Müzakirə

Amma indi üzübəri gəldikcə sivilizasiyalar irəliyə doğru addımlasa da, insanların şüuru, etik görüşləri ellinizm dövrünə qayıdırmış kimi görünür. Bizdə ailə modeli tarixən monoqamiya (təkkəbinlilik) formasında olub. Amma az qala poliamoriya şübhələri formalaşmaqdadır. 2020-ci ilin martında feministlərin küçə yürüşlərində başları üzərinə qaqldırdıqları şüarlardan xəbərsizsinizmi? Ailə dəyərlərimizə çox yabançı meyillər doluşmaqdadır.

Qadın heç nə olmayıbmış kimi bu ər xoşuna gəlmir deyib ayrılır və çox keçmir ki, digərini, daha digərini seçir. Toy gününü, keçiriləcək məkanın yerini qabaqcadan məlumat verir. Bəxtəvələr kimi yeni “aşk”ına sığınıb şəkil çəkdirir və internet texnologiyalarının verdiyi imkanlarla bu qədər millətə acıq verir: gördünüzmü, mən necə “dəyərləndirildim”…
Şou sənətçisi kimi tanınmış b xanım sənətçinin internetdə paylaşılmış bir baxışı belə meyillərin davamı deyilmi:

Heç kim kiminsə acı çəkməsini istəməz. İnsan olan kəs insanların ancaq xoşbəxtliyini istəyər. Siz də xoşbəxt olun, anmma bir az da etdiklərinizə məsuliyyət daşıyın, cəmiyyətin mövqeyinə hörmət edin. Həyatınız uğursuz olubsa, səbirli olun, mübarizə aparın, lap yenidən ailə həyatı qurmaq lazım gəlibsə, bu qədər təmtəraq nəyə lazım, reklam nəyə lazım? Ağayana bir toy edib qalan həyatınızı yaşayın da.
Yəni, demək istədiyim budur ki, sevgi, ailə dəyərlərimiz çox aşınmaya məruz qaldı. Qadın obrazının özü aşınmaya məruz qaldı. Nəticədə, qadına/ qıza münasibət mənfi çalarlar almağa başladı. Belə təsirə məruz qalmış insanların gücü ona çatdı ki, maksimum səy göstərdilər ki, qızları olmasın. İndiyə kimi gördükləri açı səhnələr, utanclar onun qarşısına çıxmasın.
Təhsil Nazirliyinin bir məlumatına baxın: 2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, respublikanın ümumi təhsil müəssisələrində, ümumilikdə, 1 574 206 şagirdin təhsil alacaqd. Təhsil Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, şagirdlərin ümumi sayından 733 279 nəfəri qız, 840 927 nəfəri isə oğlandır.
Deməli, 2020-2021-ci tədris ilində məktəbə gedəcək oğlanların sayı qızlarla müqayisədə çoxdur. Başqa sözlə, oğlanlar qızları yüz min fərqlə üstələdi.
Bəs necə oldu ki, cinslər arasındakı doğum fərqi bu qədər fərqliliyə istiqamətləndi? Bir vaxt “SSRİ-də 1 kişiyə 7 qadın düşür” deyərdilər, indi tam əksinə olub.
Bu və ya bu kimi daha digər müqayisələr də aparmaq olar. Görünür, bu günün dünyaya qız gətirməyinin öz ağrı-açıları var. Bəlkə də qız ata-anası ətrafda , dünyada qadına fərqli baxışların hökm-fərma olduqlarının fərqindədirlər. Oğlan uşaqları başağrısı gətirsə də, qız övladları ilə bağlı “xəcaləti ”ailələr heç cürə qəbul etmək istəmirlər. Belə düşünənlərin yanaşması doğru olmasa da, hər halda, onlar içkili vəziyyətdə avtomobil idarə edib qəza törətməyi, günlərini eyş-işrətdə keçirməyi bağışlasalar da, üstündən keçə bilsələr də, qız övladların adı ilə bağlı qəbahətlərdən keçə bilmirlər. Heç şübhəsiz bu anomaliyalar keçid dövrünün törətdiyi fəsadlarla, Qərb dünyasından mənəvi dünyamıza başlanan “səlib yürüşü” ilə də bağlıdır. Çünki belə əxlaq bizim ölkə, xalq üçün heç vaxt xarakterik olmayıb.
XIX əsrin sonu XX əsrin əvvəllərində də Azərbaycan eynən bu çətinlikləri yaşamışdı. Azərbaycanda kapitalist münasibətlərinin yeni təşəkkülü pulu dəyərli olanların fövqünə qaldırıb ölkəmiz üçün , dinimiz üçün ekzotik bir mənzərə yaratmışdı. C.Cabbarlının “Aydın” dramı bu mövzuda , məncə, çox qüvvətli əsərdir. Əsərin əvvəlində Aydının sevgi haqqında düşündükləri sevgi haqqında olduqca müqəddəs səslənir:

