Müzakirə

Televiziyanı şou əhlinin ixtiyarına buraxmaq olmaz.
Qulu Məhərrəmli – Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri doktoru, professor
Televiziyalarda, xüsusən özəl telekanallarda ciddi problemlərin olması ilə bağlı narazılıqlar obyektivdir. “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyevin “Şərq”ə açıqlamasından

Mətbuatda olduğu kimi, televiziyada məişət üslubundan, vulqar ifadələrdən, kobud-yarqonlardan, şit hərəkətlərdən istifadə edən aparıcılar, onların verilişləri hər zaman qınaq mövzusu olub və olmaqdadır. Amma əməli nəticəsi yoxdur. Sanki bu , cavabdehlik və məsuliyyət üçün, sadəcə, kifayətdir, desinlər ki, bu kanalın yayımı müvəqqəti dayandırılıb, bu müğənni efirdə təhqiramiz ifadələr istifadə etdiyi üçün televiziyadan uzaqlaşdırılıb, bu müğənnilərə qadağa qoyulub, “Xəzər” telekanalında Kamal Dənizin “Çöl adamı” verilişinin yayımı dayandırılıb”, “ATV” telekanalında yayımlanan “Bizimləsən” proqramının efir yayımı yarımçıq dayandırılıb” və sair, və ilaxır. Bunlar nə məsuliyyət yaradacaq ki. Belə cəzalar adi bir quşun tükünü tərpətməyə yetərli olmayan sanksiyalardır. Lap uzağı cəzalanan aparıcı bu kanaldan o biri kanala dəyişilir, heç nə tapmasa, özü internet kanal açır və sair. Əgər hansı aparıcınısa, işlədiyi kanaldan uzaqlaşdırırlarsa, digər kanal dərhal ona qucaq açırsa, deməli, onda sonrakı kanal qəbul etdiyi aparıcının gəldiyi kanaldan aşağı kateqoriyaya mənsubdur.

Elə bil ki, bu qadağaların özü də belə şouçuları reklam etmək kimidir. Qadağalardan sonra ekranlarda da heç nə olmayıbmış kimi davam edir. Hələ bundan sonra bir az da çox təşəxxüs satırlar.
ARB televiziyasında “Həmin Zaur” verilişində ilginc “Yekə burun” müsabiqəsi elan edilmişdi… Zaur 7-ci sinif şagirdinə elçi getmiş, qızın anası qəzəblənmişdi,
“Zaur verilişinə qonaq dəvət etdiyi şou nümayəndələrinin zahiri görkəmlərinə əl gəzdirib-ğəzdirmədiklərini yoxlamaq üçün verilişinə avadanlıq gətirir, sertifikasiya olmasa da, diaqnostika aparır. Belə verilişlərinin birində aktrisa kimi təqdim edilən bir aktrisanın omba nahiyəsindən aşağıya doğru sürüşdürərkən aparıcının əlindəki cihazdan siqnal səsi yüksəlir. Zaur aktrisaya “Elə burandan şübhələnirdim”,- deyə gülümsəyir. Zaur az qala studiyanı tərk edib Xəzər TV-nin həyətinə çıxsın, “ Evrika!Evrika!” deyə qışqırsın, sonra da onun rəsmi olan panonu Xəzər TV-nin divarından assınlar. Niyə irad tuta bilən, qadağa qoya bilən bir kəs, bir qurum yoxdur? Niyə şou marşalları bütün verilişlərində qadın obrazı ilə reytinq naminə istədikləri kimi davrana bilsinlər? Bəyənmədikləri sovet ideologiyası dövründə qadının qadınlıq nişanələrini bildirən cizgilər, işarələr qırmız xətt sayılırdı, amma bunlar onu tapdalayıb keçir. Zaur, yoxsa, Xəzər TV ixtira edib bu dedektoru?Yoxdu axı belə cihaz. Rentgen tamam başqa, vağzalda, metro keçidlərində yad cismi müəyyən edən dedektor tamam başqa. Bədənin hansı nahiyyəsinəsə müdaxilə olunubsa, bunu aparat necə bilər ki? Bunu aparatsız da insan özü müəyyən edə bilər.

