İlham Əliyevə generalissimus ali hərbi rütbəsi verilsin və Şuşada şərəfinə abidə ucaldılsın

Baş redaktordan

“Lider”- ingilis sözüdür,  “öndə gedən”, “başçı” deməkdir.

Lider – yüksək məsuliyyət, hiss, zəka və idarəçilik keyfiyyətlərinə malik olaraq bunları  mənsub olduğu xalqın, cəmiyyətin rifahı naminə sərf edən  şəxsiyyətdir. Lider kütlələri ardınca apara bilən  ictimai və dövlət xadimidir. Lazım olduqda qəbul etdiyi məsul qərarların və  onların nəticələrinin ardında dayanmağı bilir .

 Tarixdə çox liderlər olub. Müharibələrlə, tiranlıqla  kimsə xalqın taleyində və tarixində iz buraxa bilməyib. Olsa-,  yaddaşlarda müstəbid kimi qalıblar və biz üzü gələcəyə doğru  getdikcə onları  müstəbid, qəddar kimi xatırlayırıq. Kaliqula, Ben Əli, Jan-Bedel Bokassa, Françesko Franko, Nikolay-Ylena Çavuşesku ,  Benito Mussolini, Hitler, Səddam Hüseyn,  Hüsnü Mübarək,  Qəddafi və  neçə-neçə  diktatorları tarix dünya durduqca diktator kimi də  axtırlayacaq.  Amma əsl liderlər  xalqına,  vətəninə  sədaqətlə xidmət edib. Belə liderləri olan xalq xoşbəxtdir. Sovet dönəmində biz Türkiyəni ancaq  coğrafi ad olaraq eşitmişdik. Amma indi qovuşmişuq. Soyumuzu, kökümüzü tanımağa başlamışıq. Türkün şərəfli tarixi var. Türkün Atatürkü var. Atatürk  bir dəfə nahar edəndə ingiliz  hərbçisi kənardan  qəzəblə onu süzürmüş.  Mustafa Kamal mühafizəçisindən soruşur ki, o, niyə elə baxır? Mühafizəçi bir  qədər sonra gəlib cavab verir ki, ingilis  deyir ki, mənim babamı Çanaqqalada türklər öldürüb. Mustafa Kamal  mühafizəşisinə deyir ki, ondan soruş ki, onun bqabasının Çanaqqalada nə işi varmış?

 Bu, təkcə bir məişət mövzusunun söhbətimi, yox..yox, yox!

 Bu,  hər birimiz üçün qürur doğurur. TÜRKÜN SAHİBİ VAR- TÜRKİYƏ. Xoş niyyətlə gələni gözümüz üstə saxlarıq. Fəqət,  bəd niyyətlilərə aman vermərik.

 Dünyada indi ağalıq iddiasında necə məkrli planlar qurulur. Kim istəyir ki, Türkiyə qüdrətl olsun? Bunu hamımız bilrik. Elə isə şəxsi ambisiyaları dövlətçilik, türkçülük məramımıza  yaxın buraxmayaq.

Televiziyadan dünyanın  əksər liderlərini tanıyırıq. 

  Amma  onların hamısına heç də rəğbətimiz yoxdur.Heç dünyanın özünün də yoxdur.  Dahi şairimiz Hüseyn Cavidin misraları elə bilirəm ki, dahilik meyarı üçün əsl etalondur:

Kəssə hər kim tökülən qan izini,

   Qurtaran dahi odur yer üzünü.

 Bu meyarı siyasətində, sözündə ehtiva edən 2 Lider  var: sayın Ərdoğan və  cənab İlham Əliyev.

Bəşərin, öz xalqlarının taleyi üçün  bu iki Lider qədər yanan   digər kimsə tanımıram.  Azərbaycan  30 ildən artıq işğal altında qalıb. Bədxah qonşularımız yağmaladıqları torpaqlarımızı xarabazara çevirdilər. Öldürdüklərini öldürdülər, əsir  etdiklərini əsir etdilər. Əslində, bu təcavüz 30 ilin faciəsi deyil. 2 əsrdən artıqdır ki,  ermənizm  torpaqlarımızın eninə də işlədi, dərininə də.

