Maraqlı məlumatlar

Yəqin ki, siz də televiziyadan, mətbuatdan,  məişət danışıqlarından “Başının üstündə Damokl qılıncı asılıb” fikrini  çox eşitmisiniz. Nə deməkdir bu ifadə?

“Damokl qılıncı” ifadəsi qədim yunan mifologiyası ilə bağlı ifadədir. Bu ifadədən daha çox siyasi söhbətlərdə istifadə olunsa da, publisistikada və danışıq dilində də artıq tez-tez rast gəlinən ifadələrdən biridir, aforizmdir.

Əfsanəyə görə, Sirakuz hökmdarı kral Dionisin hakimiyyəti dövründə sarayın ən aşağı xidmətçilərindən olan Damokl hakimiyyət və Dionis haqqında əks fikirlər danışarmış, həmişə ona həsəd apararmış.

Dionis bu lovğa, ədəbaz gənci  yanına dəvət edərək, heç olmazsa, bir günlüyünə onu əvəz eləməyi təklif edir. Damokl razılaşır və axşam ziyafətində masanın başında əyləşir.

Ancaq o, dərhal başı üzərində nəyinsə hamının diqqətini cəlb elədiyini hiss edir. O, yuxarı baxır və başı üzərində sıyrılmış qılınc görür. Qılınc bircə tük ilə tavana bərkidilmişdi. Damokla yerindən qalxmağa icazə verilmədiyindən o, axşamacan boğazından bir tikə keçmədən, beləcə oturur. Həmin gecə onun üçün həyatının ən əzablı sınağı olur.

Dionis  bununla Damokla hər bir hökmdarın həyatının əbədi qorxu və qeyri-müəyyənlik içində, böhran anının nə vaxt gələcəyini gözləməklə keçirdiyini  anlatmaq istəmiş, əsilzadəyə ibrət dərsi vermiş, böyük hakimiyyətin, liderliyin nə qədər çətin olduğunu başa salmaq istəmişdir.

Zaman keçdikcə bu ifadənin əhatə dairəsi genişlənmiş, ifadə getdikcə aforizmləşmişdir.

Hər hansı çətin şəraitdə, ekstremal hallarda bu ifadədən “təhdid”, “təhlükə” mənasında xəbərdarlıq kimi istifadə olunur. İnsanı  gözləyən təhlükədən danışarkən onun başına nələrin və nə vaxt gələcəyi haqda bir söz demək mümkün olmayanda ” Başının üstündəki Damokl qılıncını görmür ” ifadəsi işlədilir.

Məcazi mənalar da ifadə edir, yəni əvvəldə qeyd etdiyimiz kimi, əsasən, siyasi danışıqlarda işlənsə də, canlı danışıqda da bu ifadəyə müraciət edirik.

Səadət uğrunda mübarizələrdə, karyera  yolumuzda  ağılla hərəkət etməliyik.  Hadisə və faktlara  məntiqlə yanaşmayanda,  doğru-düzgün qiymət verə bilməyəndə  məqsədə də çatmaq olmur, axırda insan özü  utanc vəziyyətə düşür.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı