Sevgi gözəl bəladır

              Lap məni döyün, ɑmmɑ buraxın istədiyim kimi gülüm..

                                  Molyer

Gözəl bir gülüşü qaranlıq evə girən günəş işığına bənzədirlər. Gülüş ən asan bir yaxşılıq…Sərrast və mənalı?

Çox sevgilər adi bir təbəssümdən başlamayıbmı? Adi münasibətlərdə, problemlərin çözülməsində ilk tapındığımız bu təbəssüm olmayıbmı? Bir balaca təbəssümə bağlanıb ümid etmişik hər zaman problemlərin, məsələlərin uğurlu həllinə.

Məsələ ciddi olanda suçlu və ya cavabdeh tərəf qarşı tərəfə barışıq jestləri edəndə və yaxud qapısına gedəndə onlardan kiminsə üzündə bu təbəssümün bütün yox eyyy, 1-2 cizgisini arzulayarlar:Arzulayarlar ki, qarşı tərəfn üzündə-gözündə bir zərrə təbəssüm işığı sezib ürəkli olsunlar. Çünki təbəssüm insan əhvali-ruhiyyəsinin inikası olduğu kimi, qarşı tərəfi də təbəssüm, uğur üstə kökləyir…

İnsan yalandan gülə bilməz, gülsə də elə anındaca hiss olunur. Çünki o gülüş heç bir aura yarada bilmir. Heç eştməmisinizmi kimsə desin: “dərman qəbul etdim, elə bil heç nə qəbul eməmişəm, heç bir təsiri olmadı”. Əlbəttə, ailədəki bütün səmimiyyət, rahatlıqlar qadının təbəssümündən başlayır.

Elə bu 1-2 cizgi təbəssüm bəs edir ki, ümid yorunu aydınlatsın. Bu mənada, əlbəttə, təbəssümü Günəşə bənzədənlər əsaslıdırlar fikirlərində.

Dünyamızın bir günəşi var və o, hamıya yetər.

XVII əsrdə yaşamış ingilis şairi J.Milton demiş ki, əgər Günəşə ağıllı baxmasaq, qaranlıq içində qalarıq. Bu, danılmaz həqiqətdir. Günəş təbii həyatımızın ilkinidir, əsası ünsürlırinən biridir.

…başının üstündə al Günəş, ürəyində, gözündə, həyat yoluda da “dirilk günəşi”…

Amma mənəvi baxımdan da hər evdə, hər ürəkdə bir Günəş, nur çeçməsi olur və zaman-zaman bu çeşmə övlad, nəvə qollarına ayrılır. Hər birinin bir ayrı dadı-tamı, hər birinin bir ayrı təsiri. Əsas budur ki, təbəssüm var. Təki sənin evinə, könlünə təbəssüm seli paylayan Günəşin olsun. Bu təbəssümlə qarşılanırsa, açılırsa gözlərin, uğur da, səadət də buradan müşayiət edəcək bir-birlərini.

Bizim də çox odlu-alovlu bir şairimiz vardı, Allah rəhmət etsin: Tofiq Bayram. Tofiq Bayram mənəvi Günəşimiz haqqında necə səmimi yazmışdır:

Güldürsən, ömürlük səadətindir,

Söndürsən, yanmağı bir də çətindir.

O, əsl qayğının, məhəbbətindir,

Sevgisiz zindandır qadın ürəyi.

Onda başının üstündə al Günəş, ürəyində, gözündə, həyat yoluda da “dirilk günəşi”, yaşayın da…..

Təbəssümə aid hikmətli sözlər

1. İnsɑnlɑr üçün ən gözəl hədiyyə, heç bir məsrəfə ehtiyɑç göstərməyən dɑdlı bir gülümsəyişdir.

Hz. Süleyman

2. *Gözyɑşının belə vəzifəsi vɑrmış: ɑrdındɑn gələcək gülümsəmə üçün təmizlik yɑpɑdarmış.

3 Bir insɑnın neə güldüyündə tərbiyəsini, nəyə güldüyündə isə zəkasını və səviyyəsini ɑnlɑrsınız.

Mövlɑnɑ Cəlɑləddin Rumi

4.Gülər üz qızıl ɑçɑrdır.

T.B. Mɑcɑulɑy

5. Gülmək üçün xoşbəxt olmɑyı gözləməyin, bəlkə gülmədən ölərsiniz.

*Gülmək bir günəşdir, insanın üzündən hüzn və kədər qışını dəf edər.

Viktor Huqo

6. Gözəlliyin təbəssümdə gizləndiyinə inanıram.

Bir təbəssüm üzü gözəlləşdirirsə, o üz həqiqətən gözəldir.

Əgər təbəssüm xarici görünüşünüzə heç nə qatmırsa, o, başqa bir üzdür.

Tolstoy

7. Məni istəsəniz döyün, ɑmmɑ burɑxın istədiyim kimi gülüm.

Molyer

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı