Qar yağması  uşaqlara sevinc gətirsə də, hamı üçün   təhlükələri də unudulmamalı

Faydalı məsləhətlər

  Qış fəsli  dekabrın 22-dən başlasa da,uşaqlar üçün   qış sevinci  bu gündən başlayıb.  Bütün evlərdə uşaqlar yerlərindən duran kimi pəncərəyə qaçıblar ki, qar yağıbmı. Axı  dünəndən evdə böyüklərindən eşitmişlər ki, qar havasıdır.  Gecə qar yağacaq. Əslindəqar bir az da ertədən yağmağa başlamışdır.  Və  biz  oyananda artıq yerdə 2-3 sm qar vardı. Böyüklər qarın gətirdiyi problemlərin hayında ikın, balacalar da  tələm-tələsik geyinib  həyətə  cummaq istəyirlər.  Bəli,  Bakıya qar yağıb…

 Uşaqlar sevinsə də problemlər də nəzərdən qaçırılmamalı, ehtiay əldən verilməmidir.

Çünki, məlum məsələdir ki,  qış aylarında sürüşmə və yıxılma halları daha intensivləşir.

Nəticədə, xüsusilə buzlu səkilərdə və yol ötürücülərində sürüşmə və yıxılma nəticəsində ağır yaralanmalarda  çoxalır. Belə  qəzalar yaşlılarda ciddi qırıqlara səbəb ola bilər. Yaşlı yaşlarda bu görmə itiliyinin azalması, əzələ gücünün azalması və qoruyucu reflekslərin azalması kimi səbəblərə görə tarazlıq çətinləşir,  yıxılmaq təhlükəsi bu səbəblərdən asanlaşır. Bundan əlavə, yıxılma nəticəsində osteoporoz səbəbiylə sınıq olma ehtimalı daha yüksəkdir.   Buna görə də,   küçədə gedərkən çox diqqətli olmaq lazımdır.  Yaşlı insanların zərurət olmadıqca çölə çıxmaması  məsləhətdir.

Qarlı və buzlu yerdə hərəəkət zamanı  sürüşmə və yıxılma   ən çox rast gəlinən xəsarətlərdir. Belə hallarda  bilək, çiyin, dirsək, bud nahiyəsində yumşaq toxuma əzilmələri əmələ gəlir. Fəqərə sümükləri, sınıqlar və çıxıqlar baş verərkən, boyun və baş nahiyəsinə zərbələr ağır nəticələrə səbəb ola bilər .  Bu zaman ciddi kəllə-beyin travması və ya beyin silkələnməsi almış şəxs gözləmədən ən yaxın səhiyyə müəssisəsinə aparılmalıdır.

  1. Hündürdaban və sürüşkən altlıqlı ayaqqabı geyinməkdən qaçınılmalı, bunun əvəzinə rezin və ya rezin altlıqlı sürüşməyən ayaqqabılar geyinilməlidir.

2. Çox qalın, qaba paltar geyinmək hərəkəti məhdudlaşdıra bilər,  odur ki, isti və çox dar olmayan paltarlar geyinilməlidir.

3.  Buzlu və qarlı səthlərdə əsla telefonla danışmayın, əllərinizi cibinizə soxmayın.

4. Qarda,xüsusən də qranit və ya mərmər döşəmələrdə gəzərkən kiçik və yavaş addımlar atılmalıdır. Məhəccərlərdən dəstək alınmalıdır. Pilləkənlərlə yuxarı və ya aşağı gedərkən  ayaqqabı elə atılmalıdır ki, ayaqqabının bütün altlığı yerə dəysin.

5. Yollarda avtomobilin olmadığından tam əmin olduqdan sonra yolun qarşı  tərəfinə  keçin.

6. Yıxıldıqdan sonra dərhal ayağa qalxmağa çalışmaq lazım deyil. Yerdən qalxmadan bir müddət gözləmək lazımdır.   yoxlamaq  hissəsi, yavaş-yavaş ayağa qalxıb Əgər zədələnmə bədənin aşağı hissəsində, yəni,  omba və ya ayaq nahiyəsindədirsə, hərəkət etmədən həkim briqadasına məlumat verilməlidir. Ümumiyyətlə, qırılan ayağı tərpətmək, ayaq basmaq qətiyyən düzgün deyil.

Qeyd: Yazıdan internet mənbələrindəki həkim məsləhətlərinə istinad edilmişdir.