Məşhur qadınlar

 Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı  Xurşidbanu Natəvan  XIX əsr Azərbaycan       ədəbiyyatının görkəmli şairi olmuşdur.  O, həm də  gözəl insan, xeyriyyəçi, mesenat və fəal ictimai xadim olmuşdur. Natəvan Şuşada “Məclisi-üns” ədəbi məclisi  təşkil etmiş  və onun bütün xərclərini öz üzərinə götürmüşdür. O,  Şuşa şəhərinə “Xan qızı bulağı” adı ilə məşhur olan su kəməri çəkdirmişdir.

Qızılglün lap təzə çıxdığı vaxt bir nəfər fəqir Natəvana bir dəstə qızılgül gətirir.  Xan qızı ona təşəkkür edir və   100 manat bağışlayır.  Kişi Natəvana dua edib gedəndən sonra  ev darğası Xan qızına deyir ki, bu gülləri  ən yüksək qiymətlə hesablasaq, iki şahı edər. Siz niyə ona 100 manat verirsiniz. Mərhəmətin bir dərəcəsi var, sizin  hərəkətiniz  məni çox təəccübləndirir.

Natəvan deyir:

Bizim yerlərdə gülü pulla ölçməzlər. O kişi ehtiyac içində boğulur. Görkəmi necə  miskin idi. Mənim yanıma da gülü bəhanə edib gəlib, onun mərhəmətə ehtiyacı var imiş. Onu heç cürə əliboş yola salmaq olmazdı. Hər kasıbı sevindirəndə aldığın həzzin  dərəcəsi ölçüyə gəlmir.

 1883-cü ildə Natəvan oğlu ilə  faytonda, yanında da atlıları  Bərdədən Ağdama qayıdırmış. “Narlı dərə” deyilən yerdə bir qarı onların qabağını kəsir və açdığı süfrəyə dəvət edir. Şairə qarının xahişini məmnuniyyətlə qəbul edir, faytondan düşüb süfrəyə yaxınlaşır. 1-2 stəkan çay içir, sonra da  yuxa arasına pendir yaxıb ləzzətlə yeyir   Daha sonra ayağa qalxıb qarıya  təşəkkür edir və   faytona  yaxınlaşır. Bu zaman atlılardan biri qarıya deyir ki,  qarı,  Xan qızı,    Allah sənin qismətini yetirdi: döşəyinin altına bax. Sən demə, Xurşud xanım kimsəsiz, kasıb qarıya  100 manat ayrdım edibmiş.

 Xurşud xanım həm də Şərq təbabətinin gözəl bilicisi imiş və bir çox xəstəlikləri  xalq təabaəti əlacları ilə  müalicə edirmiş. Məsələn, qudurmuş it tutanları belə müalicə edirmiş:  parabiziən adlı cücünü (bu, ən çox xımmı otu üərində gəzən, qırmızı və qaraxallı cücüdür) kağıza və ya taxtaya sancıb qurudar,  sonra həvəngdəstədə narın-narın döydürərmiş. Xəstəyə dərmanın qədərini də özü təyin edərmiş. Xəstə 10 gün onun evində qalırmış.Sonuncu gün Xan qızı xəstə ilə üz-üzə oturar və qəfildən ona sillə vurarmış. Xəstə diksinsə imiç, deməli, o, sağalıbmış, yox, diksinməzdisə,  demək, saöalmayıb, müalicəni davam etdirirmiş.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!