Onlar belə danışır, mətbuat, televiziya da başqa mövzu tapa bilmir

Mövqe

Bu gün dünyada baş verənlərdən məlumat almaq, yeni nəsə öyrənmək çox çətindir. Hansı televiziyaya üz tutursan (dövlət televiziyalarə istisnadır), hansı mətbu vasitəyə nəzər salırsan, peşman olursan. Elə verilişə əvət olunanları, ekspert qismində dəvət olunanları görən kimi, anındaca əsəblərin pozulur.

Sona kimi baxmadan Kanalı dəyişməli olursan. Əmin olursan ki, boş-boş söhbətlər, dedi-qodular, ekranlaşdırılmağa layiq olmayan, utanc hadisələr məsələlər olacaq. Mətbu vasitələr də də eyni gedişat, eyni üslub…
Bu gün əksər mətbuatın cəmiyyətə təqdim etdiyi obrazlar, əsasən, şou sənətçiləridir. Mizan-tərəzi də onların şəxsi baxışlarıdır. Məgər onlar elin ağsaqqalıdır, ağbirçəkləridir? Və yaxud sənətşünasdır, akademikdir, Qulu Xəlilovdur, Əlfəddin Abdullayevdir, İsmayıl Şıxlıdır, Nəbi Xəzridir, Həsən Əliyevdir?! Yadıma keçən əsrin 70-ci illəri düşür. Məktəbli idik. Bizim yaşımıza uyğun “Göyərçin”, “Pioner”jurnalları, “Azərbaycan pioneri”qəzeti vardı. İndiki bütün mətbu vasitələrin ideolojisini bir yerə cəm etsələr, adlarını çəkdiyim jurnal və qəzetlərin ideologiyamıza verdiyi fayda qədər fayda verə bimirlər. Daha sonra “Gənclik”, “Azərbaycan qadını”, “Kənd həyatı”, “Azərbaycan”, “Ulduz” jurnalları , “Azərbaycan gəncləri”, “Sovet kəndi”, “Bakı”, “Kommunist” qəzeti daxil olmadığı ev, ailə yox idi. Yolda-iridə əlində qəzet olmayan bir Allah bəndəsi olmazdə.Hamı bir ehtiyac duyardı mətbuata. Axtarardı, ehtiyac duyardı onu alıb özünü evə çatdırmağa. İndi belə ehtiyac yoxdur. Ehtiyac var ey. Sadəcə, insanların informasiya ehtiyaclarına cavab verə biləcək mətbuat, radio və televizya yoxdur. Xoşlamadığımız qəzet və jurnalları almayacağıq. Onda ümid qalır internetə və televiziya kanallarına, bunlar da belə. Gecənin bu vaxtı indi təqdim etdiyim fikirlərimi yazmağa məni məcbur edən internetdə razt gədiyim bu yazı oldu: “Efirdə doğmaqdan, neçə dəfə ərə getməkdən danışırlar” – Müğənni kimlərin adını çəkdi? (Bax: https://lent.az/xeber/maqazin/efirde-dogmaqdan-nece-defe-ere-getmekden-danisirlar-mugenni-kimlerin-adini-cekdi-40619594?fbclid=IwY2xjawF-QkZleHRuA2FlbQIxMQABHeVsVwG394y2KGBfm8PEt_E2W8xKIpQGLoYjGopnOs1Hvhe0UCJvaKhVXQ_aem_7Mr2ql-ftXyOMEyDOQUeag)

Şöhrət bəy, heç mahnılarınızdan xəbəriniz varmı? Olsun ki, Bəstəkarlar İttifaqının xəbəri yoxdur, amma gərək özünüzün olsun… Öz yazdıqlarınızdan, yaratdıqlarınızdan razısınızmı ki, şou aparıcılarını dəyərləndirirsiniz.

Siz televiziyaşünassınız? Aparıcılar haqqında dediyiniz fikirlər sizin şəxsi fikriniz ola bilər, amma cəmiyyətə təqdir edə bilməzsiniz. Axı təriflədiyiniz aparıcılar şou auditoriyası üçün maraqlı ola bilər. Cəmiyyət bütövlükdə şou auditoriyası deyil ki. Deyirsiniz ki, efirdə daha çox doğmaqdan, boşanmaqdan, neçənci dəfə ərə getməkdən söhbət gedir…. Auditoriyaya əxlaq dərsini bu söhbəti aparanlar,onların moderatorları keçir. Bu adamların heç bir günahı yoxdur. İdeoloji sahəyə rəhbərlik edənlər ciddi düşünməli, ciddi də addım atmalıdır. Mətbuat və televiziya tükənib.Yazmağa, göstərməyə mövzu tapmırlar. Hamısı bərbəzəkli otaqlarda oturub qəzetçilik, televiziyonçuluq edir. Bizim mətbu vasitələr Nadirdən əl çəkə bilmir. Zaur Kamalın oğluna avtomobil almağa sponsor axtarırlar. Nadir deyir ki, evimdə usta işlədirəm. Xörəyi özüm bişirirəm. Hər gün ət xörəyi olmazsa olmaz. Düşük söhbət…Dənsiz söhbət. Belə söhbət necə informasiya yükü daşıya bilər?

Adınızı ilk dəfə eşidirdim, maraq üçün internetdən 2 mahnınızı (mahnı demək olarsa) tapıb nəzərdən keçirdim.Özünüz yazıb, musiqi bəstələyib, özünüz oxuyursunuz… Belə mahnılara musiqi düzənləyənə bəstəkar demək olarmı? İnternetdə nəzərdən keçirdiyim hər iki mahnınınızı təqdim edirəm:
O, sənsən
Söz: Dildarə Eyyubova və Şöhrət Məmmədov
Məni kimsə tamamlamadı sənin qədər.
Kimsə üçün qorxmadım ki, bir gün gedər.
Niyə səni itirməkdən qorxuram?
Nəfəsim kəsilir, olmasan darıxıram.
Hərdən ürəydə sevinc, hərdən qəmsən.
Hərdən gözdə gülüş, hərdən nəmsən.
Hər dərdimə dərd ortağım,
Mənim illərdir ki, gözlədiyim o sənsən.
Sənsiz günlərlə bütün bağları kəsirəm.
Sənlə bir ömür yaşamaq üçün tələsirəm.
Mənim hansı əməllərimin savabısan?
Ağlımdakı hər sualın cavabısan.


Ölürəm Yar -Şöhrət Məmmədov ft. Rəhim Rəhimli
Hamının qəlbində bir nəfər olur
Niyə bəs mənə bu sevgi zəhər olur
Qalıram şəkillərlə baş başa
Uzanır gecələr ta səhər olur
Hamının qəlbində bir nəfər olur
Niyə bəs mənə bu sevgi zəhər olur
Kim ayrı düşür dərd qəm içində
Kim yarı yanında bəxtəvər olur
*Nəqarət*
A gözəl halım yamandır
Ölürəm yar ölürəm
Həsrətin zülmü əyandır
Ölürəm yar ölürəm
Yadlara satma amandır
Ölürəm yar ölürəm
Qovuşaq bəlkə zamandır
Ölürəm yar ölürəm
Ey səltənətim, ey bəxtiyarımQeyd
Ey səbri qərarım ixtiyqrım
Sən gedəndən yoxdur qərarım
Gəl həyatı sevdir mənə yarım

Qeyd: Hər iki mətn mənbədə necə verilibsə, o şəkildə də təqdim etdik.


Belə nümunələrdn sonra aparılan bütün ideoloji işlər əbəsdir. İstər mahnılar olsun, istər mətbu yazılar olsun, istər şou televiziyalarının bəzəkli studiyalarda paylaşdıqları olsun. “Zərif hisslərimə heyfim gəlir”…
Çıxın şəhərə, şəhər təsərrüfatının qayğılarından yazın, problemləri müşahidə edin, həllinə çalışın. Repetitorluq təhsilimizə ciddi zərbələr vurur. Gün ərzində , baxırsan, sinifdə dərs almalı uşaqlar, repetitor yanına tələsirlər. Dərs vaxtıdır məktəblərin ətrafında sərgərdan gəzən uşaqlar var. Dərsliklər və dərs vəsaitləri ilə bağlı ciddi problemlər var və sair. Elə hamı yapışıb şou mövzularından, krinal xəbərlərdən. Adam yaşamağa qorxur. Dünyada insanlıq adına həqarət gətirən nə qədər hadisələr var, mətbuat onları tirajlamaqdadır.
Mətbuat, televiziya insanlarda inam, ümid yaratmalı,incə, zərif duyğular tərbiyə etməli, kamilləşdirməlidir….