Mövqe

Bu mövzuda, bəlkə, bizim qədər heç vaxt heç kim nəsə yazmayıb nəsə deməyib. Artıq o vəziyyətə gəlib çatmışıq ki, biz də həmin “Heç kimlər ” toplumunun sıralarına qoşulmaq istəyirik. Çox nadir hallarda ruhunu oxşayacaq bir yazıya rast gələrsən. Daha çox yeniliklərdən xəbər tutmaq istəyirsən. Hansı sayta üz tutursan, elə manşeti görmək kifayətdir ki, ayağını üzəngiyə qoymadan, bir də görürsən ki, cin atının belindəsən. Öz həyatımızdan bir şey tapmayanda xarici ölkəlrin səfehliklərini axtarıb tapırlar. Camaat öz ölkəsinə yeni texnologiyalar gətirir, bunlar isə yöndəmsiz münasibətləri, qəddarlıqları və sair. Nə maarifləndirməyə uyğun gəlir, nə informasiya formatına.Olsa-olsa, belə əcaib informasiyalar burda baş verən bunlara oxşar hadisələrə pərsəng kimi yaraya bilər, belə hadisələrə balans yarada bilər. Son günlərin ili xəbəri öz həyatımıza aid olsa da, elə onlardan geri qalmır. Hər iki yazını təqdim edirik:
- Əməkdar artistdən sərt reaksiya : “Başlarından böyük qələt edirlər…”

Əməkdar artist Vasif Məhərrəmli ictimai qınağa tuş gəlib.
Publika.az xəbər verir ki, sənətçi restoranların birində oturduğu zaman əllərində yemək dolu qablar olan ofisiant onun yanından keçəndə yıxılıb. Müğənni baş verən hadisəyə seyrçi kimi qalıb, yıxılan ofisiantın ayağa qalxmasına kömək etməyib. Yıxılana biganə qalan müğənni sosial şəbəkə izləyiciləri tərəfindən ağır ittiham olunub. Vasif Məhərrəmli “Qaynarinfo”ya açıqlamasında onu ittiham edənlərə ağır cavab verib:
“Məni ittiham edənlər başlarından böyük qələt edirlər. Ofisiant yıxılıb və tez bir zamanda da durub ayağa, məndən üzr istədi. Dedi ki, bağışlayın, sizi narahat etdim və s. Buna nə münasibət bildirməliyəm ki? Hər şey göz qabağındadır. Ofisiant məndən əvvəl qalxıb ayağa”.
Lap tutaq ki, Vasif yerindən qalxmayıb, onu yerdən qaldlrmayıb. Burada nə var ki?…
Bu mətbuata diqqət edəcək bir şəxs ortaya çıxacaq, ya yox? Vasif Məhərrəmli adi bir müğənnidir. Onun heç kimdn təqdir olunası fərqli keyfiyyəti yoxdur, ya da digər şou nümayəndələrinin. Toylar olmasa, bunların adlarını da bilməzdi kimsə. Elələrini “məşhur müğənni”, “məşhur rəqqasə”, “məşhur aktrisa” kimi tirajlayırlar ki, Rəşid Behbudov, Flora Kərimova, Əminə Dilbazi, Əli Zeynalov kimdir onda? Bu gün Xalq artisti Böyükağa Məmmədovun Xatirə günüdür. Məşhur o idi, ondan yazın da. O restoran tək Vasif Məhərrəmliyə xidmət edir, orada digər kimsə yox imiş və yaxud niyə məhz Vasif Məhərrəmli? Bizim həyati müşahidələrdə rast gəlinir ki, qoca kişi yıxılsa, o qədər də məhəl qoyulmaz. Amma bir qadın, xüsusilə qız yıxılsa, 10-15 nəfər eyni vaxtda dərhal köməyə cümarlar.
2.“Nadir camaatın qızını basıb öpür, qucaqlayır...” – Müğənni sərt tənqid olundu

Hər hansı bir qız “povod”verməsə Nadir , yaxud digərləri heç bir qıza, qadına məsafəcə yaxınlaşmazlar, necə ki, hərəkətdə olan maşınlar ara məsafəsi saxlayırlar, onlar da elə məsafə saxlayardı. Anar Vəziroğlu jurnalistdir, kaş iradını mətbuata, televiziyaya rəhbərlik edənlərə ünvanlayaydı. Bizim bir çox mətbuat və televiziya kanalları var ki, divin canı şüşədə olan kimi, onların da canı şou çahəsindədir, şou sənətçilərindədir. Nə maarifləndirmə… 2-3 belə nümunə varsa, onlar da üzə tutmaq üçün yazılır: yeri gələndə sığortalanmaq üçün. Şoudan da yazmaq, göstərmək yaradıcılıq planlarına daxildir, amma əndazəni aşmamaqla, balansı pozmamaqla. Amma bizim informasiya məkanında maarıfləndirməkdən çox, dolanışıq mirzəliyi, televiziyonçuluğu nəzərə çarpır.












“Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır”. Bu, məşhur alman şairi və jurnalisti H.Heynenin fikirləridir. Televiziyanın ilk mexaniki modulunu hazırlayan Paul Qatlib Nipkou da (1884) alman olsa da, Heyne yaşayan dövrdə Almaniyada televiziya olmayıb.Heyne 28 il əvvəl artıq dünyaya vida etmişdi. Yoxsa televiziyanı da bu qalaların qülləsi kimi təqdim edərdi. İndi görək bu qala və qüllələr öz xidməti borclarını necə yerinə yetirirlər.


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.