Sevgi körpüləri və “Sevgini kilidləmək” ənənəsi ( I yazı )

Virtual səyahət

Körpü deyiləndə ağlımıza gələn ilkin məna uşaq vaxtı  kənddə yaşayanda   tarlanı, bağı, bağçanı suvarmaq üçün açılan arxln və ya kanalın  bu tərəfindən  o biri tərəfinə keçdiyimiz  tirlər və ya ağac gövdələri gəlir.

Qonşu kəndlərə  gedərkən , nisbətən, 2 böyük çayın  üzərinə uzadılmış  uzun tirlər də yadıma  gəlir. Yanaşı qoyub üstündən də  ya bütöv, ya da plitə taxtalar vurardular, kənarlarından da məhəccər çəkərdilər ki, insanlar    üstündən  keçəndə  bu  məhəccərlərdən  tutub keçsinlər, yıxılmasınlar.  Ta məktəbi qurtarana kimi, indiki körpü anlayışlarımız olmayıb. Dəmir və ya beton körpü görməmişik. Böyük dağ çaylarının üstündən  bir tərəfdən digər tərəfə belə  nəhəng körpü necə salmaq  olardı ki?! Odur ki,  ya çayı maşınla keçməli olurduq ,  ya da  atla. Heç  biri olmayanda  isə  soyunub düşürdük çaya.

Amma  körpü təkcə arxların, çayların üstündə qurulmur ki.  Ən qədim insanlar

müxtəlif yerlərdən keçmək üçün  hələ o vaxtlardan  körpü kimi keçidlər   yaratmışlar.  Belə keçidlər, adətən,    ağac, daş, kəndir, məftil  kimi materiallardan  hazırlanırmış.  Zaman-zaman insanların təfəkkürləri genişləndikcə, yeni texnologiyalar mənimsənildikcə, daha  nəhəng,  memarlıq üslubunda daha yaraşıqlı  körpülər meydana gəldi.  Daha sonra körpü anlayışının yaratdığı  fiziki məna yeni məzmun  kəsb etmyə  başladı. “Körpü”  sözü 

“sevgi” sözün sinonimi oldu:

sevən gənclərin  dəruni  hisslərini bir qəlbdən digərinə daşıyan  xoşməramlı  vasitəyə çevrildi. Maraqlıdır ki,  dünyanın böyü şəhərlərində   elə bu adla  körpülər də var: “Sevgililər körpüsü”.

Bu gün  Almaniyada,    Amerikada, İngiltərədə, Fransada,   İtaliyada, Kanadada, Avstraliyada, Romada, Vyetnamda, Rusiyada, İrlandiyada, eləcə də,  Avropanın daha neçə  başqa ölkəsində simvolik “sevgi  körpüləri”   yüz munlərlə  sevgi sirrini  hifz etməkdədir. Və  həmin körpülər bu özəllikləri ilə  mövcud olduqları ölkələrə yüz minlərlə turist marağını stimullaşdırır.

Dünyanın müxtəlif şəhərlərindən “Sevgi körpü”lərinə  gələn bu sevgililər, eləcə də eclənən cütlüklər  toy günərində  bel məkanıara üz tutur,  həm sayahət edir,  həm də romantik anlar yaşayır. Sevgilərini   simvolik şəkildə əbədiləşdirirlər: qıfılların üstünə  adlarını və sevgilərinin tarixini  həkk edir, sonra əl-ələ verərək, sanki körpünü bağlayır və açarı dənizə atırlar.

Bəs  öz məhəbbətlərini əbədiləşdirmək üçün qıfılı bağlamaq ənənəsi necə yaranıb?

  Bununla bağlı Avropada iki hekayət var. Birinci hekayətin tarixi  ən azı 100 il əvvələ gedib çıxır:

Birinci Dünya müharibəsi zamanı Nada adlı bir serb qızı Relia adlı zabiti sevirmiş. Onlar nişanlanıblar, amma odlu-alovlu məhəbbətin şirinliyini doyunca dadmamış  müharibə başlayır  və Relia döyüşmək  üçün Yunanıstana gedir . Bir müddət sonra o,  Nadanı unudur və Korfuda özünə yeni sevgi tapır. Müharibə bitdikdən  sonra Nada və Relia nişanlarını pozurlar. Nada bu sarsıdıcı zərbədən heç vaxt özünə gələ bilmir və bir müddət sonra bu sevgi uğursuzluğuna dözə bilməyib  həyatdan köçür. Bu hadisədən sonra  gənc qadınlar öz sevgilərini qorumaq üçün qıfıllara öz adlarını və sevgililərini yazmağa başlayırlar və bu qıfılları həmin körpüdə Nada ilə Relianın görüşdüyü körpünün məhəccərlərinə bağlamağa başıayırlar.  Birinci Dünya müharibəsi ilə əlaqəli bu faciəli serb hekayəsi tarixdə “Sevgi kilidi”nin formalaşmasının tətbiqi hesab olunur.

“Verniajka Banja” körpüsü adlı bu körpü Serbiyanın Verniajka Baniya şəhərinin 15 körpüsündən biridir və həm də ən məşhurudur.  Sevgiləri öz qoynuna səslıyn ilk körpü (“Most Lubavi) məşhurdur.

İkinci  hekayət isə  məşhur italyan yazıçısı Federiko Moccia’nın 2006-cı ildə yazdlğı iki romanı – “Tre Metri sopra il Cielo” (Göydən üç metr hündürlükdə) və “Ho Voglia di Te” (Səni arzulayıram) ilə bağlıdır. Romanın  iki əsas qəhrəmanı olan Step və Bobbi də sevgilərinin simvolu olaraq Ponte Milvionun şimal tərəfindəki üçüncü küçə lampasının dirəyinə bir  qıfıl bağlayır və açarını Tiber çayına atırlar.

Yerli sakinlərin dediyinə görə,  məşhur yazıçı  və şair Desanka Maksimoviç  bu şəhərə çoxsaylı səfərlərində   bu faciəli hekayə  haqqında eşitmiş və  təsirlənərək 

“Sevgi üçün dua” adlı şeir yazır və  bu şeir çox keçmir ki,gözəl mahnı mətninə çevrilir .

Sevgi üçün dua (Sətri tərcümə)

Qısa ömürlü yarpaqlar kimi sürətli

və bu məhəbbət taclanacaq və əziləcək:

susayan qaranlıq mənbəyi unudur.

İlahi, başqaları sənə xoşbəxtlik və əmin-amanlıq üçün dua edir,

və mən: ürəyində saxla, əsir et,

dünənki idarə olunmayan uşaq arabası.

İndi qızıl kimi ruhumu bağla

sinə, onu sevgi məbədi et.

Oh, ruhum xoşbəxtlik üçün dua etmir –

keçmişin bütün sevincləri məhv olsun –

amma səndən soruşur

bu günü dəhşətli gəmi qəzasından xilas etmək üçün.

Sizin köməyiniz olmadan hər şey tez baş verəcək

yetişmiş buğda və kətanda xaşxaş toxumu kimi.

Ay Allah, mən xoşbəxtlik, sevinc, şirinlik istəmirəm.

Qorxuram bu ağrı ölməz;

qoy içimdə alov parlasın

birdən-birə toz-toz olma,

bir gecədə ehtirasda alovlanmayın.

Sevgi körpülərində qıfıla ad yazıb, sonra da  kilidləyib , sonra da açarı kiminsə ələ keçirə bilməyəcəyi yerə atmaq və yaxud  harasa bağlama sevgini fiziki  mənada   bağlamaq kimi başa düşülməməlidir.  Əksinə, bu addım aşiqlərin   bir-birlərinə  verdiyi romantik, bir az da   ərkəsöyün and-amanıdır.    Yəni, bu sevginin   açarı  sevən tərəflərin öz əllərində və ürəklərinsəsir: kimsə onu aça, idarə edə bilməz.  Başqa Avropa ölkələrində də “Sevgini bağlamaq” haqqında  belə hekayətlər var.  Göründüyü kimi, sevgilərini körpüyə bağlayan və yaxud çaya atan bütün sevgililər üçün  ortaq bir cəhət  var: onlar bu qıfılları bir-birlərinə olan sevgilərinin simvolu hesab edirlər və qıfıllarının açarını çaya ataraq  demək istəyirlər ki,  kimsə bu sevgiyə toxuna bilməz, bu sevgiyə müdaxilə edə bilməz.

“Mala Strana” məhəlləsi – Praqa, Çexiya

Praqa həvəskarları sevgi qıfıllarını bağlamaq və qıfıllarını sevgi körpüsünün məhəccərinə asmaq üçün “Mala Strana” məhəlləsinə gedirlər. Bu,   bir  körpüdür. Mala Strana şəhərin ən qədim və ən gözəl rayonlarından biridir. Praqa qalasının ətəyində yerləşən Kiçik şəhər bir vaxtlar Kralın yol marşrutunun bir hissəsi idi .  Sərt daşlar döşənmiş  küçələr orta əsrlərə aid mənzərəli evlər, gözəl saraylar, kilsələr, restoranlar və  suvenir mağazalarla əhatəlınir. Rastınıza çıxmış hər hansı  xiyabana çevrilməkdən çəkinməyin . Siz bu xiyabanlarda tamamilə özünüzü tovuz quşları, meyvə ağacları və gölməçələri olan tənha bağlar və parklarla dolu gözəl, sakit bir məhəllədə tapacaqsınız. Çexiya parlamenti və əksər nazirliklər bu sahədə toplaşdığından, burada  hər şey qüsursuzdur.

“Aşiqlər körpüsü” –   Moskva

  Əvvəldə qeyd etdiyimiz kimi, dünyanın ən məşhursevgililər körpüləri  Vyetnam, Almaniya,
Fransa, Çin, İtaliya, Sloveniya, Cənubi Koreya və Amerika ölkələrindədir. Belə sevgi məkanı Rusiya da  var. Moskvadakı   “ Aşiqlər körpüsü”dür. Moskva  müəyyən mənada  romantik şəhər kimi tanınmasa da, moskvalılar və Moskvanın sevgili qonaqları üçün   görüş yeri var. Bu,  süni dəmir ağaclarla bəzədilmiş “Vodootvodnıy kanalı”nın üstündə salınmış körpüdür.  İndi burada hər birində yüzlərlə, hətta minlərlə qıfıl olan  dəmir ağaclar var . Hər birində   bir sevgi hekayəsi olan  dəmir ağaclar…

 Bu körpünün ilkin adı  “Lujkov” körpüsüdür.Tretyakov İncəsənət
Qalereyasının bir hissəsi olduğu üçün “Tretyakov körpüsü” kimi də tanınır.

2007-ci ildə Moskvanın  şəhər rəhbərləri körpünü  yüklənməkdən maksimum qorumaq   üçün  “sevgi qıfılları”nı  bağlamaq üçün körpünün üzərinə dəmir ağacları
yerləşdirdmək haqqında qərar qəbul etdilər. İndi sevən gənclər qıfıllarını  körpünün məhəccərlərinə deyil,  bu dəmir ağaclara bağlayacaqdılar.  

Moskvanın “Aşiqlər körpüsü”  az bir zamanda   populyarlaşmışdır, bunun bir  səbəbi də 
 Rusiyada gənc cütlüklərin toygünü körpüyə gəlməsi  və bir-birlərini
öpməsi ənənəsidir. Bu cütlüklər körpünün üstündə adları əbədi olaraq çızılmlş  bir kilid qoyur və   açarlarını da Kujkov çayına atırlar . Hazırda bu körpünün üzərində minlərlə dəmir qıfıl var və bu, çox gözəl mənzərədir.
Dünyanın başqa ölkələrində də oxşar işlər görülsə də, Moskvanın dəmir ağacları
sevgililər üçün ən romantik və xüsusi yer hesab olunur.

Huang dağı (Çin)

Çindəki Huang dağındakı hasar sevgi qıfılları ilə doludur. Açarlarını isə  sahibləri  tərəfindən   davamlı sevgi ümidi ilə  dibigörünməz vadiyə atılır.

“Milvio” körpüsü- İtaliya

Roma  romantik sevgi şəhəri kimi,   cütlüklərin ən sevimli məkanıdır. Bura gələn aşiq cütlüklər “Milvio” körpüsünə baş çəkməyi nəinki  unudar, heç  təxirə də salmazlar.  Aşiqlərin ilk işi elə  paytaxt Romanın  ən qədim körpüsündəki  sevgi xatirələrinə öz  sevgilərini  əlavə etmək, adlarını qıfıla həkk edib “Milvio” körpüsündə işıq dirəyinə asmaq,  açarını  Tever çayına atmaq  olar. Bununla sevgilərinin də, səyahətlərinin də  məzmununa  yeni bir ruh  gətirərlər və əmin olarlar ki, heç kim, heç nə ayıra bilməz..

Davamı va…