…Sevginin cəfaslnı çəkənlər daha çoxdur

Poeziya buketi/Nəğmə çələngi

Getmə, getmə, gəl Xalq mahnısı

Getmə, getmə, gəl
Gözlərin aldı məni,
Kəməndə saldı məni,
Getmə, getmə, gəl, gözəl yar!
Getmə, getmə, gəl.

Amandır qoymayın,
Yar gözdən saldı məni.
Getmə, getmə, gəl, gözəl yar!
Getmə, getmə, gəl.

Amandır qoymayın,
Yar gözdən saldı məni.
Getmə, getmə, gəl, gözəl yar!
Getmə, getmə, gəl.

Elə bil qəsd elədi,
Gözləri məst elədi,
Getmə, getmə, gəl, gözəl yar!
Getmə, getmə, gəl.

Yar məni incitməklə,
Bilmirəm qəsd elədi,
Getmə, getmə, gəl, gözəl yar!
Getmə, getmə, gəl.

Qurbanam xan gözünə, nazla baxan gözünə, yar.
Qurbanam xan gözünə, nazla baxan gözünə, yar.
Yenə sürmə çəkmisən, evlər yıxan gözünə, yar.
Getmə, getmə, gəl.

Sənin ala gözlərin,
Canım alan gözlərin,
Getmə, getmə, gəl, gözəl yar!
Getmə, getmə, gəl.

Qorxuram birdən öləm
Yada qala gözlərin.
Getmə, getmə, gəl, gözəl yar!
Getmə, getmə, gəl.

Qurbanam xan gözünə, nazla baxan gözünə, yar.
Qurbanam xan gözünə, nazla baxan gözünə, yar.
Yenə sürmə çəkmisən, evlər yıxan gözünə, yar.
Getmə, getmə, gəl.

Aman, təklik əlindən — Xalq mahnısı

Haray getdi dəm əldən,
Qoymaz məni qəm əldən,
Gedirsə, dərd-qəm getsin,
Getməsin həmdəm əldən.

Aman, təklik əlindən,
Bidad, təklik əlindən,
Baş götürüb gedərəm,
Bivəfa yar əlindən.

Qərənfiləm, dəstəyəm,
Bülbüləm, qəfəsdəyəm,
Gedin yarima deyin,
Həsrətindən xəstəyəm.

Evləri var xana-xana — Xalq mahnısı

Evləri var xana-xana,
Mən kül oldum,ay aman, yana-yana.
Yaylığının yanı buta,
Məni saldın, ay aman, yanar oda…

Obaları oymaq-oymaq,
Yalan sözdürz ay aman, yardan doymaq…

Üzü gülər, ləbi qaymaq,
Yalan sözdür, ay aman, yardan doymaq,
Heç olmazmış, ay aman, yardan doymaq,
Yalan sözdür, yalan sözdür, yardan doymaq.

Noleydi — Xalq mahnısı

Mən aşiq oyanınca,
Mən yanım o yanınca,
Kəsim yastiğın yanın,
Yalvarım oyanınca.

Noleydi, yarım, noleydi,
Qapqara birçək olaydım,
Hamıya çirkin olsam da,
Yarıma göycək olaydım.

Təbriz üstü Miyana,
Gül sünbülə dayana,
Oxu, bülbülüm, oxu,
Bəlkə yarım oyana…

Gəl bizə yar – Xalq mahnısı


Ay dağlar səndə gözüm var,
Ay məndə dərdə dözüm var,
Xəbər verin yar gəlsin,
Ay ürəyimdə sözum var.

Gəl bizə, gəl bizə, gəl bizə yar,
Qurbanam o qaş-gözə yar.

Ay su gəlir arxa nə var,
Ay dolanır çarxa nə var,
Məndən öz yarim küsüb,
Heç bilmiəm xalxa nə var.

Ay mən aşiqəm, Gəncə var,
Ay Şəki, Şirvan, Gəncə var,
Yar yardan ayrılsada,
Məhəbbət ölüncə var…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!