Ondansa elə cihaz icad edilsin ki və bu cihazla müəyyən etmək olsun ki, bu qadın sabah bir evin xanımı olanda hansı yeməkləri bişirə biləcək? Bu qadın yeməyə nə qədər duz tökmək lazım olduğunu bilirmi, düymə tikə bilirmi, 5-10 layla, bayatı bilirmi. Bu yaxınlarda toylarımızın birində bədbəxt hadisə baş vermişdi. Qonaqlardan birinin nəfəs borusuna yemək yeyərkən qida düşübmüş, həkim gələnə kimi isə həmin şəxs həyatını itirib. Niyə bu cür kanallarda faciəli hadisələr zamanı ilk təcili yardım prosedurları öyrədilməsin, məsələn, yanğın zamanı, zəlzələ vaxtı, eləcə də digər kritik vəziyyətlərdə . Televiziya da , mətbuat da xalqın sağlamlığı və rifahı üçün çalışmalıdır.Yoxsa illərlə çalışıb-vuruşub internet texnologiyalarına gəlib çatdıq, demokratiya əldə etdik ki, dövlətin yaratdığı bu imkanlar hesabına şou aparıcıları kitabxanaçıdan, müəllimdən, kommunal sahələrdə çalışanlardan yüksək maaş alsın, illərdir belə də davam edir…
Bunlar da bir yana. Bu qədər disqnostika, sertifikasiya keçirib ömürlərinin 30, 40-50 ilini çox az maaşla təhsilə, məktəbə fəda etmiş müəllimlərin ürəklərini qoppac ediblər. Bu diaqnostikanı da, sertifikasiyanı da televizyalara, mətbuata yönəldin nə olar, məmurları da keçirin sertifikasiyadan.
Ona görə də bu gün özəl televizya kanallarında, mətbu vasitələrdə, internet televiziyalarında heç bir olmazlar gözlənilmir. Bu səbəbdəndir ki, ölkədə fisqü-fücur halları artmağa meyillidir: hələ 3 il öncə 13 yaşlı qız 15 yaşlı oğlandan dünyaya uşaq gətirmişdi, indi də Ağcabədidə13 yaşında qız ana oldu, 3 yeniyetmə qız ailəni tərk edib yoxa çıxır və sair. Belə neqativləri cəmiyyətin diqqətinə çatdırmaq məmurların heç xoşlarına gəlmir və və onların sertifikasiya məsuliyyətləri də yoxdur. Belələri xalqa necə xidmət edə bilər?
Tolik Qarabağ qazisinə: “Kül təpənə, özünü vur divara -”, deyə təhqir etdi. Sevda Yəhyavanın atasının ünvanına: “Heç o vaxt bu papağına qusduğum kişi yox idi”, “Mən şəxsən bu kişini görsəm üzünə tüpürərəm! Sənin kimi ağsaqqalın üzünə tüpürüm, şərəfsiz, bigeyrət! Kişilikdən bixəbər!”; söyüşlü verilişləri də olub(Bax: https://www.youtube.com/shorts/WPsfTiV2RYM)
Sovet dönəmində həmin gün onun əmrini verib işdn azad edərdilər.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2018-ci ilin mart ayında ATV-də yayımlanan “ZAURla GÜNAYdın” verilişində aparıcı Zaur Baxşəliyevin efirə hamam xalatı ilə çıxmasına münasibəti dərc olunmuşdu.
Şuranın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov həmin vaxt mətbuata açıqlama vermişdi ki, “Zaurla Günaydın” verilişinin həmin hissəsi şoudur və burada qanunvericilik baxımından da, mənəvi dəyərlər baxımından da narahatlıq yaradacaq ciddi hal yoxdur.
Halbuki ATV AZ-n elektron səhifəsində bu, birmənalı olaraq şou layihəsi kimi təqdim edilib.
Ondan da əvvəl yenə Zaurun verilişində “yatan” qadının sosiska ilə oyadılması səhnəsi olmuşdu və Təvəkkül Dadaşov onda da açıqlama vermişdi ki, verilişdə milli dəyərlərə zidd olan heç nə baş verməyib. Məsələni başqa konteksə yönəltməyə çalışmayın…

