Baş redaktor

Hələ 2018-ciildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Uşaqların zərərli informasiyadan qorunması” haqqında Qanunun icrasında dövlət orqanları arasında səlahiyyət və vəzifələrin bölüşdürülməsi ilə bağlı fərman vermişdir. 2020-ci il yanvarın 1-dən isə həmin Fərman Qanun olaraq qüvvəyə minmişdir.
Bu Qanuna görə, internetdə, onlayn resurslarda, mediada, audio-vizual məkanda, sosial şəbəkədə, mobil applikasiyalarda aşağıdakı məsələlərin tirajlanması zərərli informasiya kimi qəbul edilir:

– Zorakılığı və qəddarlığı təbliğ edən informasiya;
– Cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya;
– Uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya;
– Ailə institutunu nüfuzdan salan informasiya;
– Əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya;
– Pornoqrafik xarakterli informasiya.
Müəyyən yaş qrupuna aid uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan informasiyalara isə aşağıdakılar aiddir:
– zorakılığı və qəddarlığı nümayiş edən informasiya;
– qeyri-məişət leksik (jarqon) məzmunlu informasiya;
– qorxu məzmunlu informasiya;
– erotik məzmunlu informasiya.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.