Hikmət bağçası/Kəlamlar

Bir gənc qızın ən gözəl cehizi – namusudur.
Ağıllı qadın kişiyə dedikləri hər sözə şəkər qatır və kişinin dedikləri hər sözdən duzu yığışdırır.
Ərəb atalar sözü
Evlilik qala kimidir: xaricindəkilər içəri girməyə , içindəkilər azadlığa çıxmağa can atırlar.
Çin atalar sözləri

Şən arvad həyatın şənliyidir.
Arvadın nə olduğun subaydan sor, arvadın necə olduğun evlidən.
Analı qızın özü böyüyər, anasız qızın sözü böyüyər.
Qız alan göz ilə baxmasın, qulağı ilə eşitsin.
Qız alanın ya bir çuval pulu gərək, ya da bir çuğal yalanı.
Qız qızıl alma, qızı gözdən salma.
Qızı saldın beşiyə, cehizi çək eşiyə
Qızı otaqlıya yox, papaqlıya ver.
Qızı özbaşına qoysan, ya halvaçıya gedər, ya nağaraçıya.
Qızın isməti – atanın dövləti.
