Qırmızı qoy Antoninin olsun, qaranı mən götürərəm

Sərbəst səhifə

Dünyada qəbul edilən üç əsas rəng var. Bunlar  sarı, qırmızı və mavi rənglərdir.  Digər rənglər bu 3 əsas rənglərin qarışdırılması və dəstəyi ilə formalaşır.  Bu konbinədə   bir çox başqa neytral rənglərdən də istifadə olunur. Yaşıl, narıncı və bənövşəyi kimi rənglərə ikinci dərəcəli rənglər deyilir. Amma, ümumilikdə   rənglərin sayı  haqqında konkret rəqəm demək olmur, yəni,  “sonsuzluq”dur. Alimlərin apardığı araşdırmada insan gözünün 1000 səviyyə qara, 100 səviyyə qırmızı-yaşıl, 100 səviyyə sarı-mavi tonlar gördüyü müəyyən edilib. Bu o deməkdir ki, gözlərimizin görə biləcəyi rənglərin ümumi sayıdır

Yəni 1000 x 100 x 100 = 10.000.000 (10 milyon).

Bununla belə, kompüter 16,8 milyon rəngdən istifadə edərək şəkilləri göstərir. Ancaq cavab o qədər də asan deyil. Çünki rənglərin qavranılması vizual şəraitdən birbaşa təsirlənir. Bunlardan ən mühümləri işığın rəngi, işığın miqdarı və ətrafdakı digər rənglərdir. Bundan əlavə, rənglər müxtəlif səthlərdə və müxtəlif işıq mənbələrində fərqli görünür. Deməli, ən azı 10 milyon rəng görə bildiyimizə və ətraf mühit şəraitinin sonsuz dəyişdiyini bildiyimizə görə düzgün cavab elə “sonsuz” olacaq.

İnsan gündəlik həyatında   bu rənglərin bir çoxu ilə  qarşılaşır,  yaxud təmasda olur.  Hər rəng fərdidir və buna görə fərqli psixo-emosional təsir göstərir.  Kimi mavi rəng qarşısında özünü rahat hissi edir, kimi ağ, kimi sarı, kimi qırmızı, kimi də qara. Bəli, qara rəngin mənfi çalarları olsa da,  müsbət  çalarları daha diqqətəşayandır.  Kimsə qara rəngi qəbul etmir, qırmızını soraqlayır. Axı qırmızının özünün də mənfi çalarları var. Bütün bunlara baxmayaraq, qırmızı və qara rənglər bəlkə də bir-birinə ən çox uyğun gələn rənglərdir. Onlar bir  araya gəlib hissələrin,hisslərin    ecazkar harmoniyasını yaradırlar.    

Qırmızı qaraya ruh verir. Qırmızı qaranın ruhudur. Ona həyat enerjisi verir və mövcud olmasına imkan verir.  Fikir vermisinizsə,   sevən oğlan sevdiyi qıza  qara zənbildə/səbət qızılgülün  əklil/çələng   gətirir. Bu çələngin beli  qırmızı lentlə bağlı olur. İndi qız  küsməlidirmi ki,  niyə bu çələngə qara element əlavə edib….  Dayanın, etməyin, eləməyin… Sizə olan dəruni  bir məhəbbəti belə qarşılamayın.

Bütün gül povilyonlarıbda  güclü effekt yaratmaq üçün   qırmızı qızılgüldən hazırlanmış  bukletlərin  fonunun qara rəngdə olmasına üstünlük verilir. İzlədiyimiz bir  çox filmlərdə gözəl qadınlar qırmızı paltarda, cazibədar kişilər isə qara paltarda görünür. Qara  qırmızının  tamamlayıcısıdır.

Qeyd: Yazı bir çox internet  mənbələrindən istifadə ilə hazırlanmışdır.