Mövqe

Gözlər ağlamasın, gözlər neyləsin,

Sən qaşa verəndə gözün qiymətin.

Bəxtiyar Vahabzadə

  Hamımıza məlumdur ki, tez-tez ölkə prezidentinin sərəncamları ilə  sərəncamı ilə ədəbiyyat,  mədəniyyət və incəsənət  sahəsində uzun illər sədaqətlə xidmət etmiş  sənət adamlarına  fəxri adlar verilir: Xalq artisti, Xalq yazıçısı, Xalq  rəssamı, Əməkdar  incəsənət xadimi və sair.

 Amma bunların arasında bəziləri olur ki, onların ödülləndirilməsinə cəmiyyətin baxışları heç də birmənalı olmur. Görünür, fəxri adlar siyahısını hazırlayan Mədəniyyət Nazirliyi bəzən subyektiv yanaşmalara da  yer verirlər. Son illər Mədəniyyət Nazirliyində baş verən özbaşınalıqlar bunu  sübut etməkdədir. Fəxri adların  verilməsinin nümunəvi qaydaları var və bunu hazırlayanlar onu cəmiyyətə də elan ediblər. Məsələn: “Xalq artisti” fəxri adı, bir qayda olaraq, müvafiq “Əməkdar” Fəxri adının verilməsindən 5 il keçdikdən sonra verilə bilər.

“Əməkdar incəsənət xadimi” fəxri adı görkəmli, bədii cəhətdən yüksək musiqi, dramaturgiya əsərləri, habelə tamaşalar, kinofilmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və Azərbaycan incəsənətinin inkişafında kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlara, rejissorlara, dirijorlara, dramaturqlara, ssenaristlərə, kinooperatorlara, sənətşünaslara və ədəbiyyatşünaslara verilir”.

 Amma   bəzən    bu müddət gözlənilmir,  Əməkdar artist verilməsindən  5 il keçməmiş  Xalq artisti adı verilir.   Sanki  fəxri ada namizədliklər  təqdim edilərkən   meyarlara deyil, ödülləndiriləcək  kəslərə önəm verilir. Bununla bağlı  el arasında narazılıq hər zaman eşidilməkdədir. Mətbuatda isə interneti izləməklə buna müvafiq çoxlu  faktlar tapmaq olar.  Ən çox da   şou-biznes nümayəndələrinin layiq olmadıqları halda,  müxtəlif fəxri statuslara  təqdim  olunmasıdır. Hələ 2 il bundan  öncə  müğınni Əli Mirəliyevin “Yeni Müsavat”da bir  etirazı  dərc edilmişdi: “…Məsələn, illərlə fəxri ad almadığı üçün narazı qalan müğənni Əli Mirəliyev gənc həmkarları Elton Hüseynəliyev və Xəyyam Nisanovun əməkdar artist adına layiq görülməsinə sərt reaksiya verib. Bu haqda Moderator.az saytına danışan müğənni qeyd edib: “Aygün Kazımova, Röya kimi barlarda oxuyanlar xalq artisti fəxri adı aldı. Eyyub Yaqubov ermənicə oxuyub fəxri ad aldı. Miryusif kimilər fəxri ada layiq görüldü. Xəyyam Nisanovun atası nağara çalan olub, dostumdur… (Mənbə: https://sozcu.info/gundm/21385-fxri-adlarn-verilmsi-yen-narazlq-yaratd-lv-olunsun-yoxsa.html )”  

Rövşən Behcətin heç bir fəxri ada layiq görülmədi.

Anatollu Qəniyevin  heç bir fəxri adı yox idi.

 Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru Lütviyyə Səfərova ömrünün 44 ilini  səhnəyə həsr edib, rəngarəng obrazlar yaradıb, amma fəxri ad  veriləndə o, heç vaxt yada düşməyib. Bahadur Əliyev  teatr sənətinə 40 il  xidmət etdi, amma əməyi qiymətləndirilmədi.  Ekranda bənzərsiz insan xarekterləri yaradan  Fazil Salayev də unudulmuşlardan   daha biridir…  

Amma indi  elə şəxslərə fəxri ad verirlər ki,  qalırsan  baxa-baxa.   Əgər təqdimatı    Mədəniyyət Nazirliyi edirsə, görünür,  bu nazirliyin seçmə vasitələri, seçim ölçüləri etibarlı deyil, ədalətli deyil və sair.Ona görə də  çoxları həmişə umu-küsü edir ki,  mən  bu fəxri adı niyə vermirlər. Bərəkət haqqı, sənə o ad düşmür. Fikrət Əmirovdan, Qara Qarayevdən, Rəşid Behbudovdan, Ramiz Mirişlidən, Elza İbrahimovadan,  Adil İsgəndərovdan, Tofiq Quliyevdən, Ələsgər Ələkbərovdan, Həsən Məmmədovdan , Şövkət Ələkbərovadan, İsmayıl Şıxlıdan sonra  bu ad sənə və  daha kimlərə düşmür, atam balası.Hələ  daha neçə-neçə  yüksək ada layiq görülmüş  sənətkarlarımız vardı: həm Sənətkar, həm də Şəxsiyyətlər…