Bizim sovet dövründə istər Musiqili Komediya Teatrında, istərsə Akademik Dram Yeatrında Toliklər, Zaurlar kimi ediblərmi?
Yadınızdadırmı, Zaur bir dəfə veriişində aktrisa Çimnaz Sultanovaya sual verdi ki, nə vaxt həyəcanlanırsan? Aktrisa dedi ki, hamam otağından çıxanda özüm-özümə güzgüdə baxanda çox həyəcanlanıram. Növbəti sualı isə belə olmuşdu ki,
mən sizi bilirsiniz nə vəziyyətdə görmək istərdim? Çimnaz da onu sözünü kəsərək demişdi ki, məni hamamda çox adam görmək istəyir. Amma olmaz, efirdir.
Sözlə oyunbazlıq etməkdə mahir olan digər şou aparıcıları kimi Zaur da istədiyi effekti yaradandan sonra məharətlə ədəb-ərkanlığa qayıtmaq istəmişdi ki, mən sizi qrimsiz görmək istəyirəm. Əzələn, yad qadını hansı vəzyyətdəsə görmək istəmək etik deyil. Əgər söhbətdə heç bir digər qatqı yox idisə, deyərdi ki, tamaşaçılar sizi bir dəfə də makiyajsız görsünlər. Görünür, şou aparıcıları mükalimələrini necə quracaqlarını, necə idarə edəcklərinin müxtəlif variantlarını əvvəlcədən ssenariləşdirirlər.
Verilişdən sonra bir çox saytlar da dərhal bu bu qeyri-etik görüşləri bir-iki günlük reytinqləri üçün manşetlərinə başlıq seçdilər : “Məni hamamda görmək istəyən çoxdur”, “Hamam otağından çıxanda özüm-özümə güzgüdə baxanda elə həyəcanlanıram” və sair .

Bir vaxt ARB kanalında yayımlanan “Həmin Zaur” verilişində “Yekə burun” müsabiqəsi də elan edilmişdi. Hesab edirəm ki, bu da insan obrazına bir hörmətsizlikdir. Əgər insan anadangəlmə belə doğulubsa, onu bu şəkildə müzakirə obyekti etməzlər. Bunların bəyənmədikləri sovet dövründə heç bir televiziya, mətbu vasitədə Qadın obrazı belə aşağılana bilməzdi. Amma, görün nə vəziyyətə gəlmişik ki, mentalitet, qınaq artıq əhəmiyyətsizdir, kara gəlmir.
Zaur layihə müəllifi olaraq, “Yekə burun” müsabiqəsini özündən icad etməmişdi: xarici telekanallarda belə müsabiqələr var. Amma xarici telekanallarda təbiət haqqında, canlı aləm haqqında çox maraqlı verilişlər, əyləncəli idman yarışları, elmi-fantastik verilişlər də var. Nə üçün bizim özəl kanallar belə verilişləri deyil, şou verilişlərini seçirlər. İstəyirlər ki, bütün mövzuların ortasına qadın gətirsinlər. Özü də diqqətdən yayınmamalıdır ki, bu şouçular belə seansları ancaq öz düşərgələrinə mənsub şəxslərin üzərində nümayiş etdirilər. Sadə vətəndaşlardan kimsə buna razı olarmı, deməli, bu cür hərəkətlər ailə dəyərləri üçün, el gözü üçün qəbuledilməzdir. Ortaya gətirilmiş obrazlar da çox vaxt təqdir olunmaq ucalığında olmurlar. “Gündüz saat birdə, gecə saat ikidə, küçədə, səkidə, televiziyada, radioda” hər vaxt bunlar danışır. Bu cür kanallar və mətbu vasitələr ancaq şou düşərgəsi ilə var ola bilirlər. Divin canı şüşədə olan kimi, bunların da informasiya/media məkanında davam gətirə bilmələri şou verilişləri ilə bağlıdır. Onlar yatırlar, mətbuat bunların yatmaqlarından yazır, dururlar, durmaqlarından yazırlar, ölkədən çıxmaqlarından, nə vaxt qayıtsalar, qayıtmaqlarından yazırlar. Sevməklərindən yazırlar, boşanmaqlarından yazır, hətta rəsmən boşanmaqlarını belə, vurğulayırlar… Bir vaxt adı çəkiləndə küz alması kimi qızaran qız/qadınlarımız indi deyir ki, mən hamamda çoxları görmək istəyər və yaxud aparıcı onun vücudunda dedektor gəzdirir ki, görək bu harasına “nizam” verib.

Davamı var…