Monqollar “tupoy” deyillər

Etnoqrafiya

Yəqin ki, çoxunuz   həyatda kiminsə bir başqasına ” monqol” deməsinin və yaxud  monqola oxşatmasının şahidi olmusunuz. Məgər monqol olmaq utanc deməkdirmi?  Bu ifadənin təhqir kimi işlənmə səbəbini necə izah etmək olar?

Hər dəfə  kiminsə qarşısındakına  tənə ilə “monqol” yarlığı  qoyması ilə rastlaşanda uzun zaman  beynimdə düşünmüşəm ki,  bəlkə Mərkəzi Asiyanın Monqolustan adlı ölkəsində eşitdiyimiz, bildiyimiz meqopolislər, infrastruktur, yüksək dəb zövqü olmadığından , daha çox köçəri həyat sürdüklərindən hansısa bir adama sataşmaq, lağ etmək anlamında “monqolsan” deyib, onun bu xalqın mədəni-iqtisadi səviyyəsində olduğuna istehza ediblər. Yəni bunlar ilk ağlıma gələn təxminlər idi.  Bu ifadənin leksik mühiti də elə   fəal deyilsə də,  fakt budur ki, hər halda, işlənmə arealı var.  Bununla bağlı   mənə  fikrimi  izah edə   bilmək üçün kömək edəcək  bir çox mənbələrə baxdım. Qənaətim bu oldu ki, ifadə heç də kor-koranə ortaya atılmayıb, burada daha “böyük başlar”ın daha böyük niyyətləri, həm də mənhus niyyətləri var imiş.

Avropa dillərinə Monqolustan “Monqolia”, monqol isə “monqol” olaraq keçmişdir. “Monqol” sözü isə irq adından (monqoloid) meydana gəlmişdir.

XIXəsrin ikinci yarsından bu sindrom elm aləminə məlum olduqdan sonra, onun daşıyıcılarına monqollara oxşarlıqlarına görə “monqol”, bu halın özünə sə “monqolizm” deməyə başlamışlar. Tamamilə monqolları alçaldan irqçi bir münasibətdir. Avropalılar “axmaq, gerizəkalı” hesab etdikləri bir şəxsi “monqol” deyə təhqir etmişlər. Bu, tipik avropalının özünü üstün sayma eqoizmidir.

“Doun sindromu” bədəndə struktur və funksional dəyişikliklərlə xarakterizə olunur. Başqa sözlə, “Doun sindromu” – genetik bir problem olaraq insanın təbii xromosom cütündən bir xromosomun daha artıq olması, yəni, normalda 46 xromosom sayının 47 olması şəklində özünü göstərən irsi xəstəlikdir və xəstəlik uşağa yalnız anadan keçir.

Müşahidələr göstərir ki, “Daun sindromlu” uşaqlar erkən qurulan nikahlarda və gec övlad sahibi olan ailələrdə də rast gəlinə bilər, amma əsasən, yaşlı qadınlarda daha çox rast gəlinir: 35-40 yaşlı hər 400 qadından 1-nin belə övlad dünyaya gətirməsi ehtimal oluna bilərsə, 40-45 yaşlı hər 80 qadından birinin övladı “Daun sindromu” ilə doğula bilər. Yəni, yaş artdıqca bu ehtimallar da artır. İkinci tərəfdən, “Daun sindromlu” körpənin doğulması yalnız anadan asılı deyil. Mütəxəssislərin fikrincə, burada atanın da yaşı rol oynayır.

Xarici ölkələrdə hamilə qadınların hər biri əvvəlcədən yoxlanılır. Hamiləliyin, təxminən, 4-cü ayında uşağın “Daun sindromulu” olub-olmayacağı bəlli olur. Bu zaman anaya uşaqla bağlı məlumatlar verilir və hamiləliyin davam etdirilməsi ananın öz öhdəsinə buraxılır. Azərbaycanda perenital diaqnostika vasitəsilə uşağın “Daun sindromlu” doğulub-doğulmayacağını müəyyənləşdirmək olar.

“Daun sindromlu” körpələrdə bu xəstəlik tipik üz şəkli ilə özünü büruzə verir, amma bu üz ifadəsi bəzən sağlam, normal xromosom sayına sahib insanlarda da ola bilər. Monqol körpələrin inkişafı digər körpələrə nisbətən daha zəif bir şəkildə reallaşır.

“Doun sindromlu” uşaqlar, ümumiyyətlə, boy və çəki baxımından daha yavaş böyüyürlər, daha yavaş öyrənirlər, problem həll etməkdə və qərar verməkdə digər uşaqlara nisbətən çətinlik çəkirlər. Zəka səviyyələri normal uşaqlarda olduğundan aşağı olur. Ancaq erkən və qayğılı başlanan təhsillə zəka səviyyələrində yüksəliş ola bilər. Onlar hətta müəyyən peşə də əldə edə bilərlər.

Bu uşaqlar hərəkət və davranışlarına, eləcə də zahiri görkəmlərinə görə bir-birlərinə çox oxşayır, stereotipləri də eynidir: boyları qısa, kəllələri kiçik və yumru, qıyıq gözləri uzunsov və kiçik olur. Dilləri böyük, dişləri seyrəkdir, əzələləri və oynaqları zəif inkişaf edir. Üst göz qapaqlarının həddindən artıq qatlanmış , gözləri qıyıqdır və s.

Onlar süni olaraq monqollara bənzədikləri üçün bu xəstəliyə, yuxarıda qeyd etdiyimiz kimi, “monqolizim”, uşaqlara da (monqollara bənzəyən mənasında) “monqoliot” və ya “monqol” deyilmişdir. Bu ad 1866-cı ildə ingilis həkimi Con Langdon Doun tərəfindən qoyulmuş və son illər asiyalı elm adamlarının təzyiqi ilə xəstəlik həkimin adı ilə “Doun sindromu” adlandırılmışdır. 1959-cu ildə Jerome Lejeune tərəfindən 21 xromosomun trizomisi olduğu təyin olunmuşdur.

Göründüyü kimi, asiyalı elm adamları haqlı olaraq məsələyə elmi tərəfdən yanaşmağın həllinə nail olmuş və “monqolizm” xəstəliyinin adı artıq “Daun sindromu” ilə adlanmağa başlamışdır.

Məsələnin elmi tərəfi ilə yanaşı, ictimai-sosial tərəfləri də narahatçılıq yaratmaya bilməz. Doğrudanmı, monqollar, deyildiyi kimi, “tupoy”durlar?

Mənə elə gəlir ki, bu ifadənin, belə deyək, yanaşmanın hansısa əsaslı elmi səbəbi yoxdur. Ən azından, fikrimcə, türk xalqları tərəfindən yaradılan ifadə deyil. Olsun ki, xristian təfəkkür sahiblərinin yaratdığı ifadədir və insanalar, xalqlar arasında kin-ədavət yaratmağa xidmət edir. Acınacaqlıdır ki, bu səlibçilər özümüzünkünü pisləməyi bizim də beynimizə yeridiblər. Bu, daha çox türk xalqını istəməyən şovinistlərin dəsti-xəttidir.

Unudulmamalıdır ki, monqollar “tupoy” deyil, cəngavər xalqdır. Onlar kimi kimi güclü, döyüşkən və ən əsası ilk böyük imperiyaya məxsus olan başqa millət olmayıb. Dünyada ilk Anayasanı monqollar qəbul edib. Bu xalqın dövlətçilik təcrübəsi, ordu quruculuğu dünya üçün nümunə olub.Monqolların diz çökdürmədiyi millət qalmayıb. Elə isə onlara necə “tupoy” demək olar?

Biz özümüzü türk milləti hesab edirik və ilk türklərin özləri də monqollarla assimlyasiya olunublar Çingiz xan özü də daxil olmaqla. Çingiz xanın yaratdığı monqol-tatar (türk) imperiyasını, yeri gəldikcə, nümunə gətiririk.

Atıldığı savaşlarda ölümü saya almayıb silaha sarılan adama necə “tupoy” demək olar?

Monqollarda el misalı var, deyirlər ki, ən yaxşı güləşçilər ən az altı il ana südü əmmişlərdir. Elm də, həyat təcrübəsi də sübut edib ki, “tupoy”lar ana südü əmməyənlər arasında daha çox olur.

Cəsurluğu, gücü anaların südü ilə canlarına-qanlarına hopduran bir xalqa necə demək olar “tupoy”?

Çingiz Xan (1162 – 11 avqust 1227) – XII əsrin ortaları, XIII əsrin əvvələrndə yaşayıb. Monqol qəbilələrini bir bayraq altında biləşdirərək 1206-cı ildə Böyük Monqol imperiyasını yaratmış və bu imperiya 1368-ci ilə qədər mövcud olmuşdur.

Çingiz xan cahangirlik yürüşlərində hərbi qələbələrinə görə özündən əvvəl məşhur olan Makedoniyalı İskəndəri, Yuli Sezarı belə geridə qoymuşdur – az müddət ərzində məğlubiyyət bilmədən Asiyanı və Avropanın böyük hissəsini fəth etmişdir. Çingiz kimi cahangir yetişdirən bir xalqı necə “tupoy” adlandırmaq olar? Belə düşünən siyasi başlar utansınlar.

“Ana və Uşaq

 Yazıya əlavə: Bu yazı ilə bağlı oxuduğum  ayrı-ayrı məqalə və yazılarda indiyədək  Çingiz xan haqqında bildiklərimdən də maraqlı  məlumatlarla rastlaşdım. Həmin rastlaşdığım yazılardan bir yazı  mənə daha  maraqlı gəldi. Onu sizə də təqdim edirəm.

Akademik A. Olovintsov: “Çingiz xan monqol deyildi

“Moğol milləti tarixən mövcud olmayıb, bu siyasi addır” – deyə Çingiz xan tarixini araşdıran akademik Anatoli Olontsov iddia edir. O belə düşünür ki, XIII yüzillikdə Avrasiya məkanı Çingiz xan da daxil olmaqla türklərdən ibarət idi və bu türklər müxtəlif tayfalara bölünürdü. Daha sonra bütün tayfaları bir araya gətirərək onu “Monqolustan”, yəni “əbədi ordu” adlandırdı/

– Anatoli Qriqoreviç, nəyə görə düşünürsünüz ki, Çingiz xan Türk olub?

– Bir çox tarixi sənədləri araşdırandan sonra bu nəticəyə gəlmişəm. Özünüz bir düşünün, tarixdə Monqol dilində bircə söz də tapmaq mümkün deyil. Ancaq Türk dilində nə qədər istəsəniz, tapmaq olar. O dövrdən Çingiz xanın bir sıra hökmdarlarla olan yazışmaları qalıb. Onların hamısı Türk dilindədir. Mərkəzi Asiyadan Kubilay Xanın nəvələrinə göndərilmiş məktublar Türk dilində, qədim uyğur əlifbası ilə yazılıb. Bundan əlavə, böyük fatehin yaşadığı dövrdə üzərində türk dilində yazı olan Tau daşı bu günümüzə qədər gəlib çatıb. Əgər o dövrdə moğol dili var idisə, Çingiz xanın Türk dili nəyinə lazım idi?

– Bəs, monqollar necə peyda oldu?

– Belə bir etnik qrup ümumiyyətlə mövcud olmayıb. “Monqolustan” siyasi bir addır. Bunu ABŞ-dakı amerikalılar ilə müqayisə etmək olar. Amerikalılar kimdir? İngiltərə, Afrika, İtaliyadan, Fransa və başqa yerlərdən bura yaşamağa gəlmiş insanlardır. Yaxud biz hamımız əvvəllər Sovet xalqları idik, ancaq heç kəs sovet dilində danışmırdı. Qazaxlar Qazax Türkcəsində, ruslar Rus dilində danışırdılar. Çingiz xanın dövründə Asiya çöllərində yalnız türklər yaşayırdı. Onlar Tatarlara, Kereylərə, Cəlairilərə, Nayman oğullarına və s. bölünürdü. Qədim yazılarda deyilir ki, günlərin birində Çin səfiri Menxun Çingiz xanın görüşünə gedir, ancaq fateh özü orada olmur. Beləliklə, səfir Çingiz xanın valisi Muxalı ilə danışır. “Sən kimlərdənsən?” soruşur, o isə cavabında “Mən tataram” – deyir.

