Sosial psixologiya

Bəzi vəziyyətlər və ya obyektlərdə duyulan məntiqsiz və həddindən artıq qorxuya spesifik fobiya deyilir. Yunan dilindən tərcümədə “fobiya” “boyanmış, çirkli” deməkdir.
Ən çox rast gəlinənlər sosial fobiya və agorafobiyadır. Fobiyalara qarşı artan həssaslıq psixoloji narahatlığa səbəb olur.
Fobiyalar qadınlarda kişilərə nisbətən 2-3 dəfə daha çox ortaya çıxar.

Xüsusi fobiyanın 16 yaşından başlayır. Bir çoxları uşaqlığından bəri qorxularının olduğunu, bir qismi isə yetkinlik dövründən sonra meydana gəldiyini söyləyər.
Qorxuların səbəbi genetik, yəni irsi ola bilər. Xüsusi fobiyaların əmələ gəlməsində insanların yaşadığı mənfi hadisələrin rolu olduğunu düşünsək, doğru olmaz. Məsələn, liftdə qapalı qaldıqdan sonra lift qorxusu yaşayan, it tərəfindən qovalandıqdan sonra it fobiyası inkişaf edən insanlardan hamımızın xəbəri var. Ancaq bu cür təcrübələri olmayanlarda da fobiyalar rast gəlinir.
Məntiqsiz qorxunun əlamətləri – məntiqli və məntiqsiz qorxu əsnasında yaşananlar, yəni bədənimizlə zehnimizdə olan dəyişikliklər eynidir. Xüsusi fobiyalarda duyulan qorxu məntiqsizdir. Yüksək bir yerdən aşağı baxmaq bir çox insan üçün həyəcanverici, qorxuducu ola bilər, ancaq fobik adamda qorxu o qədər yüksəksir ki, yüksək binalara belə çıxa bilməzlər. Bəzən də normalda kimsənin qorxmayacağı vəziyyətlərdən qorxma kimi məntiqsiz qorxular ola bilər. Məsələn, şüşə qırıqlarının, bıçaq kimi kəsici alətlərin batacaq qorxusu kimi. İnsanlar bunların bir az gülünc hal olduğunun fərqindədir və bundan utandığı üçün fobiyalarından danışmaq istəməyə bilərlər.

Nələrdən qorxuruq?
Heyvan fobiyası — Ən çox görülən spesifik fobiya növüdür. Ən çox qorxulan heyvanlara pişik, it, quş, həşəratlar aiddir. Fobiyalar adamda qaçma davranışı inkişaf etdirir – heyvan saxlayan dostlarının evinə getməzlər.
Yüksəklik qorxusu — İkinci ən məşhur spesifik fobiya növüdür. İnsan yüksək binalara çıxa bilməz, yüksəkdən baxa bilməz, hətta otaqda pəncərəyə yaxın otura bilməz. Bir çox insan üçün keflə oturub istirahət edəcəyi eyvanlar belə insanlar üçün əziyyətdir.
Qan və yaralanma fobiyası — Xalq arasında “qan tutması“ olaraq da adlanan vəziyyətdir. Qan görəndə narahatlıq hissi çox insanda rast gəlinən bir xüsusiyyətdir. Bu zaman huşun itiməsi baş verə bilər. Belə fobiklər həyat qurtarıcı müdaxilələrdən belə qaçarlar. Bir çox insan bu qorxuya görə xəstəxanaya getməz, xəstə insanlara baxa bilməz, tibbi mövzularla əlaqədar televiziya proqramlarını seyr etməz. Bu cür insanlar həkimlik və tibb bacısı peşəsini seçməzlər.
Qaranlıq fobiyası (Akluofobiya)— Bağlı, qaranlıq və sıxlıq olan yerlərdə duyulan qorxudur. Bu vəziyyətlərdə tipik nümunələr arasında lift, bağlı tavanlı otaqlar və dəhlizlər, qapıları bağlı və sıxlıq olan avtobuslar, yeraltı keçidlər, metro sayıla bilər. Əsas qorxuları bu yerlərdə sıxılıb qalmaq, çıxa bilməmək, nəfəs ala bilməmək, boğulmaqdır. Belə insanlar kinoya və teatra gedə bilməz, getsələr də qıraq kreslolarda oturar. Boğazlı geyimlərdə narahat ola bilərlər.

Ümumiyyətlə, fobiyalar yaranma yerinə görə üç qrupa ayrılır: Obyektiv fobiya — həşərat, kəpənək, it, iti uclu əşya və s.
Vəziyyət fobiyası— Bağlı yer, açıq yer, lift, yüksək yer, qaranlıq və s.
Funksiya fobiyası — Yerini islatma, qaz çıxarma, tərləmə və s.
Bəzi fobiyalarda insanlar çox vaxt həkimə müraciət etmir. Bunun da ən əhəmiyyətli səbəbi fobiyaların xəstəlik deyil, xasiyyət, ya da şəxsiyyət xüsusiyyəti olduğunu düşünüməsidir. Fobiyanın müalicə edilə bilmədiyinin düşünülməsi də bir başqa əhəmiyyətli faktordur. Halbuki, spesifik fobiyaların müalicəsi mümkündür, üstəlik, müvəffəqiyyət nisbətləri yüksəkdir. Bu qorxuların müalicəsində dərmanların rolu azdır.

Fobiyalarımıza özümüz də qalib gələ bilərik, sadəcə istəmək kifayətdir.
Elmi ədəbiyyata istinadən, 500-dən çox fobiya növü var. Onlardan ön maraqlı görünən bəzilərinin adlarını aşağıda rəqdim edirik:
Qippopotomonstrosesuippedalifobiya: Ən uzun fobiya sözüdür; sözün uzunluğundan fərqli olaraq uzun sözlərdən qorxmaq deməkdir.
Anatidaefobiya: Bu fobiyası olan insan ördək tərəfindən izlənilməkdən qorxa bilər. Bu fobiya daha çox uşaqlıqda ördək hücumuna məruz qalan və ya onu təqib edən insanlarda olur.
Geletofobiya: Gülmək və ya istehza edilmək qorxusu. Bu fobiyası olan insanlar, ümumiyyətlə, ətrafdakı hər gülüşün onlara aid olduğunu düşünürlər. İnsanların çoxu gülməkdən, lağ etməkdən xoşlanmasa da, bu fobiyası olan insanların bu vəziyyəti içlərinə aldıqları və bu vəziyyətdən çox qorxduqları görülür.
Aripofobiya: Küçədən keçmək qorxusu . Bu fobiyası olan insanlar xüsusilə piyada keçidlərində böyük qorxu yaşayırlar.
Panfobiya: Bu , daim mövcud olan bir pisliyə inanma və nəticədə hər şeydən qorxma vəziyyətidir. Tibb ədəbiyyatında bu vəziyyət fobiya olaraq ifadə edilmir.
Ranidafobiya: Qurbağalardan qorxmaq.
Ksantofobiya: Bəzi rənglər istəmədən insanları əsəbiləşdirə bilər və bu, sarı rəng üçün narahatlıq vəziyyətidir. Bu fobiya insanlarda psixoloji və hətta hormonal narahatlığa səbəb ola bilər.
Obezofobiya: Bu fobiya kökəlmək qorxusu olaraq təyin olunur.
Poqonofobiya: Saqqal və ya saqqallı insanlardan qorxmaq. Bu fobiya uşaqlıqda saqqallı insanlarla əlaqəli pis bir hadisəyə işarə edə bilər.
Halitofobiya: Obsesif-kompulsif pozğunluğu olan insanlarda tez-tez görülən bu fobiya, ağız qoxusunun fobiyası olaraq təyin olunur.
Qlobofobiya : Balonlardan, xüsusən də partlayan balonlardan qorxmaq. Bu insanlar bir mühitə balonla girəndə böyük narahatlıq yaşayırlar.
Qametofobiya: Evlənmək qorxusu . Bu fobiyası olan insanlar ümumiyyətlə bir mühitdə diqqət mərkəzində olmağı sevməyən və sosial həyatlarında çətinlik çəkənlərdir.