“A y d ı n:
Mən sеvirkən də bеlə düşünürdüm. Mən istəyirdim ki, sеvdiyim məni sеvməsin. Ona çatmaq ümidilə yüksəlmək, çırpınmaq, çarpışmaq, yuхusuz gеcələr, qanlı vuruşmalar, əzab, göz yaşları, mübarizə… nəhayət, napolеonvarı, yurduma dönərkən, istiqbalıma çıхmış qızlar tərəfindən başıma səpilən çiçəklər altında məni görməsini və hеsablaşmaq əlaməti olaraq, ancaq gülümsəməsini istəyirdim. Yorulurkən, ümidilə qüvvətlənib durmaqsızın irəli, dayanmaqsızın yüksəklərə! Yеnə iztirab, yеnə göz yaşları. Yalnız ölərkən, son nəfəsdə dodaqlarımı dodaqlarına sıхıb: mən bir həqiqətəm, mən bir hеç dеyiləm! – dеyə, qalibiyyət və iftiхar sеvinclərində boğulub ölmək istəyirdi”.
Aydını bu ülvilikdə məsud edəcək sevgilisi vardı: Gültəkin…
Fəqət, ehtiyac, sıxıntı onu nəinki məsud edir, əksinə, bu sevgini də, sevgi haqqında arzuları da məhv edir. Səbəb altun dünyası idi, Dövlətbəylərin cah-cəllallı həyatının verdiyi üstünlüklər idi. Bu “üstünlük”lərinə görə Dövlət bəy və onun kimi adamlar maneəsiz-flansız Aydın və Gültəkinin odasının kiçik nəfəsliyindən daxil olub,
onların əbədiilik səadətini zəhərə döndərirdilər. Yenə “Aydın” əsərinə qayıdaq.
Əəsrin sonunda Gültəkin zəhər içib özünə qəsd edir:
” Kasə-kasə zəhr-qəm nuş еylədim еşqinlə mən,
Dəsti-curindən nələr çəkdim, şikayət olmasın!
Qəm yеmə, bir gün irərsən vəslimə, dеrsən mənə:
Muidi-vəslin, saqın, ruzi-qiyamət olmasın!
Pərdə bitincə, A y d ı n mənasız, şaşqın baхışlarla əvvəl ətrafa, sonra da Gültəkinin üzünə baхaraq, ağlayırmı, gülürmü, bəlli olmayan bir səs və görkəmlə hayqırır: ” Artıq mən bir həqiqət dеyiləm, mən bir hеçəm, ha-ha-ha… Dövlət… Altun… ha-ha-ha…”
Bununla belə, hamımızı məyus edən hadisələr baş versə də, dövlətimiz Azərbaycan qadınlarının sosial-mədəni yüksəlişi üçün hər zaman ciddi-cəhdlə çalışmaqdadır. Azərbaycan qadını bu gün karyera pillələri iləinamla irəliləyir. Qadlnalimdir, Millət vəkilidir, Milli Qəhrəmandır.

