Təbriklər

  15 yanvar  sinif yoldaşımız Fərid Məmişlinin doğum günüdür. Fəridin 11 yaşı tamam olacaq. Onun ad günü təbrikini yazdığım üçün sevinirəm.  

Fərid, bilirsən, niyə? Məktəb illəri haqqında  bir gözəl mahnı var:

Məktəb illəri…
Ömrümün ən şirin, duyğulu, qayğısız günləri,
Hər anı bir ömrə bərabər, sehirli günləri
Ən təmiz arzulu günləri….

  Biz bu gözəl, şirin və unudulmaz illərin qoynundayıq.  Amma bir gün də məzun olacağıq, doğma məktəbimizdən və müəllimlərimizdən ayrılacağıq.  Ona görə də bu gün həyatımızdakı  hər anı, hər hadisəni çox həssaslıqla xatirələşdirməli, yaddaşlarımıza köçürməliyik. Vaxt gələcək,  bu günləri çox arzulayacağıq.  Onda xatirələr köməyimizə gələr. Əlimizdən tutub bizi həmin gözəl günlərə qaytarar.
Əziz dostum Fərid, babamın kitablarından  sənin adının mənasını öyrəndim.
 “ Fərid”  adı ərəb sözü olub,  tək, nadir, yeganə olan, misli olmayan mənalarını ifadə edir. Qürurludur, həm də məsuliyyətlidir.  Hər kəs zirvəyə  can atar, tək olmaq arzulayar. Əlbəttə ki, bu,yaxşı mənadadır. Yəni, səni çox içindən seçək ki, Fərid əlaçıdır, olimpiada qalibidir, idmanda  həmişə qaliblər sırasında olur. Səmimidir, hamımızın sevimlisidir.  Avropanın ən prestij  universitetinə qəbul olub və sair. Bunlar bütün dostlarının arzusudur. Hələliksə sən də, biz hamımız da buna doğru yol gedirik.  Sənə uğurlar arzulayırıq. Arzu edirik ki,  hər zaman müəllimlərinin və dostlarının sevimlisi olasan. Valideynlərini həmişə uğurlarınla sevindirəsən.

 Ad günün mübarək!

Sinif yoldaşların adından Akif Əhməd

 

P.S. Anaveushaq.wordpress.com  Bakı şəhəri 291 nömrəli Ekologiya liseyinin V a sinif  şagirdlərinin təbriklərinə qoşulur, Fərid  balanı, onun müəllim və valideynlərini təbrik edir. Ümid edirik ki, biz Fəridin də, onun   digər dostlarının  da hər zaman uğurlarını eşidəcəyik.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!