Kişi və qadın ürəkləri arasında 12 fərq

Maraqlı məlumatlar

Kişi və qadın arasındakı bioloji fərq hər iki cinsin qəlbinə də aiddir. Bəs, kişi və qadın qəlbləri hansı fərqləri göstərir? Aşaöıdakı məqalədətəfərrüatlara varaq:

 1. Qadınların ürəyi kişilərin ürəyindən 60 qram kiçikdir.
 2. Damarlar daha incədir.
 3. Ürək döyüntüləri daha çox olur.
 4. Damarlar daha həssas olur.
 5. Xəstəliyi aşkar etmək çətindir.
 6. Böhrandan sonra daha həssas olur.
 7. Atipik şikayətlərə səbəb olur.
 8. Daha çox döyünür.     
 9. Kənar təsirlərə daha çox həssasdır.
 10. Qan laxtalanmasına daha çox meyllidir.
 11. Onların damarları daha davamlıdır, lakin…
 12. Testlərdə aşkar etmək daha çətindir.

Qadınların ürəyi kişilərdən, əlbəttə,  daha həssasdır

Qadının ürəyi həssaslığın, kövrəkliyin simvolu kimi  yüksək dəyərə malikdir. Bu, elmi cəhətdən də sübut olunmuş bir həqiqətdir. Üstəlik, qadınlarda ürək damarları daha incə, daha həssas və büzülməyə daha çox meyllidir. Onlar həmçinin kişi ürəyi ilə müqayisədə ölçü baxımından çox fərqlidirlər. Qadınların ürəyi kişilərdən daha kiçikdir. O, mümkün böhrana qarşı daha həssasdır! Dünyada əsas ölüm səbəbləri arasında yer alan ürək xəstəlikləri “kişi xəstəliyi” kimi qələmə verilsə də, 40 yaşdan yuxarı qadınların yarısı ürək-damar xəstəliklərindən dünyasını dəyişir. Qadın ürəyi ilə kişi ürəyi arasında çoxlu fərqlər var. Bu fərqlər qadın ürəyinə daha diqqətli yanaşma tələb edir. Kişi və qadın qəlbləri arasında 12 fərq və görüləcək ehtiyat tədbirləri…
1. 60 qram kiçik
Qadınların ürəyi kişilərdən daha kiçikdir. Orta hesabla qadın ürəyinin çəkisi 118 qram olduğu halda, kişi ürəyinin çəkisi isə 178 qram və daha çoxdur.
2. Damarlar daha incədir
Qadın ürəyinin damarları daha incədir. Kişilərdən orta hesabla 1 mm daha nazik olması damar müdaxilələrini daha çətinləşdirir.
3. Ürək döyüntüləri daha çox olur
Qadınlarda qapaq quruluşu daha boşdur. Qapaq xəstəlikləri və əlaqəli ürək döyüntüsü şikayətləri daha çox olur.
4. Damarlar daha həssas olur
Qadınlarda ürəyin damarları daha həssas olur və sıxılmaya daha çox meyllidir. Kiçik damarlarda müvəqqəti daralma diaqnozu çətin olan ürəklə əlaqəli sinə ağrısına səbəb olur.
5. Xəstəliyi aşkar etmək çətindir
Qadın ürəyindəki xəstəliyi aşkar etmək çətindir, EKQ və stress testləri çox vaxt normal olur. Klinik şübhə və risk faktorlarını nəzərə alaraq əlavə testlər aparılmalıdır.
6. Böhrandan sonra daha həssas
Qadın ürəyi insultdan sonra zədələnməyə daha həssasdır. İnfarktdan sonra ölüm nisbəti kişilərə nisbətən daha yüksəkdir.
7. Atipik şikayətlərə səbəb olur
Qadın ürək xəstəliyi tez-tez atipik tapıntılar yaradır. Kişilərdə sinə ağrısı qabarıq olsa da, qadınlarda təngnəfəslik, halsızlıq, yorğunluq və şişkinlik ön plana çıxa bilər. Bu, diaqnozda çətinliklərə səbəb ola bilər.
8. Daha çox atır
Qadınların ürəyi kişilərdən daha çox döyünür. Məsələn, kişilərdə orta gündəlik nəbz 70-72 olduğu halda, qadınlarda 78-82 arasındadır. Bu da qadınlarda ürək döyüntüsü və nəfəs darlığı şikayətlərinin daha çox olmasına səbəb olur.
9. Kənar təsirlərə daha çox həssasdır
Qadın ürəyi dərmanların kənar təsirlərinə, xüsusilə həssasdır. Aritmiya riski kişilərə nisbətən daha yüksəkdir.
10. Qan laxtalanmasına daha çox meyllidir
Qadınların ürəyi kişilərə nisbətən daha çox laxtalanmaya meyllidir. Doğuşa nəzarət həbləri istifadə edən və siqaret çəkən qadınlarda bu risk daha aydın görünür.
11. Onların damarları daha davamlıdır, lakin…
Qadın ürəyinin damarları xəstəliyə daha davamlıdır. Kişilərlə müqayisədə damar xəstəliklərinə tutulma riskində 10 illik fərq var. Ancaq bu fərq menopozdan sonra yox olur.
12. Testlərdə aşkar etmək daha çətindir
Qadın ürəyinə təsir edən damar xəstəliyi tez-tez bir damarı daha çox təsir edir. Bu, testlərdə pozğunluğu aşkar etməyi çətinləşdirə bilər.
İdeal çəkini qorumaq, hipertoniya və ya diabet kimi mövcud xəstəliklərin müalicəsini laqeyd etməmək, siqaretdən uzaq durmaq, nizamlı idman etmək, Aralıq dənizi pəhrizi ilə sağlam qidalanma və stresslə mübarizə aparmaq zərif qadın ürəyini sağlam saxlayacaq.

Müəllif: Prof.Dr. Ihməd Qarabulud
 Qeyd: Yazl tərcümə materialıdır.