Hikmət bağçası/Kəlamlar

Elə bir gözəllik var ki, ona illərin gücü çatmır – bu ürəyin gözəlliyidir.
Şərq müdrikliyi
Əgər cahanda kamal qalib gəlməlidirsə, nədir bu qədər insanları podium izləyicilərinə çevirən
Kəlam
Qolu və ya ayağı təriflənən gözəl deyil, bütün görünüşü fərdi xüsusiyyətlərə heyran olmağa imkan verməyəndir.
Lucius Annaeus Seneca
Yalnız təbii olan gözəldir.
Volter
Musiqidə gözəllik effektlər və harmonik qəribəliklər yığınında deyil, sadəlik və təbiilikdədir.
P. Çaykovski
Gözəlliyin əlavə zinətə ehtiyacı yoxdur – onu ən gözəl edən zinətin olmamasıdır.
Johann Gottfried Herder
Sadəlik incəliyin ən yüksək formasıdır.
Gözəllik o zamandır ki, artıq heç nə yoxdur.
Leonardo da Vinçi
Heç bir xarici gözəllik daxili gözəlliklə canlandırılmasa, tamamlana bilməz.
Xarici gözəllik daxilini əhatə edəndə daha qiymətlidir.
Uilyam Şekspir
Zahiri gözəllik özünə xeyli pərəstişkar qazana bilər, onları yanında saxlamaq üçün isə mütləq daxili gözəlliyə malik olmalısan.
Ç.Kolton
Bütün faydalı işlər kimi gözəlliyin də özülündə zəka dayanır.
O.Fabr


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.