 Yalnız müstəqilliyə qədəm qoyduqdan və Ümummilli lider Heydər Əliyev  hakimiyyətə qayıtdıqdan sonra  müstəqilliyə təşnə xalq   ürəklərində bu arzunu cücərtməyə başladılar.

 onu gerçəkləşdirmək üçün  fəaliyyətə başladı. Ölkədə asayiş bərpa edildi, iqtisadiyyat dirçəldilməyə başladı. Paralel olaraq ordu quruculuğuna başlanıldı. 2003-cü ildən   isə Prezident seçilmiş cənab   İlham Əliyev  bu kursu  davam etdirməkdədir. Həm də qətiyyətlə, müdrik addımlarla.  Bəxtiyar Vahabzadənin  bir “Təyyarələr”şeirində deyildiyi kimi, məqsədlərinə, bu xalqın ideallarına təyyarələr kimi dümdüz  addımladı.  Gənc olmasına baxmayaraq, çox  müdikcəsinə addımladı:

Yerdən alıb öz gücünü

Qalxar göyə təyyarələr,

Məhəl qoymaz

nə yağışa,

nə küləyə

təyyarələr.

Uçuşu da əzəmətli,

Duruşu da əzəmətli…

Aşıb-daşar

təyyarələr.

Yerdə deyil,

göydə yaşar

təyyarələr.

Sərnişinə

Vüqarından – vüqar verir

təyyarələr,

Günlərin yox,

Saatların az ömründə

Qütbləri birləşdirir

təyyarələr.

Gecə gedir,

Gündüz gedir

təyyarələr.

Məqsədinə,

Mənzilinə dümdüz gedir

təyyarələr.

Eniş bilməz,

Yoxuş bilməz,

Dolay bilməz

təyyarələr.

Nə burulmaz,

Nə əyilməz təyyarələr…. 

      çəridən alışmasa

bu sürətlə,

bu cürətlə

Gedə bilməz

təyyarələr.

Özü kimi

Ölümü də mərdanədir.

Mənzilinə uça-uça,

qaça-qaça

Öz içindən tez üzülər

təyyarələr.

Yavaş-yavaş ölə bilməz.

Öləndə də birdən ölər

təyyarələr.

 Cənab İlham Əliyevin liderlik etdiyi müddətdə ölkəmizin iqtisadiyyatı dirçəldildi, ölkəmizin beynəlxalq aləmdə imzalar içində imzaları görünməyə başladı. Qüdrətli ordu yaradıldı və “Nəyi, necə və nə vaxt etmək lazım olduğunu”   doğru-düzzgün hesaba alan  Ali Baş Komandanımız  torpaqlarımızı işğaldan azad etdi. 

Müharibə  düşmənin kapitulyasiyası ilə sonuclansa da,  onlar separatçılıqda davam edirdilər. Onda lokal antiterror əməliyyatı  keçirməyə  zərurət yarandı. Qəhrəman ordumuz öz  müzəffər sərkərdəsi ilə  bu əməliyyatı uğurla baş çatdırdı. Nəhayət, cənab Prezidentimizin   Prezidentliyinin 20-ci ildönümündə özü şəxsən Ağdərədə, Sərsəng su anbarının ərazisində, Xankəndində, Xocavənddə, Xocalıda Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.


Bunlar indi bizə yuxu kimi gəlir.Şükür bu günlərə. Əsgərlərimiz də bayraq ucaldır, Ali Baş Komandanımız da. Bu, o deməkdir ki, bu bayraq ki var, Ali BaşKomandan qaldırıb, o, bir daha enməz….
 Cənab İlham Əliyev bu xalqın iki  əsrdən  çox  davam edən erməni  tarixini  tarmar etdi.  Bu ali ideallara çatmaq üçün  cənab Prezident 20 il yol gəldi və “təyyarələr kimi  də məqsədinə dümdüz gəldi”.  İdeallarına qovuşdu cənab Prezident,  halalı olsun. Xalqını da qovuşdurdu, xalqının da halalı olsun.