Qinofobiya: Anası, böyük bacısı, müəllimi və ya insan üzərində böyük təsiri olan hər hansı bir qadın haqqında pis xatirələri olan və bu insanlar tərəfindən pis rəftar edilən insanlarda tez-tez görülən qadın qorxusudur.
Seksofobiya: Cinsi fəaliyyətlərdən və ya cinsiyyət orqanlarından qorxmaq. Keçmişdən gələn pis xatirələr, ailə təhsili və ya dini, sosial təzyiqlər insanda bu fobiyanın yaranmasına səbəb olur.
Aritmofobiya: Uşaqlıqda və ya yeniyetməlikdə riyaziyyatla bağlı pis xatirələri olan insanlarda tez-tez rast gəlinən rəqəmlərdən qorxmaqdır.
Nomofobiya: Telefonun olmaması qorxusu deyilən bir fobiyadır ki, bu gün fobianın ən çox yayılan formasından biridir. Bu fobiyası olan insanlar telefonsuz çölə çıxdıqda özlərini əsəbi hiss edə bilər və bu vəziyyətdən çox qorxurlar.
Triskaidekafobiya: Xüsusilə Qərb ölkələrində rast gəlinən bu fobiya 13 rəqəmindən qorxu deməkdir. Qərb mədəniyyətində 13 rəqəmi bəxtsiz sayılır, amma bizim mədəniyyətimizdə bu fikir çox deyil.
Tafefobiya: bu qəbir qorxusu və diri-diri basdırılmaq qorxusu deməkdir. Bu fobiyası olan insanlar ölü hesab edilməkdən və buna görə də basdırılmaqdan qorxurlar.
Texnofobiya: Qabaqcıl texnologiyadan qorxmaq. Son günlər texnologiyada böyük yeniliklər və süni intellektin inkişafı bu fobiyası olan insanların narahatçılıq və gərginlik səviyyəsinin artmasına səbəb olur. Süni intellektin inkişafı və pisləşməsi bu insanların ən böyük qorxularındandır. Venustrafobiya: Bu fobiya gözəl qadınların qorxusu kimi tanınır. Bu fobiyanın səbəbi özünə inamın aşağı olması ola bilər. Bu fobiyası olan insanlar hətta gözəl gördükləri qadının gözlərinin içinə baxmaqda çətinlik çəkə bilərlər. Tetrafobiya: Xüsusilə Şərqi Asiya ölkələrində görülən bu fobiya dörd rəqəmindən qorxmaq deməkdir. Bu fobiya Şərqi Asiya ölkələrində o qədər yaygındır ki, bəzi liftlərdə dörd rəqəmi yoxdur. Roller Coaster Fobiyası: Boy,hiss, təzyiq və yüksək sürətdən yaranan bir fobiyadır. Bu fobiyası olan insanlar Roller Coaster-ə minəndə özlərini etibarsız və çarəsiz hiss edirlər. Androfobiya: Ata, qardaş və ya müəllim kimi həyatlarında əhəmiyyətli kişi fiqurlar tərəfindən uşaq və ya gənclərin sui-istifadə etmələri və ya onların pis xatirələri nəticəsində yarana bilən kişi qorxusu olaraq təyin olunan bir fobiyadır. Xronofobiya: Zaman anlayışından və ya zamanın tərəqqisindən qorxmaq. Koumpoonofobiya İnsanların geyinməkdə böyük çətinlik çəkməsinə səbəb olan bu fobiya paltarın düymələrindən qorxma mənasını verir. Kimofobiya: Kiçik və ya böyük dalğalardan qorxmaq. Apifobiya: İnsanlarda tez-tez görülən bu fobiya arı qorxusudur. Uşaqlıqda arı sancması və ya yaxınlıqdakı bir şəxs insanda bu fobiyanın yaranmasına səbəb ola bilər.
