Valideyn guşəsi

İnsanlar və heyvanlar eyni dünyanı bölüşürlər, bəzən də eyni evləri. Eynilə uşaqlarımız kimi, heyvanlarımız da ehtiyaclarının ödənilməsi üçün bizə möhtacdırlar. Ona görə də uşaqlarımızın bütün canlılara hörmət, sevgi və mərhəmətlə yanaşmağı öyrənməsi çox əhəmiyyətlidir. Hələki evimizi, həyətimizi bölüşdüyümüz ev heyvanlarımız barədə danışaq.

Soyuqlu-qarlı havalarda onlara laqeyd qalmayın. Belə günlərdə onlar qida və içməli su axtarırlar, hər tərəf isə qar və buz. Amma onlar danışa bilməsələr də insanlardan imdad gözləyirlər Odur ki, heyvanlara yardım əli uzatmağı laqeydlik etməyin.
Xüsusilə qış aylarında ac və susuz qalan heyvanların sizə hər kəsdən daha çox ehtiyacı var. Hər şeydən əvvəl Allahın yaratdığı canlara hörmət etməyimiz lazımdır. Onları nəzərdən heç cürə qaçırmaq olmaz.
Hər kəsin evində yeməyin artığı , təbii ki, olur.
Zibilliyə atacağınız bu yeməkləri zibil yerinə atmaqdansa, küşədəki pişik və itlərə vermək lazımdır. Bəzən itlər ac olduqları üçün də istər-istəməz insanlara, uşaqlara hücum edirlər. Xalq da bundan narahat olur. Heyvanların aclıq ehtiyaclarını hökmən anlayışla qarşılamalıyıq. Bu zaman həm təhlükənin qarşısı alınar, həm israf etməmiş olarıq, həm də heyvanlara şəfqət göstərmiş olarıq.
Quşların da qış aylarında yemək qayğıları var.

Quşlar üçün münasib yerlərdə evciklər qurmaq, taxta parçaları yerləşdirmək və bayat çörəkləri bir az sulandırıb həmin yerə qoymaq olar.
Çöldə, soyuqda yaşamağa məhkum olmuş heyvanları insanlar hər zaman nəzərə almalıdırlar. Qış aylarında xüsusilə pişik və itlərin aclıq və soyuqdan xəstəliyə daha asan tutulurlar.
İsti yay aylarında küçədə yaşayan heyvanlar unudulmamalıdır. Onların bizə ehtiyacı var.
Ətrafımızda rastlaşdığımız heyvan və quşlara diqqət yetirmək lazımdır.

Onlar üçün münasib yerlrdə su qabı qoymağı unutmayın, hətta, bir qab yemək də. Süfrəmizdən qalan yeməkləri atmaq əvəzinə heyvanlarla bölüşmək həm israfın qarşısını alacaq, həm də onları qidalandıracaq.
Pişiklərə və itlərə süd, qatıq, qaynadılmış sümüklər, makaron, düyü və çörək verə bilərsiniz. Onları quru qida ilə də bəsləyə bilərsiniz.
Yaralı və ya sahibsiz heyvanla rastlaşdığınız zaman onu baytarlıq klinikasına apara bilərsiz, rayon bələdiyyəsinə və ya heyvan sığınacaqlarına müraciət edə bilərsiniz.
Qeyd: Tərcümə materialı