Maraqlı məlumatlar

18-ci əsrdə Fransada olmuş hadisədir. Marie 10 yaşında meşənin dərinliklərinə getmiş və qayıda bilməmişdir.Marie meşədə qaldığı müddətdə quş, qurbağa, bitki kökləri ilə bəslənmiş, qurdlar və digər yırtıcılarla üz-üzə qalaraq həyatda qalmışdı. Tapılanda danışa bilmir, yalnız qışqırıq salır və dişlərini gıcırtılar qıcarırdı.

1937-ci ildə Polşa kraliçası Fransada ova gedərkən Marienin də aparır. Marie çox sürətli hərəkət edir, dovşanları asanlıqla tutub gətirirdi. Sonralar illərdə Marie fransızca danışmaq, oxumaq və yazmaq öyrəndi.
Marie 1775-ci ildə 63 yaşındaykən Parisdə vəfat etmişdir.
Bu zavallının adı isə Marinadır. O, 1954-cü ildə naməlum şəraitdə qaçırılmışdı. Qaçıranlar onu bir meşəyə ataraq getmişlər. Marina burada bir meymun ailəsi ili birlikdə 5 il yaşamış, daha sonra ovçular tərəfindən rast gəlinərək ələ keçirilmiş və aidiyyəti üzrə təqdim olunmuşdur.
Şamdeonun hekayəsi bir az daha fərqlidir. O, 1972-ci ildə Hindistanda bir meşəlikdən tapılmışdı.
Sən demə, o, yemək əldə etmək üçün heyvanlarla döyüşmək məcburiyyətində qalmışdı və bununla “vəhşi mühit”də həyatda qalmağı öyrəndi. İnsanlarla heç bir əlaqə qurmamışdı. Şamdeon 4 yaşında qurd balaları ilə oynayırdı. Dişləri xeyli irəli çıxmışdı və iti idi, uzun dırnaqları vardı. Həyatının sonuna kimi danışmağı öyrənə bilməmişdi.
1985-ci ildə vəfat etmişdir.
Johan Ssebunya (Uqanda)1988-ci ildə 3 yaşındaykən evindən ayrı düşüb. Həmin vaxtdan bir daha da kimsə görməyib. 3 il sonra isə insanlar ona meymunlarla oynayan halda rast gəlmiş və 6 yaşlı uşağı özləri ilə götürmüşlər. Bu zaman Yohan bir meymun kimi gəzir, atılıb-düşürmüş.

18-ci əsrin lap sonlarında Saint Sernin Sur təsadüfən Rancedə tapılmış, lakin çox keçmədən yenidən qaçmışdı. 8 yanvar 1800-ci ildə təkrar tutulduğunda artıq təxminən 12 yaşında idi. Bu zaman onun bütün bədəni zədəli idi və bir söz belə danışa bilmirdi. Keçmişi ilə əlaqədar çox az məlumat olan Victoru təxminən 7 il bu şəkildə yaşamışdır. Parisdə bir institutda 40 yaşlarındaykən həyatından köçmüşdür.
1912-ci ildə bir bəbir tərəfindən aparılan bu oğlan uşağı 3 il sonra bir ovçunun həmin bəbiri ovlaması nəticəsində tapılmışdı. Ovçu onu bəbir balaları ilə tapdığında uşaq 5 yaşında idi. Soraqlaşıb onu Hindistandakı ailəsinə vermişlər. Kiçik olmasına baxmayaraq, yetkin bir uçaq qədər hər cür zəmində rahatlıqla hərəkət edə bilirdi. Amma danışa bilmir və ona yaxınlaşmağa çalışan hər kəsi dişləyirdi. Tədricən danışmağı və düzgün şəkildə getməyi bacardı. Daha sonralar xəstələnərək kor omuş və valideynlərinin yanında vəfat etmişdi.
Onu övladlığa götürən kolumbiyalı ailəsindəki qardaşı Nancy Forero Eusse bacısının kiçik ikən qaçırıldığını, meşədə meymunlarla yaşadığını qeyd etmişdi. Uzunçəkməli adamlardan qorxduğunu və çox danışmaq istəmədiyini də qeyd etmişdi.
Əmisi oğlu Carlos Velasquez də Marinanın xatirələrini kitaplaştırması üçün uzun müddət razı etməyə çalışmış. Kiçik bir qızkən ağacdan ağaca atlayan, əlləriylə heyvanları tuta Marinanın bu davranışları ana olduqdan sonra da davam etmiş. Hətta uşaqlarını meymun kimi yetişdirmiş.
Marcos Rodrguez Pantoja 7 yaşından 19 yaşına qədər İspaniyadakı Sierra Morina dağlarında canavarlarla birlikdə yaşayıb. O, heyvanlarla ünsiyyət qabiliyyəti ilə hamını heyrətə salırdı.

Marcos öz maraqlı həyat tarixçəsini qısaca belə danışırmış: “Bir neçə canavar balası görmüşəm və onlarla oynamağa başladım. Canavarları təqib etdim. Davamında bir mağaraya girdik. Orada yatıb qalmışam. Sonra bir dişi canavar gəldi. Gözlərini üzümə dikdi. Gəldi və məni yalamağa başladı. Artıq ailənin bir üzvü idim. “
Qeyd : Yazı internet mənbələrindən tərcümə ilə hazırlanmışdır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.