Asimmetrifobiya: Tez-tez rast gəlinən bu fobiya qeyri-simmetrik obyektlərdən qorxmaqdır.
Atelofobiya: Mükəmməl olmamaq qorxusu.
Araxibutirfobiya Görülmüş ən maraqlı fobiyalardan biridir. Fıstıq yağı yeyərkən damağa yapışmaq qorxusu.
Maqnofobiya: İnsanın yaxın mühitində psixoloji problem yaşayan və ya davam edən insanların olması nəticəsində yarana bilən dəli olmaq qorxusudur.
Paraskavedekatriafobiya: 13-cü və Cümə qorxusu.
Peladofobiya: Keçəl insanların qorxusu və ya keçəl olmaq qorxusudur ki, bu da azyaşlı uşaqların keçəl insanlardan təsirlənməsi nəticəsində görülür.
Fobofobiya: Bu insanlar yeni qorxular əldə etməkdən qorxurlar və buna görə də onları qorxudacaq yeni məlumatlar əldə etməkdən çəkinirlər.
Penterafobiya: Evli insanların qayınanalarının həyatlarına çox təsir edəcəyindən qorxmaq.
Politikofobiya: Siyasətçilərdən qorxmaq.
Taxofobiya : Yüksək sürət qorxusu.
Transfobiya: Ümumilikdə homofob insanlarda görülən bu fobiya, transgenderlərin qorxusudur.
Tripanofobiya: Xüsusilə uşaqlarda tez-tez görülən bu fobiya iynə və ya peyvənd qorxusudur.
Gefirofobiya: Bu, körpü qorxusu deməkdir və bu fobiyası olan insanlar körpüləri keçməkdən qorxurlar.
Heliofobiya: Günəşdən, günəş işığından və ya parlaq işıqdan qorxmaq.Bu fobiya gündəlik həyatda bir çox problemə səbəb ola bilər.
Hipnofobiya: Ümumiyyətlə, qeyri-sabit həyat sürən və ya tez-tez kabuslar görən insanlarda görülən bu fobiya yuxu qorxusudur.
Filemafobiya: Öpüşmək və ya öpməkdən yaranan gərginlik.
Eyzotrofobiya: Güzgüdə özünün və ya başqasının əksini görmək qorxusu olaraq təyin olunur.
Ablutofobiya: Adətən kiçik uşaqlarda müşahidə olunan çimmək qorxusudur.
Pediofobiya: Kuklalardan qorxmaq. Bu fobiyası olan insanların robotlardan və ya manikenlərdən də qorxduqları görünür.
Klaustrofobiya: Bu gün tez-tez rast gəlinən bu qorxu qapalı və alçaq yerlərdə olmaq qorxusudur.
Haptofobiya: Toxunulmaq qorxusu. Ona toxunmaq bu insanlarda yanma hissi yaradır.
Ksilofobiya: Meşələrdə ağaclardan və hətta taxta əşyalardan qorxmaq.
Xerofobiya: Bir insanın xoşbəxt olmaqdan, hətta müsbət davranışlar nümayiş etdirməkdən və ya müsbət emosiyalar hiss etməkdən qorxmasıdır.
Tripofobiya: Bu fobiya bu gün tez-tez rast gəlinən fobiyalar arasında sayıla bilər. Bu, deşiklərdən qorxmaq və ya deşikli əşyalar tərəfindən narahat olmaq deməkdir.

Mənbə: Fasebook və https://nevroloq.az/fobiya-nedir-ve-hansi-formalari-var/

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.