Baş redaktordan

 Çox qürurlu bir anlar yaşayırıq.  Qarabağla bağlı atılan  hər addım, hər bir niyyət  zaman-zaman  qaysaq bağlamış yaralarımıza məlhəm olur. Demək istədiyim sözlər çoxdur. Amma hər söz yazmaq üçün, demək üçün deyil. Bizdən də uca və ali bilənlər , əlbəttə ki,  hər şeyi görür və bilir. Bilir ki, nəyi nə zaman , necə etmək lazımdır. Biz , sadəcə   səbirlə həmin anları gözləməliyik.Gözləyirik və gözlədiklərimizin hamısı da bir-bir gerçəyə çevrilir.

Paşinyan Cıdır düzündə  “ Camış bağa girdi” diringisinə atılıb düşürdü,  durduğumuz yerdə alışıb yanırdıq.    Xocalıda   hansısa abidə    yaratmışdılar. İsa bulağımız əsarətdə, Xydafərin əsarətdə. Kimin aölına gələrdi ki,  2 əsrdən artıq davam edən  təcavüz niyyətlərinə bir   “DUR, Qarabağ Azərbaycandır!” deyən tapılacaq.   Tapıldı və  biz Qarabağa qayıtdıq.  Küçə döyüşlərində üzbəüz erməni  quldurlarını şil-küt edib  özümüzə qaytardıq  musiqi beşiyimizi. Ölkəmizin başçısı Xanımı ilə Xudafərində, İsa bulağında oldu, Xocalıda əzəmətli abidənin təməlqoyma  mərasimində iştirak etdi.  Sani  cənab İlham Əliyevin iş yeri   Qarabağdır. Hər  fəaliyyəti, quruculuq işlərini şəxsən   diqqətə götürüüb. Hər gün bir təməlqoyma  mərasimində  quruculuq işlərinə sərf olunan vəsait  qayıdışımızın əbədiliyinə   zəmanət  deməkdir. Bunlar hamısı  Milli Ordumuzun əsgər və  zabitlərinin     hünəri ilə mümkün oldu.

Üzü Novruza gedirik.   Hər bir evdə bayram hazırlığı var. Ürəkdolusu  tədarük görürük bayrama.  Keşiyimizdə siz, Vətənimizin, torpağımızın arxasında  Siz. Hər an  Siz  bizimləsiniz, dualarımızdasınız.Novruz and-amanımızın, dualarımızın  əvvəli   sizlə  başlayır, sonu sizlə qurtarır. Bu soyuqlu havada siz qarlı-çovğunlu aşırımlarda,  zirvələrdə keşikdəsiniz. Allah sizə  dpzüm versin, üşüməyin,    karıxmayın. Başınızdan bir tük əskik olmasın.   Hər biriniz  sağ-salamat evinizə, əzizlərinizə  dönəsiniz. Qarabağ bizim olsa da, hələ  düşmən pusqudadır. Olsun ki,  hələ çox məkrli niyyətlər quracaq.  Amma  Azərbaycan əsgəri bir daha yenilməz.

   Şəhidlərimizə min rəhmət.  Bütün şəhid ailələri, qazi ailələri Allah əmanətində.

Əziz əsgərlərimiz!  Bəli, bu günlər hər bir Azərbaycan ailəsi Novruzu gözləyir, hər bir Azərbaycan ailəsinin başı bu bayramın tədarükünə qarışıb.  Bilirsiniz, gözlənən  tək Novruz deyil. Hər bir əsgər  ana-atası  övladının yolunu gözləyir. Qurbanlıq bəsləyir… Nişanlılarınız üçün Novuz xoncası hazırlayır. Bu da son deyil…. “Yer var,   bir Günəşin həsrətindədir, burdasa hər evdə bir Günış yatır”…  Bu xalqın  qızları çox. Bəli, onların hər biri bir günəşdir… Onlar da   hər gün qapıdan, pəncərədən yollara boylanır, Sizi gözləyir…

.

Hamının gözlədiyi gəlsin..

Allah hamının gözlədiyini qismət etsin..

.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı