İbrət

Övladın anaya olan sevgisi ananın övlada olan sevgisindən təsirli imiş Bəlkə də çoxunuz bunu bu yazını oxuyndan sonra da qəbul etməyəcəksiniz. Sovet dövründə yaşayıb təhsil almışlar, hətta, Ənvər Məmmədxanlının “Buz heykəl”ini nümunə göstərəcək ki, bəs buna sözün? Etiraz etmirəm, çoxlu sayda belə nümunə yenə göstərilə bilər.Yəni, mən demirəm ki, ana övladını elə də çox sevmir. Əsla. Ana sevgisini ölçə, çəkə bilən heç bir ölçü cihazı və yaxud ölçü vahidi yoxdur. Amma türk saytlarından birində rast gəldiyim bu video məni bir başqa ruhda da köklədi. Heç uzağa getməyək. Elə bizim ölkədə Kütləvi informasiya vasitəlrindən çoxlu belə hadisələr bilirik ki, ana övladını zibilliyə atıb gedib, küçəyə atıb gedib.

Xoşbəxtlikdə Allah onlara bir xeyirxah tuş edir, həmin xeyirxahın vasitəsilə atılmış bu zavallı xüsusi məntəqələrə təhvil verilir. Təqdim etdiyimiz şəklə diqqətlə baxın. Bizim şəfqət ocaqlarımızın birində qayğı ilə böyüdülən bu qızın valideynlərinin, xüsusən anasının , görəsən, öz qızından heç xəbəri varmı? Dilsiz-ağızsız heyvan balası anasız yaşamağın çətinliyini dərk edib göz yaşları axıdır, böyüklər kimi aksiya keçirir. Amma ana aöz yavrusunun göz yaşlarına məhəl qoymur. Belədirsə, onu da yavrusunun axan göz yaşlarını düşünə bilirmi?

Bu hadisə    Çində baş verib.  Şandun  bölgəsində bir heyvanat  parkında dünyaya gələn körpə fil  anası tərəfindən laqeyd qarşılanır:  Ana fil  yenicə doğulan balasını qəbul  etmir, ona süd verməkdən imtina edir  və hətta balasını   ayaqlayaraq öldürmək istəyir.  Baxıcılar bunun qarşısını alsalar da,  təkrar görüşdə də ana  fil öz qəddarlığını dönə-dönə təkrarlayır.  Sonra yenə onu anasının yanına aparırlar. Ancaq ana yenə balasını  ayaqları ilə əzməyə qalxdı və  baxıcılara tam aydın olur ki, ana öz balasını istəmir.   Belə olduqda bala fili  məcrubən   anasından uzaqlaşdırırlar.

 Anası tərəfindən rədd edilən və tək qalan  bala fil bu hadisədən sonra fasiləsiz  olaraq 5 saat ərzində ağlayır.

Ağlamaqdan gözləri qızaran balaca filə zoopark əməkdaşları  nə qədər yardım etməyə çalışsalar  da heç nəyə nail ola bilmirlər.

 Belə olduqda  zoopark əməkdşları  arzuolunmaz bala filin yaşayış  yeri dəyişdirilir .

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı