Mövqe

1994-cü Sudanda qıtlıq dövrü. Bu uşaq hər tərəfdən məşumluq yağan çölün-biyabanın ortasında ata-anasız nə gəzir? Çəlimsiz, ürəklər parçalayan fəqərə sümükləri yeriməyə, dik durmağa imkan vermir. Arxasına – cəmi 3- 5 addımlığında dayanan yırtıcı kərkəsi belə, hiss etmək halında deyil.
…Sən demə, 1 km aralıda yardım düşərgəsi yerləşir . Bu zavallı çocuq sürünərək bu yardım düşərgəsinə getməyə çalışır.
Arxasındakı kərkəs isə uşağın ölməsini gözləyir. Gözləyir ki, onun vitaminsiz, acı və iniltilərlə dolu bədənini didib-parçalasın. Allah bu zavallını xilas etmək üçün həmin yerə Kevin Karteri tuş gətirmişdi. Kevin Karter aclıqdan qırılan bütün uşaqları xilas edəcək imkanlara malik deyildi, fəqət, bu tifili bütün ciddiyyəti ilə xilas edə bilərdi. Amma paparazzi hərisliyi onun humanist hissinə üstün gəldi: axı o, bu şəkli ilə Pulitser mükafatı ala biləcəkdi .



Kevin də bunu seçdi: anbaan izləyərək, nəhayət, bu dəhşətli mənzərənin çəkilməsini təmin edən düyməni basmışdı.Çəkdiyi fotoşəkil tezliklə bütün dünyada, ” Kərkəs və Uşaq” (The Vulture and The Child) adı ilə onu məşhurlaşdırdı. Amma Kevin uşağı xilas etməyib, çəkdiyi şəklin mediaya ötürülməsinə tələsdiyi üçün 3 ay sonra depressiyaya düşür: tez-tez bayılır, “ o uşağa nə oldu” deyirmiş. Və 27 İyul 1994-cü ildə – 20 il bundan əvvəl
Kevin Karter Cənubi Afrikada – Johannesburgun bir şəhərətrafı parkında intihar edir.
Intihardan sonra onun çoxlu məktubları üzə çıxmışdı və bu məktubların birində Karter yazıbmış ki, artıq özümü insanlara yadlaşmış hesab edirəm. Mənə elə gəlir ki, hər yerdə kameramın obyektivində qapaqlar bağlanır və dəhşətli qan görüntüləri olan qaranlıq yerlərdə addımlayıram.
Geç də olsa, dilə-dişə düşən bu jurnalist səhvini başa düşmüşdü: həm kərkəsin pusqu anında fiziki halıyla kömək etmədiyinə görəi , həm də jurnalistlik fəaliyyətinin son nəhayətdə insanlığa, gözəlliyə xidmət etdiyni unutduğuna görə.
Bu gün çoxlu sayda qaynar nötələri var. Gecə-gündüz abad şəhərləri və kəndləri bobbalayır, torpağın altını üstünə çevirirlər. Müharibədə ən çox faciəyə, əzaba məruz qalan uşaqlar olur. Lap müharibə olmasa belə, dünyanın milyonlarla bəxtəvər olmayan uşaqları var. Afrikada hər 6 dəqiqədə bir çocuq dünyasını dəyişir. Əfqanıstanda hər 2 dəqiqədə bir uşaq öldürülür, müharibənin qurbanına çevrilir. Qəzzada, Suriyada uşaq qırğınlarının sayı-hesabı yoxdur. Elə erməni təcavüzünün nəticəsində Azərbaycanın nə qədər uşağı həlak olub, şikəst edilib, yetim qoyulub….

Mahnıda deyildiyi kimi, doğrudanmı “dünya bir nəğmədir”:! Məşhur filosof Russo demiş ki, Allah uşaqlara insan olmaqdanüıncə uşaq olmaq , uşaq kimi yaşamaq haqqı verib. Dünyanın heç də bütün uşaqları bu haqqı yaşaya bilmir.Hər gün televiziya kanallarında, internetdə İSİD tərəfindən insanların qoyun kimi başlarının kəsilməsini əks etdirilən səhnələr nümayiş etdirirlər.
Elə bil biz hamımız da Kevin Carter kimiyik, harda belə məlumata rast gəlirik, hansısa televiziya kanalında və yaxud internet resurslarında uşaq faciələri ilə bağlı süjet görürük , yanıb-yaxılırıq, amma bir gün sonra yadımızdan çıxır.
Mən Cek Londonun “Həyat eşqi” hekayəsini oxuyanda bu tifildən çox-çox böyük olsam da, hələ uşaq idim. Sovet dövrünün “tayı olmayan bəxtəvər uşaqlarından” biri idim. Gek Londonun bu əsəri yazandan sonra intihar etməsini də o vaxt bilmirdim. Bütün bunları yaşa dolandan sonra biləcəkdim: ədəbiyyatın, sözün, sənət nümunəsinin , bütün bunları formalaşdıran sənətkarın Şəxsiyyətinə, varlığna, qələminə səcdə edəcəkdim.
Bəs bu dünyanın Sülh uğrunda Nobel mükafatı laureatları, dünya şöhrətli yazıçıları, bəstəkarları, rəssamlar, alimləi, jurnalistləri hanı?
Əgər dünyanın bütün yazıçıları, bəstəkarları, rəssamlar, alimləi, jurnalistləri Sülh uğrunda bir araya gələ bilsələr, dünyaya hərb oxuyan liderlərə təsir edə bilsələr, dünyanın möhtac olduğu əbədi sülhü bərqərar edə bilərlər.
Əgər dünyanın bütün uşaqlar rahat uyumursa, mışıl-mışıl yatmırlarsa, mələk anaları yuxuda saçlarına əl gəzdirmirsə, hardan dünya bir nəğmə oldu ki? Böyük Ədəbiyyat, Böyük Sənət qan-qan deyən dilləri susdurmaq , raketlərin düymələrini basmaq istəyən barmaqları saxlaya bilmək üçün böyük işlər görməlidir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.