Yaşayış binalarının ətrafında törədilən səs-küylər artmaqdadır və ya “ Gecə saatı” nədir

Etiket və nəzakət qaydaları

İnzibati Xətalar Məcələsinin 306 maddəsi :

“Məişət səs-küyünə qarşı mübarizə qaydalarını – mənzillərdə, yaşayış evlərinin girişində, həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtə saat 24-dən səhər saat 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səsələ oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə- vətəndaş xəbərdarlıq edilməklə yanaşı, 30 manatdan 50 manatadək cərimə ediləcəklər.”

Belə vaxt axşam saat 22:00-dan səhər saat 07:00-a qədər müəyyən edilir. Bunuyerli bələdiyyələr, mənzil istismar sahələri müəyyən etməlidir.Təbii ki, polis şöbələri ilə koordinasiyalı şəkildə. Təəssüf ki, paytaxt şəhərimizdə belə nizamlama hiss olunmur və yaxud heç yoxdur. Bəli, Bakı ölkənin baş şəhəridir, komendant saatı da mövcud deyildir. Onda bu qadağa hesaab olunmazmı. Xeyr, olunmaz. Bəs sən gecə saat 23:00-24:00-dan sonra insanların pəncərəsinin qarşısında sərgilədiklərin doğrudurmu? Qanun normalar, prinsiplər pozulduqda mütləqdir.
Qonşuların , eləcə də onlarla birlikdə olan dostlarını və ya qonaqlarının bağçada, həyətdə yaratdığı səs-küyü aradan qaldırmaq üçün onlara müraciətlə etdiyiniz nəzakətə məhəl qoyumazsa, bələdiyyəyə, MİS-ə və ya ərazi polis idarəsinə şikayət edə bilərsiniz.
Bu da nəticə vermədikdə, məhkəməyə müraciət edə bilərsiniz. Bu halda, qonşularınızın səs-küy salmasının qarşısını almaq üçün qanuni tədbirlər tətbiq ediləcəkdir.
Bu davranış pozuntusu təkcə həyətdə olan səs-küylə deyil, sizdən yuxarıda və ya alt mərtəbədə yaşayan qonşuların bu cür hərəkətlərinə də aiddir.

Məsələn, yüksək səslə musiqi dinləmək, uşaqların oynadığı bəzi oyunlar və ağlama səsləri, evin parket döşəməsində hündürdaban ayaqqabılardan istifadə,
tozsoranla evi gecədən keçmiş təmizləmək , təmir işləri və sair bu kimi hallar belə hərəkətlərdir.
Təmir işlərini həftə içi günlərdə 10:00-18:00 arası etsəniz qonşularınızla səmimiyyətinizi pozmazsınız. Axşam saat 22:00-dan sonra səs səviyyəsini minimuma endirmək gözlənilən davranışdır. Saat 22:00-dan sonra yüksək səslə musiqi dinləmək, alət çalmaq, tozsoranı işə salmaq, paltaryuyan maşının səsi, yüksək səs tələb edən oyunlar dayandırılmalıdır.
Şənbə, bazar günləri bir çox insan üçün istirahət günü ola bilir. Qonşularınız həftə içi iş saatlarından fərqli olaraq həmin gün gec oyana bilər və ya sabah işə gedəcəkləri üçün tez yatmaq istəyə bilərlər. Ona görə də həssaslıq göstərilməli, qonşuluq münasibətləri daha üstün tutulmalıdır.
Bunlar öz həllini tapana qədər isə özüümz müəyyən addımlar atmağa məcburuq. Bununla bağlı aşağıdakıları etmək tövsiyə olunur:
1. Otaqda səsin nüfuzunu azaltmaq üçün pəncərələrə və divarlara səs izolyasiya materialları qoyun.
2. Qulaqlıqlardan və ya səs-küyü ləğv edən digər vasitələrdən istifadə edərək, yüksək səslərin şiddətini azaldın.
3. Yuxu üçün əlverişli atmosfer yaradın.Qaranlıq pərdələr quraşdırın .
4. Səs-küy yuxunuza və sağlamlığınıza ciddi təsir edirsə, həkimə və ya yuxu mütəxəssisinə müraciət edin.
5. Yaşlılar ictimai yerlərdə səs-küyə məruz qalmamaq üçün gec gəzintilərdən çəkinmələri daha yaxşıdır.

Qeyd: Yazıda internet mənbələrindən istifadə olunmuşdur.