  Bu yerdə  iki arzumu da  bildirəcəyəm. Onu da bildirim ki,   bu arzuları  mən çox-çox əvvəllər  saytımızda  bir dəfə də  dilə gətirmişəm :

  1. Cənab Ali Baş Komandana generalissimus rütbsi verilsin.

Generalissimus (lat. generalissimus) — bir sıra ölkə ordularında ali hərbi rütbə. Bəzi ölkələrdə yüksək hökumət adamlarına və ya hökmranlıq edən ailə üzvlərindən bəzilərinə verilən fəxri ad kimi qəbul edilmişdir.

Bir qayda olaraq bu rütbə müharibə dövründə böyük ordu birləşmələrinə komandanlıq etmiş generallara verilir. Bəzən bu ad dövlət başçılarına və kral ailə üzvlərinə də verilib.

Tarixdə ilk generalissimus rütbəsini 1569-ci ildə Fransa kralı IX Karlın qardaşı —18 yaşlı gələcək kral Henrix Valua almışdır. Fransa tarixində 12, Avstriya tarixində 9, Almaniya tarixində 3, İtaliya tarixində 3, Çin tarixində 6, Rusiya tarixində 6, SSRİ tarixində 1 nəfər generalissimus rütbəsi daşımışdır.

Mənim hələ orta məktəbdə tarix müəllimlərindən eşitdiyimcə, bu ali hərbi rütbənin verilməsi üçün vacib şərtlərdən biri də budur ki, həmin şəxs ölkəsini Vətən müharibəsindən qalibiyyətlə çıxarmış olsun. Cənab Ali Baş Komandanəmız İlham Əliyev Vətən və Xalq qarşısında bu xidməti şərəflə yerinə yetirdi. Müharibədən xalqının qarşısına triumfla qayıtdı. Nə üşün bizim Ali Baş Komandan Generalissimusumuz  olmasın….

O, bu xalqa Zəfər   bəxş etmiş liderdir.

2. XVII əsrdə Rusiya tarixinin  çətin bir dövrünü yaşamışdı.  Ölkədə olan daxili çəkişmələrdən istifadə edən polşalılar və isveçlilər Rusiyaya  basqın edirlər. Belə  bir vaxtda  Kuzma Minin və Dmitri Poşarski  xalqın azadlıq mübarizəsinə qalxır. Xarici  qəsbkarlar rus torpaqlarından  qovulub çıxarılır  və   Rusiya  xarici işğaldan  xilas olur.  Moskvada Qırmızı meydanda  bu iki qəhrəmanın şərəfinə əzəmətli bürünc abidə  ucaldılmış və pyedestalına yazılmışdır: “Kuzma Mininə və Dmitri Poşarskiyə minnətdar olan Rusiya  ”XVII əsrdə Rusiya tarixinin  çətin bir dövrünü yaşamışdı.  Ölkədə olan daxili çəkişmələrdən istifadə edən polşalılar və isveçlilər Rusiyaya  basqın edirlər. Belə  bir vaxtda  Kuzma Minin və Dmitri Poşarski  xalqın azadlıq mübarizəsinə qalxır. Xarici  qəsbkarlar rus torpaqlarından  qovulub çıxarılır  və   Rusiya  xarici işğaldan  xilas olur.  Moskvada Qırmızı meydanda  bu iki qəhrəmanın şərəfinə əzəmətli bürünc abidə  ucaldılmış və pyedestalına yazılmışdır: “Kuzma Mininə və Dmitri Poşarskiyə minnətdar olan Rusiya  ”

Biz  Cıdır düzündə və yaxud xalqın  Qarabağ torpağında arzu etdiyi  bir yerdə  İlham Əliyevin  sağlığında ikən abidəsini ucalrmalı  və  pyedestalına yazmalıyıq:

– İlham Əliyevə minnətdar olan Azərbaycan!