Bunla bizim yazımızın əsas mövzusundan fərqli olsa da, mən müxtəlif dövrlərdə yaşayan qadınların talelərində bir oxşarlığı nəzərə çapdırmaq istədim. Dövlətbəylər kimi adamlar az da olsa, hələ də var. Qərb mühitinin gətirdiyi fəsadları da nəzərə alsaq, ata-anaların dünyaya qız gətirmələrindən narahatçılıqlarını başa düşmək olar. Qız uşaqları üzərində mühafizəkarlığa da bu kimi amillər təsr etməməyə bilməz.
Hər kəsə bəllidir ki, bizim malik olduğumuz, yaratdığımız ailə-əxlaq sərvətimizin ən dəyərli ölçüsü namusdur. Gözümüzü açandan ağsaqqalların, ağbirçəklərin ağızlarından “halal süd əmmiş”, “adı, namusu üstündə” abır -həyalı, qeyrətli, ailəcanlı qəz-gəlin haqqında şox eşitmişik. Müdriklər hansı qız-qadınlarımıza belə deyirdilər, ixtiyar qocalarımız hansı kişinin, hansı ananın qızına elçi düşərdilər (bəzən 2, hətta 3-4 dəfə elçi gedərdilər) bir əxlaq yaddaşı idi. Qız üçün təkrar -təkrar gedilən elçiliklər qızı həqiqətən sevdiklərini ifadə edirdisə, oğlanı da sf niyyətlə ailə qurmaq fikrində olduğunu təsdiqləyirdi. Yəni bunlar insanların gözü qarşısında olurdu: hansı ailənin qızların böyüməyə qoymurdular, hansı kişilərin oğulları üçün gedilən elçilik rədd edilməzdi, bu, hamıya aydın idi.
Əgər tərəflər (qız +oğlan) bir-birini həqiqətən sevirdilərsə, el-obanın, ailənin, əsil-nəcabətin ölçülərini gözləməyə və əməl etməyə borclu idilər. Əgər hansı birinin valideynləri tərəfindən etiraz vardısa, səbirlə, ağılla məqsədə doğru getmək lazım idi. Oğlan oxumuş olsun (oxumaya da bilər), əmək adamı olsun, çörək qazanmağaı bacarsın, içkidən, digər pis vərdişlərdən və sairlərdən uzaq olsun…Qızdırsa, oturub-durmaqda ədəbin bilsin, abırlı-həyalı olsun, yəni, əsil-nəcabəti olsun. Xoşbəxtliyə aparan yol budur. Bu yolla gedən cütlüklərimiz çoxdur. Amma yolunu azan, şeytana uyan, təsirə düşən zavallılarımız da az deyil. Evli tərəflərdən hansısa birinin, ya ər olsun, ya qadın, fərqi yoxdur, əza həzzini ailənin fövqünə qaldırması yanlışlıqdır, bədbəxtlikdir. Nə böyük səadətmiş, xoşbəxtlikmiş mehriban bir ailənin atası olmaq, anası olmaq…Sonra ruporla olmasa da, içlərində gözəl şairimiz Ağa Laçınlının aşağıda təqdim edəcəyimiz çox təsirli bir şerinin şah misrasını pıçıldamayalar:
Gedirsənsə, gözünü məndən tamam kəsib get,
Gözünlə barışaram – özünlə barışmaram!
Yoxluğumun ucundan, həsrətimin ucundan
Yuxuna qarışaram – özünlə barışmaram!

Dilinin kor tiyəsi öyrənibdi pis kəsə,
Pisini də öyərəm, özgə səni pisləsə.
Dərd qəlbini tək görüb qarmalamaq istəsə,
Dərdinə darışaram – özünlə barışmaram!

Sən yanılan, yandıran, sən küsdürən, sən küsən,
Heç qapından girmərəm, qayıt desən, gəl desən.
Görsəm dara düşmüsən, görsəm yaman gündəsən,
Yağınla vuruşaram – özünlə barışmaram!

Çox əyri düzələrdi qovuşsaydı düz-düzə,
İllər ilmə toxudu, söykənmədi söz-sözə.
Elin yığnaq yerində birdən gəlsək üz-üzə,
Halını soruşaram – özünlə barışmaram!

Axı mənə kim çatar ağ günü diləməkdə,
Qələbəni gəzmərən qırmaqda-şiləməkdə.
Oğul-uşaq böyüdüb başçılıq eləməkdə
Yolunla yarışaram – özünlə barışmaram

Qəlbə hopur sirdaşın hər baxışı, hər izi,
Düşmən çıxan dostun da ağır olur itkisi.
İşdir, səndən başlayıb ölüm ayırsa bizi,
Qəbrinə sarışaram – özünlə barışmaram!


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.