Əxlaq və mənəviyyat

Statistik məlumatlara istina etsək, bu gün dünya əhalisinin, təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Bəri başdan deyək ki, bu kateqoriya insanların bu və ya digər cəhətinə qüsurlu yarlığı qoymaq doğru deyildir. Ən birinci yanlışlıq da buradan başlyır. Axı qüsur yaxşı anlam vermir. Bir insanın taleyinə belə yazılıbsa, onu kar, kor, topal, daz və yaxud digər analoji ifadələri işlətmək , onun haqqında bu ifadələri işlətmək, bəzən hətta üzünə, özümədəniyyətsizlik və tərbiyəsizlikdir. alternativ kimi əlil – sözünü işlətməkdə düzgün deyil.
Onların arasında elələri var ki, həm də lap çox, sadəcə, belə insanlar həyatda öz yerlərini tapmaqda, ürəklərində, xəyallarında gizli qalan istedad və bacarıqlarını ifadə etməkdə çətinliklərlə üzləşirlər. Onları mütləq fəal cəmiyyətə bağlamaq lazımdır. Qanunlarımızda bununla bağlı çox humanist mövqe var. Qalanı insanlardan və bir də onların fəaliyyətini istiqamətləndirməyə, pasibanlıq etməyə müvəkkil edilmiş qurum və məmurlardan asılıdır.
Kitablardan bizə məlumdur ki, uzaq əsrlərin o tayında yaşamış Demosfen pəltək imiş . Kiminlə ünsiyyətdə olanda kəkələməsindən dedikləri anlaşılmazmış. O, güclü iradəsi və inadlı səyləri ilə bu fiziki qüsuru aradan qaldırmağa nail olmuş, hətta dövrünün ən məşhur natiqi olmaq səviyyəsinə nail olmuşdur.
Dünya musiqisinin məşhurlarından biri olmuş Lüdviq van Bethovenin eşitmə qüsuru olub.
Məşhur fizik Stiven Xoker hərəkəti idarə edən sinir sisteminin zədələnməsi xəstəliyinə görə ömrü boyu əlil arabasına möhtac olub Həkimlər onun 21 yaşına kimi yaşayacağı rəyini vermişdilər. Amma bu fenomal şəxsiyyət ailə qurdu, 3 övladı oldu və 77 il ömür sürdü. Bu nadir şəxsiyyət nəzəri fizikanın əsaslarını qoymuşdur: kosmologiya sahəsində elmi araşdırmalar onun adı ilə bağlıdır .

Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının pianoçusu Zaur Rüstəmovun adı musiqisevərlərə yaxşı məlumdur. Uşaq yaşlarından hər iki gözünün nurunu itirib. Amma həyat eşqini itirməyib. Musiqiyə meyil salıb, musiqi notları ilə işıq tapıb və hər işi hamımıza bəlli olan dünyanın dolanbac yollarını gözüyumulu keçib. Bənzərsiz musiqisi ilə çox qaranlıq beyinlərin kümcünü-bucağını işıqlandırıb aydınlığa çıxardıb.

Daşkəsəndən Etibar Həsənzadə adlı gəncimiz var. Uşaqlıından qıcolma səbəbindən hərəkət imkanları tam məhdudlaşıb, insanlarla təbiətlə ünsiyyət vasitəsi əlil arabası olub. Amma Etibarın həyat eşqi çox güclü olub. Ədəbiyyata, musiqiyə, təbiətə bağlılığı hər zaman yüksək olub. Orta təhsilini başa vurndan sonra Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirmişdir. “Könlümlə söhbət” adlı ilk şeirlər toplusu iə ədəbi aləmə yol başlamışdır.Bundan sonra “Duyğular dinsin” , “Gecikmiş etiraf”, “Bir həyat romanı”, “Sevgi bəstəsi” , “Nurla gəldi, Nurla Yaşadı, Nurla getdi” kitabları nəşr edilmişdir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezident təqaüdçüsüdür.
Şeirlərini oxuduqca heyran qalmaya bilmirsən ki, bir insanda həyat sevgisi necə möhtəşəm ola bilirmiş.
Belə nümunələr çoxdur. Həyatdır, bu gün də var, sabah da olacaq. Amma biz ətrafımızda olan hər bir insane, xüsusilə fiziki imkanları məhdud olan insanlara çəpəki baxıb keçməməliyik. Onları görməyi, qiymətləndirməyi bacarmalıyıq. Qəlb şairim Cabir Növruz necə gözəl mənalandırıb :
Tələsin, insanlar, şadlıq görməyə,
Qəm qüssə görməyə gecikin bir az.
Tələsin, insanlar, deyib-gülməyə,
Göz yaşı tökməkdən bezikin bir az.
*****
Siz hərdən çıxarın xatirinizdən
Həyatda pislik var,qəm var, kədər var,
Siz hərdən çıxarın xatirinizdən
Həyatda dəhşətli faciələr var.
*****
Xəyallar qoynunda uyuyun təmiz,
Ömr edin, yaşayın fikrinizdə nur,
Siz elə zənn edin planetimiz
Xeyirxahlıq üstə fırlanır,durur.
*****
Tələsin, tələsin, tələsir zaman,
Düzəlməz işə də düzəldi deyin,
Hərdən qocaya da gəncsən cavansan,
Hərdən kifirə də gözəldir deyin.
*****
Səs salın səmaya, suya, torpağa
Bu yola çağırın nəsilləri də,
Tələsin,adamlar əldən tutmağa,
Fəqət ev yıxmaqda qalın geridə.
*****
Nə olar, bu dünya uçmayacaq ki,
Dərdli ürəklərin sevinci olun,
Siz günah yumaqda birinci, ilkin,
Günah işləməkdə mininci olun.
*****
Tələsin yaxşılıq daşımağa siz,
Onun yollarını tutub kəsməyin,
Tələsin ömr edib, yaşamağa siz,
Ölməyə, ölməyə çox tələsməyin…




