Müzakirə

 “Qızqaçırma”  ənəsinin tarixi uzaq əsrlərə gedib çıxır.

Hələ  XVI  əsrə  aid olan “Koroğlu” dastanında  bunun nümunələrinə rast gəlirik. Paşaların, xanların hökm etdiyi Orta əsrlər  cəmiyyətində cəmiyyətdə qadınlar bütün azadlıqlardan məhrum idilər. Amma Çənlibel tamam başqa bir dünya idi. Burada qdınlar sərbəst idi. Kişilərlə birlikdə  gəzib dolanırdılar, həm də örtüksüz. Odur ki,  Koroğlu və Çənlibel haqqında eşidən   xotkar, paşa və bəy qızları axışıb Çənlibelə gəlirdilər. Onların bəzəiləri öz xoşları ilə gəlmişdi. Bəzilərini isə dəlilər qaçırıb gətirmişdilər.

XIX  yüzilliyin Azərbaycan ədəbiyyatında maarifçi-realizmin məşhur nümayəndəsi İsmayıl bəy Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” hekayəsində Səadət xanımı   Rəşid bəyə yox, sevmədiyi varlı bir ailənin övladına vermək  istəyəndə, Rəşid  Səadət xanıma qaçmaq təklif edir və onu qaçırır. Və bu gün  intensiv  olmasa da, qızqaçırma ənənəsi yenə  davam etməkdədir.

 Bu addım   hüquqi anlayış olaraq  adam oğurluğu  kimi təfsir edilir  və cinayət əməli sayılır. Əslində, bu addımların heç də hamısı cinayət niyyətli deyil.  Çünki   iki  gənc bir-birini sevəndə, gtərəflərin   ailələri  bu izdivaca razı olmayanda,   gənclər bu yolu seçməyə məcbur olurlar.

 Bəzi hallarda isə tərəflərin razılığı ilə  toy xərclərindən   azad  olmaq  üçün  valideynlər özləri övladlarının bu addımına  razılıq verirlər. Ata xəbərsiz olsa da, analar  yaşıl işıq yandırılar.  Bəzən gənclər bir-birini sevir, amma  qız tərəfi bu izdivacın əksi olaraq  qızlarını  digər şəxsə verirlər və  tezbazar  toylarını edib  gəlin köçürürlər ki, bu məsələ qapanmış olsun. Digər səbəblər də ola bilər. Lap qədimlərdə, hətta, sevdiyi qızı   qaçırıb gətirmək cəngavərlik hesab olunub.

 Haşiyə:  Elə buradaca bildirim ki, mən birmənalı olaraq, hətta, gənclərin bir-birlərini sevib, amma  tərəflərdən hansısa birinin ailəsinin  onların  vüsalına mane olduğu  vəziyyətdə belə, qızın  sevdiyi oğlana qoşulub qaçmasını   qınayıram.  Bu, cəmiyyətimizin, əxlaqımızın  hədəflərinə  əks getməkdir, dəyərlərimizə etimadsızlıqdır. Sevməkdə davam edərək, ailənin bu sevgiyə dəstək vermələrinə nail olmaq lazımdır. Əks halda, qanun qarşısında cavab verməli olacaqsınız.

Bəzən  qızı istəmədiyi halda, zorla qaçırılma  hallarına da rast gəlinir. Bəzən  intiqam məqsədi ilə  düşmən tərəfin qızını  qaçırmaq   meyilləri də olub.  Belə niyyətlər  ölümlə də nəticələnib, sağlamlığı qismən  itirmək vəziyyətinə də gətirib çıxarıb.

 “Dıli Kür” filmində Cahandar ağanın Allahyarınn  arvadı Mələyi   qaçırmasını   biləndən sonra  ondan qisas almağa çalışır. Ot tayalarını yandırır, atının quyruğunu kəsir, qızı Salatını qaçıraraq təcavüz etmək istəyir.

