Baş redaktor

 Bəşər tarixində  insanlıq əleyhinə  törədilmiş  qırğınlar çox olmuşdur.   Bu tarixin yaddaşında   Xirosima  dəhşətləri var,  Nankin qırğını var, Osvensim,Yantinin,  Buhenvald, Xatın  harayı var, Srebrenitsa soyqırımı var, Xocalı qətliamı var…    

   Bu qırğınların qurbanları olmuş minlər, milyonlar var.       Mən Xocalı  qətliamının 32-ci ildönümündə  bu  acımızı paylaşmaq istəyirəm. 

 Çox amansız bir tarix oldu xalqımız üçün   26 fevral  1992-ci il…  Xocalıa adlı bu oğuz yurdu  bir gecədə  nankor qonşularımız tərəfindən yağmalandı.

O dəhşətli günlərdən doğulmamış körpələr var, Xarabazara çevrilmiş ölü əkin sahələri, bağçalar  var.   Budaqlarından nerik düşmüş  quşlar var , torpağa, havaya olan fiziki təsirlərdən  açılmamış  güllər var… Xarı bülbülün boynu bir az da əyilmişdi… Kənd oyunlarından, oyun yerlərindən məhrum olmuş yüzlərlə,  minlərlə  uşaq  təbiətin onlara bəxş etdiyi  bu haqqı ehtiyat yük stansiyalarındakı vaqonlarında, yardımşı  tikililərdə və  bağçalarda keçirməyə məhkum edildilər… Həmin  taleyi yaşamış Xocalıdan olan qardaş-bacılarımzın niskilini Telman adlı şairimiz bir şeirində çox  emosional təsvir etmişdi: 

Ürəyimdə dəfn olunub Xocalım,

Gözlərimdə, sel başına qalıbdı.

Hanı yurdun Bay-Becanı, Beyrəyi?!

İgid ölüb, el başına qalıbdı.

*****

Nər nəfəsi qaralıbdı bu kəndin,

Yolu-izi qaralıbdı bu kəndin.

Bağ-bağçası saralıbdı bu kəndin,

Bülbül uçub, gül başına qalıbdı.

*****

Bu kişinin şəhid olub obası,

Uçub evi, qaralıbdı sobası.

Taya üstə sancılıdı yabası,

Şum üstündə, bel başına qalıbdı.

*****

Vətən oğlu hələ qayıt, belə bax!

Bu dünyada fitnəyə bax, felə bax!

Qaçqın gələn el qızına hələ bax,

Daraq düşüb, tel başına qalıbdı.

*****

Bu torpağı mahal-mahal verdilər,

Yağı düşmən məskən salıb yurd elər.

Telman Tale öz-özünə vird elər,

Ağıl çaşıb, dil başına qalıbdı.

  İki əsrdən artıq davam edən erməni niyyətləri eninə, sərininə işləməkdə davam edirdi. Basaratımız bağlanmış, əlimiz gödək, dilimiz də qısa…

Ağ atlı  oğlan gələnə qədər  30 il keçdi… Nankor qonşu düçmənlər  əməllərinin cavabı olaraq  işğal etdikləri ərazilərdən iti qovan kimi qovdular… Onlar qovudular, havadarları da xəcil oldu… Bu gün ölkə başçımız Xocalıda oldu. Xocalıda soyqırımı memorialının təməlini qoydu. 

Sağ qalmış xocalıların sevincini   hansısa fiziki ölçü vasitəsilə  çəkiyə almaq olmaz.  Bu sevinc Ağdamımız, Füzulimiz, Laçınımız, Kəlbəcərimiz, Qubadlımız, Zəngilanımız, Xocalımız  boydadır, Qarabağ boydadır,  dünyamızın özü boydadır…    Bu təməlqoyma indiyə qədər  edilənlərə , edənlərə  çox sərrast  cavab olduğu kimi,   həm də 30 il  saniyəbəsaniyə içimizdə dövr edən qubara   şəfaverici  məlhəm oldu.  Cənab İlham Əliyevin   Qarabağa hər səfəri   bu əminliyimizi    daha da qranitləşdirir…

Çox  sağ olun, cənab Prezident!Allah  xalqımız qorusun! Allah  əsgər və Zabitlərimizi qorusun! Allah  Sizi qorusun!

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı