Görkəmli şəxslərin həyatından

Yusif Vəzir Çəmənzəminli gənc yaşlarında Aşqabadda Asya adlı bir gözəl qıza aşiq olur. Qız da onu sevir. Çox keçmir ki, yoldaşları da bu sevdadan xəbər tuturlar.
Bir gün dostlar bir gizlinə çəkilib xəlvəti Kaxetiya şərabı içirlər. Yusif Vəzirə nə qədər təkid edirlərsə, içmir.
Dostlardan biri deyir ki, bu qədər də fanatiklik eləmə, cavanlıqdır, iç, bir az şənlən.
Yusif Vəzir də cavab verir ki, mən ömrümdə dilimə içki vurmamışam, odur ki, andımı pozmayacağam.
Bunu eşidən həmin dost badələrə şərab süzüb qədəhin də birini ona uzadır:
– İçək Asya xanımın şərəfinə.
Yusif Vəzir gülümsəyərək qədəhi alır:
– Yaşasın- söyləyərək ömründə ilk dəfə şərab içir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.