Və yaxud Nəcəf bəy Vəzirovun “Müsibəti- Fəxrəddin”     faciəsində          Rüstəm bəylə  Heydər  bəyin ailəsi arasında qan davası  davam etməkdədir.   Rüstəm bəy oğlu Rəşidin qisasını almaq üçün  həmin ailənin qızı Gülbaharı qaçırıb oğlu   Mahmud bəyə övrət edir. İndi isə  Fəxrəddinin darülfünü  bitirib qayıtdığını eşidincə, intiqam hissi  yenidən coşur:

“…Görək Fəxrəddin atası Hеydər bəydən qoçaqmı olacaq ki, əli qılınclı, qabağımda dovşan tazı qabağında qaçan kimi vazıyırdı. Özün öldürtdüm, qızın güclən oğluma gətirtdim, qardaşların bu vilayətdən itirtdim…

İndi məgər mən ölmüşəm ki, Fəxrəddin gəlib burada ad alıb, san çıxartsın və mənim oğlum Rəşid bəy, Rəşid kimi oğulun qanı yеrdə qalsın? “

Təbii ki, “Dəli Kür” filmundəki  və  “Müsibəti-Fəxrəddin əsərindəki qızqaçırma əməlləri  təqdir edilə bilməz  və    bizim xalqın   əxlaqına tam  yabançı bir keyfiyyətdir.  Bunların üstündən keçmək olmaz.  Son onilliklərdə bir fərqli qızqaçırmaq da olub.  Qaçırılanlar  qız  olmadıqları üçün, yəni, yaşlı qadın oldğu üçün daha  utanc əməldir və ikrah doğurur.

Bir də görürsən ki, evli  bir xanım  həyat yoldaşını, uşağını ataraq başqasına qoşulub qaçır.  Neçə illər bundan əvvəl əsgərlikdən sonra Rusiyada qalıb evlənən və orada yaşayan  bir həmvətənimiz   doğulduğu rayona qonaq gəlir və öz qadınını burada qoyub, dostunun  qadınını  götürüb Rusiyaya qayıdır. 

İnternetdə son 8-9 ildə Ağcabədidə, Göyçayda, Qusarda, Xaçmazda, Qubada  el adəti, ata-ana xeyir duası ilə ailə qurmuş gəlin bu şəkildə ailəsini tərk edərək başqası ilə qaçması haqqında məlumatlar var. Siyəzəndə 30 yaşlı 5 uşaq anası həyətdə işləyən ustaya,  Qubada 6 ilin gəlini 2 uşağını ataraq internetdə tanış olduğu oğlana qoşularaq qaçması da bu cür  rüsvayçı məlumatlardan daha  digərləridir. Övladlarını, ərini  tərk edərək başqası ilə qaçmaq  hərəkətinə  daha başqa  nə ad vermək olar.Subay  gənclər tərəfindən  bu cüraddımlar  nə qədər  adi görünsə də,  evli qadınlar belə addım atması ciddi müzakirə mövzusudur.

 Axı bizim ailə-əxlaq dəyərlərində   belə   meyillər    heç vaxt olmayıb, ya da  barmaqla sayılacaq qədər tək-tük. Müxtəlif səbəblərdən  həyatlarını itirmiş qadınlar belə, mehrini  uşaqlarına salıb,  ər ocağında qalmaqla  ərinə təslimiyyətlərini davam etdiridi.

Uşaqlığımda kənddə “dul arvad” ifadəsi çox eşitmişdim. Hər kəndimizdə vardı onlar.  Bu,  o illər  idi ki, müharibədən o qədər də çox vaxt keçməmişdi…  Lap olsun 15-20 il.  Gedib qayıtmyanlar  çox idi.  Cəbhədən kimlərin ki,   həlak olması barədə  “pis kağız” gəlməmişdi,  doğmaları onlardan   hələ ümidlərini üzmürdülər.  Düşünürdülər ki, günlərin biri qayıdacaq. Çünki, o vaxt müharibədən qayıtmayanların çox-çox sonralar xaricdən, keçmiş ittifaq  ölkələrindən xəbərləri gəlidi. Gəlib obasına, doğmalarına  baş çəkənlər də olurdu. Odur ki, əsgər ailələrinin  gözü  həmişə itikçi olurdu. “Tütək səsi” filmi bunun bədii təsdiqidir. Filmin ən lirik-psixoloji obrazlarından İsfəndiyar kişi də əsgər atasıdır. Onun gözləri də itikçidir: oğlu Rəhmanın yolunu gözləyir.  Filmdən bir epizodu  gözlərimiz önünə gətirək:

