunu bir  narazılıq yaranan kimi qarşı tərəfin üzünə vurum özünü  təmizə çıxarmamalıdır. Məsələn, sən  atangilə bir ayda 2-3 dəfə getmisən, amma mən 2-3 aydır ki, bir dəfə də getməmişəm. Sən hər gün evdən  çıxıb axşam qayıdırsan.Amma mən axşama kimi evdə qalıram, ev işləri görürəm, yemək hazırlayıram və s.

Pul mövzusunda  yoldaşınıza qarşı dəqiq olun. Ərin əməyinə və qazandığına  həmişə diqqətli olun. İsrafçı olmayın, bədxərclik etməyin.Bu mövzuda  problem hiss etsəniz, gizltməyin, onunla paylaşın. Aranızdakı etibar və anlaşma  hissini  həmişə canlı saxlayın.

Subaylıq dövründəki yoldaşlıqlarınız və əlaqələrinizlə əlaqədar  yoldaşınızla birlikdə qərar qəbul etməlisiniz. Yoldaşınız bütün yoldaşlarınızı sevmək və sizin qədər səmimi olmaq məcburiyyətində deyil.

İntim həyat mövzusunda  yaşanan problemi güc və ego ilə eyniləşdirməyin.  Səmimi münasibət yarada bilmisinizsə, bir-birinizin cəfakeşi olduğunuzu hər niyyətinizdə sübut edirsinizsə,  bunu deməyə, gözləməyə ehtiyac qalmaz.  Hisslər özü   ülfətin, ünsiyyətin axarına qovuşdurur.

Birlikdə  və ya tək özünə harasa  getmək mövzusunda diqqətli olun. Hər zaman sizin istədiyiniz yerə getmək doğru yanaşma deyil.    Ailə, həyat yoldaşı  məsuliyyəti var.   Həyat yoldaşınızın rolu  qəbul edilməklə , üstün tutulmaqla çox arzularızı  yerinə yetirə bilərsiniz.Siz demədən  sizi  ata evinə apara bilər, özünüzün getməyinə zərrə də narahat olmaz, lap özü aparıb qoya bilər, razılaşdığınız vaxtda da gəlib götürər. Əsl qadın da budur ki, evlilik xurallarını  qoruyaraq   öz arzularını da  həyata  keçirir.

Ailə həyatının ən vacib şərti  anlaşma, etimad və cavabdehlik  şərtidir.

Evlilik bir qayığın iki kürəyi var kimi qəbul etməlisiniz

Evlilik həyatı  qayıq idarə etmək kimidir. Bu qayığın iki kürəyi var. Hər yoldaş öz kürəyini çəkmək məcburiyyətindədir. Onlar müəyyən nisbətdə çəkilmədiyi zaman qayığın yol alması (evliliyin getməsi) mümkün deyil. Əgər yalnız bir yoldaş kürəyi çəksə, onda qayıq kürəyi çəkənin istiqamətinə dönər. Qayıq sürmək  həm də çətin olar. Bu, o deməkdir ki, bir evliliyi təkbaşına icra etmək yanlış və qayığı təkbaşına idarə etmək qədər yorucu və əziyyətli olacaqdır.

Sağlam bir evlilikdə yoldaşlar müəyyən nisbətdə kürəkləri birlikdə çəkmək məcburiyyətindədirlər. Əks təqdirdə, evlilik hədəflərinə çatmaq mümkün olmur.

Əgər evlilik daha məzmunlaşmırsa, problem evlilikdə (qayıqda) deyil, birlikdə kürək çəkə bilməməkdədir. Bu vəziyyətdə qayığı dəyişdirmək (yeni bir yoldaş və ya partnyorla yeni birlik başlamaq) vəziyyəti dəyişdirməz. Məsuliyyətini yerinə yetirməyən bir qadın, kişi   başqa  evlilikdə də  eyni xasiyyətdə olacaqdır.

Kaç  hər kəs demədən, ikinci tərəfi köməyə çağırmadan   öz kürəyinə sahib çıxaydı, onu çəkmək borcunda nəyisə unutmayaydı,  çaşmayaydı, onda bu qayıq    ta sona kimi  yoluna heç bir təhlükəsiz, qəzasız davam edəcək.

Sevgi dənizində səyahətiniz davam etsin diləyi ilə…

Qeyd: Yazı tərcümə ilə hazırlanmışdır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı