Maraqlı məlumatlar

Dağlar qızı Reyhan, Reyhan,

Parlaq dan ulduzu Reyhan, Reyhan…

Aləm sənə heyran, heyran, heyran…

Nə qəşəngsən, ay qız,

Gül -çiçəksən, ay qız,

Bir danəsən, ay qız,

Dürdanəsən, ay qız…

*****

Gözəllər gözəli Reyhan, Reyhan,

Sevdamın əzəli Reyhan Reyhan, 

Aləm sənə heyran, heyran, heyran…

Nə qəşəngsən, ay qız,

Gül -çiçəksən, ay qız,

Bir danəsən, ay qız,

Dürdanəsən, ay qız…

******

Zil qaradır gözün, Reyhan, Reyhan,

Baldan şirin sözün, Reyhan, Reyhan.

Aləm sənə heyran, heyran, heyran…

Nə qəşəngsən, ay qız,

Gül çiçəksən, ay qız,

Bir danəsən, ay qız,

Dürdanəsən, ay qız…

  Uşaqlıq və gənclik illərimizinn  radiodan və televizordan eşitdiyimiz bütün mahnılar gözəl idi, məzmunlu idi. Adamın  gözəl arzularına işıq tuturdu. Daha  indiki kimi deyildi.  Hamı yazır, ağlına gələni yazır və özü  musiqi bəstələyir,  bəzən  də elə özü də oxuyur.  Bəla da burasındadır ki,  bu gic-gic mahnıların böyük auditoriyası var, satılır.Pulu da  bir nəfərin  kartına gedir. Fikir verin:  haqqında danışdığımız gözəl mahnının   sözləri   görkəmli şairimiz Tələt Iyyubova məxsusdur.Musuqisi məşhur bəstəkarımız Fikrət Əmirovundur.  Əvvəlcə , Rəşid Behbudov ifa edib, sonra Zeynəb xanım.Hər iki  müğənni   dünyalarca məşhur sənətkarlardır. Belə mahnılar  ona görə də ölümsüzdür.

F.Əmirov bu mahnının musiqisini  1959-cu ildə bəstələyib. 1960-cı ildən başlayaraq    ürəklərimizə yol tapıb, radio və televiziya vasitəsi ilə   evlərimizdə səslənib.

Çox az adam bu mahnının nə üçün  “Reyhan”  adlandırıldığını , kimə həsr olunduğunu bilmir.  Onsuz da güllərin, qızların  hamısının adına mahnı var.  “Reyhan”mahnısı isə  hüznlü bir hekayə əsasında yaranmışdır.

1918-ci il Mart soyqırımı zamanı erməni vəhşilləri  kəndlərimizə, şəhərlərimizə basqın edən  ağlasığmaz vəhşiliklər törədiblər. Onlar azərbaycanlıların toyuna hücum edərək bəyi öldürürlər. Əslən Xaçmazdan olan Reyhan adlı gəlin isə qaçıb gizlənməyi bacarır.  Dağlara çəkilən Reyhan sonralar başına dəstə yığaraq Qubada  ermənilərdən intiqam alır. “Gəlinqaya” adlı  yerdə isə erməniləri darmadağın edir.

 1928-ci ildə Reyhan həbs olunur, amma bolşeviklər tərəfindən güllələnməyə aparılan zaman o, xilas edilir. Reyhanın adı və soyadı dəyişdirilir. O, Krımdakı bir monastrda yerləşdirilir. Hansı monastra yerləşdirildiyi məlum deyildir. Əslən Xaçmazın Padar kəndindəndir.

 1968-ci ildə Türkiyədə “Reyhan – Dağlar kızı” filmi də çəkilir. Filmdə Reyhan obrazını türk aktrisası Filiz Akın ifa edir. “Reyhan” mahnısı bu filmdə də səsləndirilir.

Qeyd: Yazı internet məlumatları əsasında təqdim olunur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!