Kənd yolunda nabələd  bir  maşın dayanır və bir əsgər  maşından düşüb   kəndə doğru səmt alır.  İsfəndiyar kişi dumandan seçmək çətin olsa da, dərhal   ona doğru yön alır, ha addımlarını yeyinlədir,   arxadan  haylayır, əsgər isə nə geri dönüb baxır, nə də İsfəndiyar kişinin hayına hay verir. Çox  təsirli səhnədir.  İsfəndiyar kişi xəyalı görünən əsgərin arxasınca çayı keçir, orada isə  Qurban kişi ilə qarşılaşır…

Müharibədən  çox illər  keçmişdi. Amma  ədəbiyyatın da ,  sənətin  də  dəhşətli müharibədən  mənəvi yara almış -oğlunu,  atasını, ərini, nişanlısını itirmiş  insanların  dərdinə  həyan olmaq,  onlara ümid bəxş etmək missiyası  davam etməkdə idi.  “Tütək səsi” filmi  də ,  Vladislav Tixonuvun  məşhur “Gözlə məni, qayıdacam ölümlərin acığına” şeiri   buna missal ola bilər. “Gözlə məni…” şeiri bu nisgilin   ümid və  təsəllinin simfoniyasına   çevrildi. Evlərdə, ürəklərdə məskən saldı. Heç kim cəbhədən dönməmiş əzizindən nə əlini, nə ümidini  üzmədi.  İstər həmin  illərdə, istərsə də 1992-ci ildən bu yana  hələ  də hər gün saçının birini ağ, birini qara hörmüş ərli qadınlar,  nişanlı qızlarımız var ki, onlar  indi də oğullarını, ərlərini gözləyirlər.

Hamısı da “qarageyimli”. İş burasındadır ki, kimsə onların adını tutmağa belə cəsarət etməzdi.  Yenə “Tütək səsi” filmindəki məşhur epizodu xatırlayın.   Əsgər ailəsinə kəc gözlə baxmaq olardımı. Film haqqında   bununla bağlı məlumatlarda maraqlı  bir  məqam var. Məlumat üçün deyək ki, film Quba rayonunun  Qonaqkənd qəsəbəsində  çəkilmişdir. Həmin dövrlərdə  mühafizəkarlıq  çox güclü idi,  kaş həmin mühafizəkarlıq  indi də davam etmiş olaydı, o ki  qalmışdı  məsələ əsgər ailəsinin namusuna toxunmaq olaydı…

Budur, epizodların birində Qılınc Qurban  əri cəbhədə olan Sayalının evinin qapısını döyür. Məlum olur ki,  Cəbrəyil  Səyalının evindədir . O,  “Cəbrayıl, aç qapını”, – deyib    kolxoz sədrini çağırır.   Bunlar çəkiliş zamanı baş verir ha. Bütün kənd camaatı  bura yığıışır, onlar  çox qəzəbli görünürlər. Yaradıcı heyət qorxuya düşür ki, insanlar faciə törədər ,  aktyoru öldürərdilər. Onda Ocaqov  rayon mərkəzindən köməyə milis  cağırır və həmin epizod milisin müşayiətiltında lentə alınır. Bəlkə də milis olmasaydı,  Cəbrayılı əsgər ailəsinin namusuna toxunduğunu zənn edib   öldürəcəkdilər.

Davamı var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı