Məşhur qadınlar

1848-1852-ci illərdə Şərqdə ən böyük xalq hərəkatına çevrilmiş, İran taxt-tacını lərzəyə salmış babi üsyanlarında minlərlə qadın da iştirak etmişdir. Onlar ərlərinə, oğullarına kömək edir, onlarla çiyin-çiyinə düşmənə qarşı düşmənlə mübarizə aparırdılar.

1850-ci ilin mayında Zəncanda babilərin üsyanı başlayır. Şəhərin doğu hissəsi üsyançıların, batı hissəsi isə hökumətin əlində idi. Üsyanda on beş min babi, sənətkar, kəndli və tacirlər iştirak edirdi. Üsyana Zəncan babilərinin başçısı Molla Məhəmməd Əli, tacir Hacı Abdulla, çörəkçi Hacı Abdulla, dəmirçi Kazım, Din Məhəmməd və Məşədi Süleyman rəhbərlik edirdi. Üsyanda kişilərlə yanaşı qadınlar da iştirak edirdi. Onlar üsynçıların paltarlarını yuyur, xörəklərini bişirir və hətta döyüşürdülər.

Qiyamçılar şəhərin çox hissəsini əllrinə keçirərək doqquz ay müqavimət göstərmişdilər. Həmin üsyanda öz igidliyi ilə seçilən Rüstəmə adlı gənc bir qız da olmuşdur. Tarix elmləri doktoru, professor Zülfəli İbrahimov bu qəhrəman qız haqqında yazmışdır: ” …son dərəcə şücaətli olduğuna görə insanlar bu qıza ”Şahnamə” poemasının qəhrəmanı Rüstəmin adına uyğun olaraq “Rüstəmə” adı vermişdi. Xalq ona “Rüstəmə” deyirdi.”

Rüstəmə kişi paltarı geyərdi. O, qılınc və silahlarla çox sərrast hərəkət edirdi, atdığı güllələr heç boşa çıxmazdı. Zəncan üsyanının rəhbəri Məhəmməd Əli ğzünə ən yaxın silahdaş hesab etdiyi bu qoçaq qızı üsyançılar dəstəsinə sərkərdə təyin etmiş və böyük bir istehkamın müdafiəsini ona tapşırmışdı.

Şah qoşunları dəfələrlə hücum edib Rüstəmin müdafiə etdiyi istehkamı ələ keçirməyə çalışsalar da, buna müyəssər ola bilməmişdilər. Rüstəmənin dəstəsi öz mövqelərini yalnız müdafiə etməklə qalmayıb dəfələrlə istehkamdan çıxaraq ildırım sürəti ilə düçmən tərəf üzərinə şığıyır və onlara sarsıdıcı zərbələr endirirdilər.

Rüstəmə olduqca cəsarətli və qorxmaz bir qadın qəhrmanı idi. O özü şəxsən bir neçə dəfə əlbəyaxa, eləcə də qılınc davasına girişmişdi.

Müasirləri Rüstəməni Fransa tarixinin qəhrəman qadını Janna Darkla müqayisə edirdilər. Rüstəmə döyüşdə deyil, yatdığı yerdə casus əli ilə öldürülmüşdür.

Mənbə: Sabir Gəncəli; Hər sətirdə bir tarix; Bakı-1994

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı