Əfsanə və rəvayətlər

Çox qədim zamanlarda bir kişi həyatın mənasının nə olduğu ilə maraqlanırdı… Nə qədər düşünürdü, hansı qənaətlərə gəlirdi, bunların heç biri onu təmin etmirdi. Bir çox adamlara da bu sualla müraciət etdi, bu dəfə də aldığı cavablar ona çatmadı. Bu kişi fikirləşdi ki, heç ola bilməz ki, bu sualın cavabı olmasın.

Diyar-diyar gəzb Amma bir cavabı olmalıdır dedi və kəndbəkənd gəzib bu suala cavab axtarmaq qərarına gəldi. Bu minvalla yola çıxdı, çoxlu kəndlər gəzdi, ölkələr gördü, hər xalqdan olan insanlarla həmsöhbət oldu, amma ürəyi istəyən cavab heç eşitmədi.
Ümidini itirəndiyi bir vaxt həmsöhbəti olan yaşlı baba ona deyir ki, mən sənə kömək edəcəyəm:
-Qarşıda o dağları görürsən, bir müdrik qoca yaşayır, istəsən get yanına, sənin axtardığın cavabı, bəlkə, o verər.
Həyatın mənasını axtaran adam sevincək yola düşür və xeyli vaxtdan sonra ona nişan verilən qocanın yaşadığı evə çatdı. Qapıdan içəri girdi , qoca ilə salamlaşdı. Bir qədər söhbət etdikdən sonra müdrikdən həyatın mənasının nə olduğunu soruşdu.
Müdrik dedi ki, bunun cavabını sənə deyəcəm, amma əvvəlcə imtahandan keçməlisən. Kişi qəbul etdi. Müdrik həmin adamın əlinə bir çay qaşığı verib zeytun yağı ilə doldurdu.
İndi çıxıb bağçada gəzintiyə çıxın, qayıdın bura… Sadəcə, diqqətli olun ki, qaşıqdakı zeytun yağı tökülməsin, bir damlası əskik olsa, hər şeyi itirəcəksiniz.
Kişi gözləri çay qaşığından ayırmadan bütün bağçanı gəzdi. Müdrik qocanın yanına qayıdanda isə zeytun yağı qaşıqda oıduğukimi qalmışdı. Müdrik qoca ondan soruşdu ki, bəs bağça necədi?
Adam çaşqın halda susdu… Dedi ki, qaşıqdan başqa hara baxdım ki, nəsə görəydim.
Müdrik indi isə dedi ki, yenə bağçada gəzirsən, qaşıq da əlində olacaq, amma bağçanı gözdən keçir və qayıt…
Kişi yenidən bağçaya çıxdı və gördüyü gözəlliklərə heyran oldu, doğrudan, həmin yer laləzar bir bağşa idi. Qayıdanda o, həmin kişidən soruşdu: “Bağ necə idi?”… O, kişi də gördüyü gözəlliklərə heyran olduğunu izah etdi. Müdrik gülümsəyərək dedi: “Amma qaşıqda bir qram da olsa, yağ qalmayıb” .
Həyat da belədir. Soğulandan çalışıb- vuruşub bir hədəfə doğru gedirsən. Ömrün axıb gedir, amma sən qalan heç nəyin fərqində olmursan.
Sadəcə, hər zaman hədəfi düşünürsən, ya da hədəfin bütün gözəlliklərin tam ortasında yaşamaq olur və ötüb keçən bütün vaxt sənin üçün mənalı olur… Odur ki, həyatın mənasını axtarmaq yox, yaşamaq lazımdır. Onda biləcəksiniz ki, yaşadığınız həyatın hər anı mənalıdır. Amma yaşamaq da yaşamaq kimi olmalıdır.

Mənbə: İnternet