Sabir Mirzəyevə  64 yaşında Əməkdar artist adı vermişdilər, amma, xalq onu  Xalq artisti kimi qəbul edirdi. Süleyman Abdullayevə 74 yaşında Əməkdar artist adı verdilər.

  Muğam və opera ifaçısı, bəstəkar, xanəndə və pedaqoq Qulu Əsgərov  34 il sənətə bağlı ömür yaşadı,  heç vaxt  gileyi də eşidilmədi. Amma indi ampluası ancaq özfəaliyyət  kollektivləri üçün yetərli olan  şəxslər  fəxri ad davası edirlər.  Çünki görürlər ki, özlərindən heç də fərqlənməyənlər  fəxri ada layiq görülür, onda başlayırlar səslərini çıxarmağa.

Belələrinin nə özü,  nə sənəti ürəklərə yol tapa bilmir. Sovet  dövründəki  filmlərə baxanda  az qala tilsimə düşürük.  Bu gün   fərqli mənzərədir. Sovet dövründə  yaşayanlar “Nizami” kinoteatrının  qarşısındakı  bilet növbələrini yaxşı xarırlayırlar. Artıq bu  gün kinotetrlara  getmək lazım  gəlmir, müəyyən kateqoriyadan başqa.   Əsas səbəblərdən biri indi  o dövrün sənət əsərləri, sənətkarları ilə tən  durmağa  layiq,  kiçik istisnalarla, nümunələr yoxdur. Bilmirəm, hansı il idi, Bəşir Səfəroğlu  Respublika  stadionunda “Neftçi”nin oyununda topa ilk zərbəni vurmuşdu.  Biz  həmin oyunu  kənddə televiziya ilə izləmişdik.  Futboldan da savayı, Bəşir Səfəroğlunu  gördüyümüzə görə sevinmişdik.

 Bu gün heç televizorların da  fəaliyyəti ürəkaçan deyil.

İnsanlar   internetə və yaxud televiziyaya vaxt  keçirmək üçün daxil olur, fəqət, bçarələr  televizorlarda da   sentimental hissdən başqa heç nə tapa bilmirlər. 

Hərdən  ümumi vəziyyəti  bilmək üçün  televiziyaya baxıram. Belə sənət olar? Çoxsunun  heç oynadığı  rolun xarakterinə uyğun  səhnə danışığı,  hərəkətləri,  obrazın psixoloji məqamlarını yaşayaraq təcəssüm etdimək  keyfiyyəti, bacarığı yox.   5-10 cılız, bayağı  serialdı, komedixanadı nədi,  çəkilib,  indi də  başlayırlar  ad davasına çıxmağa?   

Bəziləri fəxri adların verilməsini dayandırmağı  dilə gətirir.   Mən o fikirdə deyiləm. İnsanın əməyini dyərləndirmək və stimullandırmaq lazımdır.  Amma  bir az fərqli şəkildə.

 Bir ciddi  problem  həmin bu  kateqoriya şou-biznes nümayəndələrinin yaratdığı auditoriyadır. Hərə əlinə bir kamera alıb ,bir  qadın oxiyan və yaxud  rəqqas da götürüb düşürlər təbiətin qoynuna, klip çəkirlər, kanallar bunları təbliğ edir, belə cılız əsərlər 100 minlərlə, milyonlarla  like toplayır,  xalq mahnıları və muğam ifaçılarımızın ifalarını bəyənənlərin sayı isə   3-5 min, ən  yaxşı halda,  100 minə qədər  olur. Düşnmək və əlacını  tapmaq  lazımdır.  İlk növbədə  maarifləndirilmə  işlərinə önəm verməliyik. Mətbuat və telekanal  şou musiqisinəqapılarını bağlamalıdır. Əksinə, bu gün gecə-gündüz  mətbuat, televiziya onlardan yazır, hansı addım  atırlar manşetdədir, oğluna  belə ev aldı,  ərinə  televiziyadan belə  ismarıc göndərdi və sair.  Fəxri ad verilməsində də çox  həssas olmaq lazımdır.Başqa  sahələrə “dayılıq” etmək olar, amma musiqi ilə idmana  olmur axı.Bunu gərək bacarasan…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı