Nostalji

Kainatda elə ulduzlar var ki, özləri çoxdan sönüb. Lakin şəfəqləri əsrlərdən bəri əsrlərdən bəridir ki sönməyib, insanların yolunu, beynini,   təfəkkürünü işıqlandırır. Bəşər tarixində də o ulduzlara oxşayan insanlar var, onlar həyatdan çoxdan köçmüşlər. Fəqət,  əməlləri, insanlıq üçün ürəklərində yuva  qurmuş ideallar ölməyib, bu gün də insanlara yaşamaq öyrədir,  onlarınişıqlı arzular uğrunda apardıqları mübarizələrinə  ruh verir,ümid verir. Bütün xalqların tarixi belə şəxsiyyətlərlə zəngindir. Belə şəxsiyyətlər bütün  dövrlərdə olmuşdur. Aristotel, Hippokratdan, Əl-Xarəzmidən, Nizamidən, Füzulidən, Ana dilimizi dövlət dili səviyyəsinə qaldırmış, Azərbaycan torpaqlarını birləşdirmiş, mərkəzləşdirilmiş Azərbaycan dövlətini yaratmış  Şah İsmayıl  Xətaidən, Memar Əcəmidən,  N.Tusidən başlamış

sovet kosmik proqramının banilərindən biri olmuş Kərim  Kərimova,  görkəmli neftçi, mühəndis-geoloq  Fərman Salmanova, dünyalarca məşhur sənət adamları olmuş  Rəşid  Behbudova, Qara Qarayevə,  Tahir Salahova, ümummilli lideimiz  HeydərƏliyevə,  məşhur alim və mütəfəkkir, akademik Azad Mirzəcanzadəyə, süni intellekt tədqiqatçısı, Amerikadakı  Berkli Kaliforniya Universitetində kompüter elmləri professoru Lütfizadəyə  və hələ adlarını  böyük ehtiram  və qürurla qeyd edə biləcəyimiz  neçə-neçə  məşhur şəxsiyyətlərimiz var ki,  onlar  haqq dünyalarına qovuşsalar  mənən  yaşayırlar və yaşayacaqlar da. Arzu və əməlləri ilə birgə, bütün  şüurlu həyatlarını  bəxş etdikləri  Azərbaycan xalqı ilə birlikdə. Bu yazını  həsr etmək istəyimiz  Aygün  Bəylərin  yerini də mən   adlarını qeyd etdiyimiz məhur şəxdiyyətlərin  davamçıları  sırasında görürəm. Nə olsun ki, az yaşadı… 48 yaş nədir ki…  Amma mənalı ömür üçün  yaş həddi şərt deyil.  Cəfər Cabbarlı 35 yaşında dünyasını dəyişib.  İstiqlal şairlərimiz     Mikayıl Müşfiq 31,  Almaz İldırım 45   yaşın içindəykən irticanın qurbanlrıı oldu. Böyük yazıçımız Cəfər Cabbarlı ,  görkəmli tənqidçimiz Məsud Əlioğlu 45 yaşında əbədiyyətə  qovuşmuşlar.  Gənc, istedadlı müğənni  Xeyransa Məmmədova 29 yaşındaykən pərəstişkarlarını nisgilli qoyub getmədimi?   Nəzakət Məmmədovanın, daha sonra Səxavət Məmmədovun,  Rafiq Babayevin vəfatını unutmuşuqmu və yaxud unudacağıqmı?

 Sən bir taleyə bax. Əli  Kərim şeirlərin birində insanları doğmalarından, sevdiklərindən əbədi ayıran   ölümün müdhişliyini, amansızlığını dilə gətirir:

 (ixtisarla)

…Hardan gəldi çıxdı

ölüm – bu qoca kaftar.

Yaman kəmfürsətdir,

Görmür ki,

əlimdə nə qədər işim var?

Heç kim inanmır ki,

Öləcək..

Elə mən də…

Amma ölüm

oğlanlarımın

kədərli təbəssümüylə

gülümsəyəndə,

Onların, hələ dünyanı

tamam yığa bilməmiş

gözləriylə baxanda

onlarla bir oyanıb da,

Bir oynayanda,

Hər işdə onlardan

geri qalmayanda,

Sadiq köpək kimi girəni,

çıxanı yoxlayıb

qapının yanından ayrılmayanda,

İnandım öləcəyimə…

Demədim heç kimə.

Tabutuma oğlanlarımı

yaxın qoymayın!

Təbəssümlərini qoyarlar ora,

Qoymayın onları

həyətdən bir adam çağıra,

Oyuncaqlarını,

oyunlarını gətirib

qoyarlar tabutuma,

Birdən-birə

qocalarlar.

Mənsə aparıram

sizə lazım olmayan

nəyim var.

Amma qoyub gedirəm

nöqsanlarımı.

Onlar narahat yaşadar

oğlanlarımı,

Tabutuma

Bir az kağız qoyun,

bir dənə də qələm.

Hayıf, bu yaşda heç nə,

heç nə deməmişəm.

Dostlar

bir şeir desinlər,

İşdi imkan olsa,

bir dənə də mahnı

çaldırsınlar.

Şeirlə mahnının möcüzəsilə

Ayılmağa

çox dəli bir ümidim var.

Ölüm çəkmiş olsa üzümə

sarı bir kədər,

Əvvəlki təbəssümümü

salın yada

düşünüb bır qədər.

Gecələr

yazmaq,

oxumaq eşqi gələndə

Paşanın,

Azərin,

Orxanın,

Asın təbəssümümü

divar lapması kimi

başı üstdən

Uç canımın,

üç

igid oğlanımın

Paşamın,

Azərimin,

Orxanımın.

 Və elə həmin  il də oğlanları ilə vida edir…

  38 yaş nədir ki, lap 48yaş nədir ki, “ölüm, bu qoca kaftar” qıydı  Aygün Bəylərə.

 Ondan sonra  daha   biz də “ doyunca tut yeyə bilməyəcəyik”.   Aygün gözəl oxuyurdu. Heç bir  audiovisual vasitəyə ehtiyacı yox idi. Allah səs   və bir də mükəmməl  platoniklik bəxş etmişdi ona.  Bütün mahnıları çılğıncasına ifa edirdi. Aktyorlar  var ki, şirinmahnılar ifa edə bilirlər. Amma onlar müğınni deyillər.  Amma Aygünün mahnılarının cazibə qüvvəsində  məxsusi olaraq bir   aktyorluq ampluası vardı.  O,  hsnsı mahnını ifa edərdisə oqədər obrazlılıq  aktı göstərirdi ki, mən qoppac olurdum ki, Allah, bu qızımızın səsini qırma, zilə qalxanda, bəmə düşəndə onu qoru. Qoxurdum ki, bu qədər yanmaq olmaz, ah çəkmək olmaz… Yanıb qurtaracaq bu qız…Allah onu həmişə də qorudu. Amma  o, ayrı cürə yandı və yandırdı.

Tut ağacım, tut ağacım,

Aman yerim, güman yerim…

Xatirələr qanadında

Yaşatdığım pənah yerim…

Aygün  yanıqlı səsi ilə  bizi tutun da, tut ağacının da kult müqəddəsliyinə tapındırdı. O, bizim hamımızın təslimiyyətini  bu qocaman ağaca   elə çatdırıb ki, bu and-aman   həyətlərdə çox az sayda qalan  tut ağaclarına  mütləq bir  qədirşünaslıq   hərəkatı yaratmalıdır.

.Tut ağacı

Sözləri: Zəkirə Allahverdiyeva

Musiqisi: Aygün Səmədzadə

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!