Assuriyalılar nikahı gəlinin başını örtməsi ilə qeydə alırmışlar

Etnoqrafiya

Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri Mahatma Qandinin ailənin, ər-arvad birlikdəliyinin fəlsəfəsi haqqında çox doğru bir qənaəti var: ” Nikahın qarşıya qoyduğu ideal – cismani yaxınlıqdan başlayıb mənəvi birliyə çatmaqdır. “

Biz gözümüzü açıb ətrafda belə gördük. Kitabda da belə idi , ekranda da, həyatda da. Hansı evə getsəydin , bir ədəb-ərkan, ailə aurası dolurdu içinə, hisslərinə, fəhminə. Sphbət hamımızdan gedir, bütün rayonlardan gedir. İndi deyil belə. Hələ köhnə nəsillərdən az-çox qalanlarımız var, Allah ömür versin. Onlar da haqq dünyasına qovuşandan sonra necə olacaq bizim işimiz. Qədim assuriyalılar nikahı gəlinin başını örtməsi ilə qeydə alırmışlar.. Fikir verin: gəlin köçən qızın ata evindən yeni evə yola düşdüyü zaman əmanət kimi son rəmz duvaq. Assuriyalılar da bunu evlilik həyatının ilk vacibatı kimi dəyərləndirib, yalnız bundan sonra nikahı rəsmiləşdirirlərmiş. Amma bizim xalqın elə gözəl, mənalı toy adətləri olub ki, bütün xalqlara örnək ola bilər. Məsələn, “Qız bəyənmə”, “Qızgördü”, Xəbər göndərmə, “Hə almaq”, “Elçilik”, “Nişan”, “Xonça gətirmə”, “Bayramlıq”, “Danışıq”, ” Paltarbiçdi”, “Xınayaxdı”, “Kəbin kəsdirmə”, “Gəlinlik paltarı”, “Gəlinbəzəmə” “Bəylik paltarı”, “Qız toyu”, “Gəlinaparma”, “Oğlan toyu” “Üzəçıxdı”, “Üçgünlük”, Gəlinin qırxgünlüyü” “Gəlingördü”, “Ayaqaçdı”, “Qonaqçağırma”… Bunların hər birinin öz ruhuna uyğun dərinfəlsəfi mənası var. Bunlar bizim özəl kanaların tirajladığı əttökən şou verilişləri deyildi. Türk xalqlarının düşmənləri üçün, əvvəcə, bizi dədə-baba dəyərlərindən uzaqlaşdırmaq lazım imiş. Bir xalqın əxlaqını, mənəviyyatını aşınmaya məruz qoyub, sonra da onun özünü vəhşi bir tayfa etməyi düşünənlər yanılırlar. Bizim Ttorpaqlarımız 30 ildən artıq işğal altında idi. Müzəffər sərkərdənin müzəffər ordusu torpaqlarımızı azad edib, Xarl bülbülün rübəndini üzünə qaytarıb. Hesab edirik ki bərpa və quruculuq işlərimizin əsashədəflərindən biri də milli-mənəvi dəyərləri dirçəltməkdən ibarət olacaqdır.

Aşağıda müxtəlif saytlardan tərcümə edərək təqdim edəcəyimiz məlumatlar dünya xalqlarının ailə, sevgi haqqında düşündükləri və etik görüşləridir. Baxın, müasiləşəkmi, ərənlərimizin cazibəsinə qayıdaqmı?

Anaveushaq.wordpress.com

Eşq sözü farsca sarmaşıq mənasını verən “aşeka” sözündəndir.

Qədim əsrlərdə “arvadbazlıq” sözü nəticəni uzatmaq mənasını verirdi.

Bilinən ən qədim sevgi məktubu eramızdan əvvəl 2500-cü ildə Mesopotamiyada hökmranlıq edən Şumer kralı Su-Sinin həyat yoldaşı tərəfindən daş lövhəyə yazılmış mətndir.

İlk nikah sənədi Mesopotamiyada tapılıb.

Bal ayının bal ayı adlandırılmasının səbəbi Şimali Avropada qaçırılan qızların yerini yalnız yemək və bal gətirən qohumların bilməsi idi.

1598-ci ildə flört “zəhlətökən” mənasını verirdi, lakin sonrakı 100-200 il ərzində “dəvət çağırmaq, qovuşmaq” kimi dəyişdi.

Romalılar toy peçenyelərini əzib, bərəkət simvolu olaraq gəlinin başına atırdılar.

Romada bəylə gəlin eyni peçenye yeyərdilər. Bu, müasir toy tortunun köklərindən biridir.

 Assuriyalılar nikahı gəlinin başını örtməsi ilə qeydə alırdılar.

Yunanlar sol əlin üzük barmağında damar olduğunu iddia edirdilər. Deyirdilər ki, bu damar eşq damarıdır və ürəyə qədər gedir. Ancaq bu gün sübut olunub ki, üzük barmağına xas belə bir damar yoxdur.

Evlilik tarixi

Evlilik cəmiyyətlər tərəfindən bir çox fərqli şəkildə qəbul edilmiş və tətbiq edilmişdir. Bəzi cəmiyyətlərdə evlilik anlayışı belədir:

Çin: Çində evlilik sevgi ilə deyil, tamamilə ailələr tərəfindən təşkil edilirdi. Və bunun üçün bütün hazırlıqlar ailələr tərəfindən görülüb. Ailələr daim gəncləri ailə qurmağa təşviq edirdilər.

Qədim Misir: Qədim Misirdə daxili nikah mövcud idi. Fironlar taxt-tacı sevdikləri üçün bacıları ilə evləndilər. Nikahların davamlı olaraq bu şəkildə olması ictimaiyyətdə də öz əksini tapıb. Digər cəmiyyətlərlə müqayisədə boşanma nadir hallarda baş verirdi və qadın hökmranlığı nəzərə çarpırdı.

Qədim Yunanıstan: Qədim Yunanıstanda sevgi evlilikdən sonra başlayır. Bəy qayınanasına hədiyyələr alır, qızın atası isə cehiz hazırlayırdı.

Şumerlər: Şumerlərdə evlilikdə çoxlu qanunlar və qaydalar var idi. Atalar və analar övladları üzərində bərabər hüquqlu olduğu halda, bir-birləri üzərində bərabər hüquqlara malik deyildilər. Əgər kişi aldadılıbsa, arvadını edam cəzasına məhkum edə bilər və ya uşaq sahibi ola bilmirsə, onu boşaya bilərdi.

Bundan əlavə, evlilik bir çox xalqlarda və dinlərdə müxtəlif yollarla başa düşülüb, həyata keçirilib və müqəddəs hesab edilib.

Qeyd: Yazı  tərcümə yolu ilə təqdim olunur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.