Hikmət bağçası/ Kəla**mlar


İnsanlar ağac kimidir. Nə qədər uca və işıqlı olmaq istəsə, bir o qədər də çox işıq saçar: qaranlığa, eybəcərliklərə, xoş niyyətlərə aparan yolu aydınladar.
Nitşe

İnsanları tanımaq dəniz suyunu fincanla boşaltmaqdan daha çətindir.

Heç kimin çayında şəkər olmayın, çünki şəkər əriyəndən sonra siz bitmiş olursunuz.

İnsan nə mələkdir, nə də şeytan. Ən pisi odur ki, o, mələk rolunu oynamalı olduğu halda, şeytan rolunu oynayır.
Molyer

Adətən, deyərlər ki, gözdən uzaq olan, könüldən də uzaq olar. Mən bunu söz etmərəm: ürəyə daxil olan kimsə, nəsə gözdən qaçarsa, nə qorxusu…
Mövlana

İndi insanların çox şeyləri var. Amma xoşbəxtlikləri azdır…

Bir il də “İnsanlıq ili” yarışması olsaydı, nə olardı?

Bəzi insanlar o qədər kasıbdırlar ki, onların yalnız pulları var… Bu dərd bizi öldürəcək.

Bu dünyada elə insanlar var ki, onları köhnə əşyaları alanlara satsan, qazandığın pula bir mıx belə ala bilməzsən…

İnsanlar azad doğdular, amma her yerde zəncirə alındılar.
Russo

İnsanlar sünbülə bənzərlər: içləri boşaldıqca başları havaya qalxar, dolduqça aşağı enər.
Monten

Kiminsə könlünü almağı bilməyənlərə həyatı etibar etmək olmaz.

İnsanları heyvanlardan fərqləndirən cəhət ədəbdir.
Şəms Təbrizi

İnsanları xoşbəxt olanda anladığımı düşünürdüm. Onları ancaq fəlakətdə tanımaq mənə qismət olub.
Napoleon

Oxumasını bilsən, hər insan bir kitabdır.
Çenniq

Bir insanı tanımaq istəyirsənsə, onu böyük bir vəzifədə gör.
La Bryuyer


Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.