Günümüz-güzəranımız

  Noyabr ayının  11-də Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə  “Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə” imzalanmışdı. Türkiyə Respublikasının təşəbbüsü ilə hazırlanan Bəyannaməni Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Macarıstanın Baş nazirinin xanımı Aniko Levai imzalayıblar.

 Dünyamızın, insanlığın  nicatı üçün böyük insanlar daim narahatdırlar. Daim  bu narahatçılıqlarını əməli fəaliyyətə keçirmək üçün  təşəbbüslər, layihələr irəli sürürlər.

 Biz bu layihənin mahiyyətivə gedişi ilə bağlı müşahidələrimizi saytımızda ifadə etmişik. 

 Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə  tullantıların azaldılması, təkrar istifadəsi və təkrar emalına yönəldilməsi təşəbbüsüdür və  2017-ci ildən başlayaraq IDEA tərəfindən müxtəlif yerlərdə yerləşdirilən təkrar emal qutuları vasitəsilə minlərlə ton kağız və plastik tullantı, eləcə də  işlənmiş batareyalar toplanaraq təkrar emala göndərilmişdir.  

IDEA İctimai Birliyi təəbbüsü ilə həmçinin   Bakının müztəlif nöqtələrində  geyim əşyalarının  və ayaqqabıların toplanması üçün xüsusi dizaynla hazırlanmış  ianə qutuları quraşdırılmışdır.  Bu təşəbbüs  həm ekologiyanın sağlamlığına xidmət edir,  həm də insanları mənəvi cəhətdən bir-birlərinə bağlayır. İnsanlar  evlərində olan istifadə etmədikləri paltar və ayaqqabıları bu qutuya atmaqla, ehtiyacı olan insanlara yardım etmiş olurlar.

 Təbii ki, bu layihə IDEA-nın nəzarəti altındadır və  bu qutuda toplanmış əşyalar mütəmadi olaraq “Güvən Xeyriyyə və Dostluq Cəmiyyəti” , “Birlik” Xeyriyyə Təşkilatı, eləcə də   müxtəlif məntəqələr  vasitəsilə insanlara paylanılır.

   Amma  son vaxtlar şəhərimizdə  eyni mahiyyətli  xidməti  yerinə yetirən digər dəmir  ianə qutularına da rast gəlinir, həm də çox sayda. IDEA İctimai Birliyi təəbbüsü ilə hazırlanmış ianə qutularından dizayn baxımından sərt hazırlansa da,   müdaxiləyə  daha çox  məruz qalmışdır. Görünür  müdaxilə olunacağını əvvəlcədən hiss edirmişlər.  Müşahidə etdiyimiz qutuların əksəriyyətinin  qapıları qırılıb  atılmış və yaxud da aparılmışdı.

 Qutuların  üzərində bu aksiyanı kimin və ya hansı təşkilatın keçirdiyi  qeyd olunmur. Kütləvi informasiya vasitələrində də bu barədə heç bir məlumata rast gəlməmişəm.

 Bilinmir ki, toplanan paltar və ayaqqabılar təkrar emal üçündür, yaxud  ehtiyacı olanlara kömək üçün toplanılır.

 Bu qutular üçün yer də qeyri-peşəkar seçilib. Harda rastıma çıxıbsa, hamısı zibil qablarının yanında olub.

Belə məkan seçmək  bu aksiyaya güvənlik və ehtiramı

minimuma endirir.  İDEA-nın ianə qutuları “BRAVO”marketlərində,yanacaqdoldurma məntəqələrində  quraşdırılır. İnsanlar da buna ciddi yanaşır. Bu, həm də  həmin geyim və ayaqqabıları istifadə edəcək şəxslər üçün də xoşdur. Zibilliklərin böyür-başında yerləşdirilmiş qutulara  zibil, tullantı  çeşidində əşya atılar və  imkansız adamlar da belə zənn edib onlara yaxın durmaz.

Xeyirxah insanlar çox doğru  buyururlar ki, lazım olmayan geyimləri ehtiyacı olan birinə vermək  həm  digər həmvətənlərinin işinə yarayacaq, onlara dəstək olacaq, həm də

təbiətə vurulacaq  zərərin qədərini  azaldacaq.   Məlumdur ki, geyim  və ayaqqabıların  tullanması nəticəsində çürüməsi və yaxud yandırılması ətraf mühitə zərərsiz ötüşmədiyi  kimi, insan sağlamığına da ciddi əks-təsir  göstərir.

  İDEA könüllüləri xeyirxahlara müraciət edərək  ianə edilən geyim əşyalarının qutulara atmaqdan öncə yuyulub-təmizlənməsi, qutulara səliqəli atılmasını  xahiş edir.

Layihəyə qoşulmaq istəyən digər xeyriyyə təşkilatlarından IDEA İctimai Birliyinə müraciət edilməsi xahiş edilir (012 497 6316).

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı