Təbriklər

Yanvarın 11-də bir şirin balamızın — Bakı şəhəri 291 nömrəli Ekologiya liseyininn 5 A sinfinin şagirdi Ümid Şıxməmmədlinin 11 yaşı tamam olur.
Necə gözəl adı var Ümidin… Ümid arzu edilən bir şeyin ola biləcəyinə inanmaq, ümid etmək və bu inamdan doğan daxili fərəh anlamına gəlir. Bu adı Qorqud babamız sənə özü verməyibsə də, gen yaddaşımızda, ruhumuzda yaşamaqda davam edir. Ümid bala, dilimizdəki bütün antroponimik vahidlər (şəxs adları) yaranma əsaslarına görə igidlik, şöhrət, gözəllik, dini-mifoloji və digər məzmun daşımaqdadır. Bu adlar artıq dilimizə uyğunlaşmış, özlərinə leksik mühit qazanmış, şirinləşmişdir.
Hə, Ümid bala, bir qədər də əvvələ qayıdaq. Onda sən hələ yox idin. Sevgi çiçəyi kimi hələ açacaqdın. Amma sanki varmış kimi idin. Təkcə ata-anan yox, o tərəfin də, bu tərəfin də ata-anaları övladları elə sən yaşda olandan arzu ediblər ki, oğlumuzu/qızmızı sağlam böyüdək, oxudaq, toy edək, özləri boyda nəvələrimizi görək, oxxay edək.. Bu ümidə küsənib üzü xeyirli sabahlara göz açıblar. Və bir də görüblər ki, duaları allah qatında qəbul olunub. Evlənməli oğulları, bir ailənin, bir nəslin Gəlini/Qadlnı/Anası olmaq şərafətində qızları var. Niyə bu niyyət çiçək açmamalı idi ki və açdı da . Hər iki tərəfin qohumları sevindilər, muştuluq payladılar, bir də göyə əl uzadıb hamıya belə qismət arzuladılar. Beləcə, bu ailənin sevincli günləri başladı. Bu körpə özüylə “Ana”, “ Ata”, “Baba”, “Nənə”, “Əmi”,”Bibi”,”Dayı”, “Xala” kimi fəxri ad gətirmişdi.


Bir arı 100 qram bal toplamaq üçün bilirsiniz nə qədər zəhmət çəkir: bir gündə 200 hektardan çox sahə gəzir, 1 milyon çiçəkdən şirə götürür. Qət edilmiş yol 300 min km-ə qədər məsafəyə uçmaq deməkdir.
Bu,məsəfə ekvator boyunca 7 dəfədən çox fırlanmağa bərabərdir.
Bir uşaq dünyaya göz açanda çəkisi 3-4 kq, boyu 50-52 sm olur. 11 yaşa qədər qulluğunda durub, başına, sinəsinə, kürəyinə əl çəkib ürəkli olsun, kürəkli olsun deyə həmişə keşikdə olan anaların qayğılarını hansı ölçü vahidləri ilə hesablamaq, necə dəyərləndirmək olar?
Hələ sən və sənin həmyaşıdların bunları çox-çox sonralar dəyərləndirə biləcəksiniz, inşallah. Valideynlərinizi sevdiyinizi əməllərinizlə təsdiq edəcəksiniz. Ağıllı olun,yaxşı oxuyun. Sağlamlığınıza fikir verin.
Ad insanın yaraşığıdır. Yaxşı adı olmaq o adı daşıyanda məsuliyyət yaradır, motivasiyanı artırır. Və olur ki, insan özü də adına yaraşıq gətirir. Ümid bala snin valideynlərin, müəllimlərin kimi, Anaveushaq.wordpress.com onlayn qəzetinin kiçik heyəti də, izləyicilərimiz də buna ümid edir. Görürsənmi, nə fikirləşsək, hansı addım atsaq, bütün yollar Ümiddən keçir…


Ad günün mübarək!
Sənə can sağlığı, aydın səmalı, ata-analı, baba-nənəli dünya arzulayırıq.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!