Əvvəllər tatarlar çox hörmətli idilər. Çingiz Xanı müxtəlif millətlərdən olan insanlar əhatə edirdi. O, öz dövlətini yaratmaq qərarına gələndə bütün millətləri bir ad altında birləşdirdi. Bəs, bu qədər çox millətli olan xalqı necə adlandırmalı? “Monqolustan” sözü isə “Menqu” – “əbədi” və “kol” – “ordu” sözlərindən yaranan ən neytral və güclü səslənən söz idi.

– Yəni, indi monqollar Türk dilində danışır?

– Yox. Hal-hazırkı Xalxa-Monqol dili mancurlar onlara qalib gəldiyi dövrdə, XVII əsrdə yaranıb. Monqollar Çini işğal edib və çinlilər onları qovana qədər 100 il burada hakimiyyətdə olublar. Çinlilər iki dəfə qətliam törətməklə əhalinin yarısını qılıncdan keçiriblər.

Çingiz Xanın ölümündən sonra isə elitar təbəqə arasında hakimiyyət uğrunda mübarizə başladı. Nəticədə isə, XVII əsrdə yerli əhalinin, özü Türk olub və türk dilində danışan insanların sayı 60 min nəfərə qədər azaldı. Bunu görən mancurlar Monqolustanı ələ keçirdilər. Onların dili Türk dilindən kəskin şəkildə fərqlənirdi. 100 il sonra dillərin qarışması nəticəsində hal-hazırda Xalxa-Monqol dili adlandırdığımız Tunqus-Türk-Mancur dili formalaşdı.

Əvvəllər monqollar tenqriçilər idi, yəni Gök Tanrıya inanırdılar. Lakin sonradan buddizmi qəbul etdilər. Buddizm onları mancurlarla birləşdirən yeganə ortaq nöqtə idi. Bu dövrdə istedadlı monqolustanlı gəncləri Çin, Tibet və Türk dillərini öyrənmək üçün Tibetə yollayırdılar. Həmin gənclər qayıtdıqdan sonra bu günümüzə qədər gəlib çatmış xatirələrini yazdılar. Bu yazılar artıq çin heroqlifləri ilə yazılmışdı. Alimlərin 30 illik araşdırmasına baxmayaraq, türk dilində yazılar tapılmadı.

– Çingiz Xan məsələsinə geri dönək. Onun Qazax olması ehtimalı varmı?

– İndi bunu demək çətindir. Düşünürəm ki, onun milli kimliyini öz tərəfinə çəkmək və onu Qazax adlandırmaq doğru deyil. Hərçənd indi hamı bunu etməyə çalışır. Tatarlar, hətta yakutlar belə iddia edir ki, milli kimlik baxımından Çingiz xan onlara məxsusdur. Bu doğru deyil. O Türk idi. Yalnız bütün dövlətləri birləşdirəndə monqol oldu. O vəsiyyət etmişdi ki, öləndə onu bu ölkənin torpaqlarında basdırsınlar.

– Yeri gəlmişkən, qazaxlar monqollara qaynayıb-qarışdıqdan sonra bir qədər qaraşın olublar. Ancaq siz iddia edirsiniz ki, əvvəllər sarışın olublar.

– Qazax xanlığı Çingiz xanın ölümündən 250 il sonra formalaşdı. Qazaxlar o vaxtlar həqiqətən sarışın idilər. Yeri gəlmişkən, Qazaxıstan ərazisində kurqanların birində tapılan Qızıl Döyüşçü də sarışın idi. Qazax xanlarının adını yadınıza salın: Kenesarı. Türk tarixində Toqum adında xan olub. Savaşda doqquz övladı ilə birlikdə ölüb. Sonradan bu hadisə haqqında “Toqız sarı”, yəni “Doqquz sarı” adlandırılan epos yarandı. Qazaxların qarışığı monqollarla deyil, çinlilərlə idi. Türklərdə Çin səddini keçib oralara hücum edən Mete adında hökmdar olub.

– Bəs, Çini işğal etməkdə türklərin marağı nə idi?

– Çay, ipək, minlərlə əsir götürülmüş gənc qızlar. Qarışıqlıq da məhz həmin cavan qızların dünyaya gətirdiyi uşaqlardan başladı. Çinə bu cür hücumlar min ilə yaxın davam etdi. Beləliklə, qazaxların xarici görünüşü dəyişdi. Sarışından qaraşına dönüşdülər.

Mənbə: http://www.tezxeber.com/news.php?id=2462

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı