Əslinə baxsaq, heç birimizin ürəyimizin fəaliyyətindən xəbərimiz yox

Maraqlı məlumatlar

Ürək var, arzusu qaranlıqları
İşığa qərq edir nurlu günəştək,
Arzu var, istəyir ayın, ulduzun
Verə gərdişinə yeni bir ahəng
Gözüm yox bunların heç birisində,
Tamam başqa şeydir qəlbimdən keçən: hal bilən,
hay verən ağlayan gülən
Bir ürək çırpınsa şeirlərimdə deyərdim:
Dünyanın xoşbəxtiyəm mən.

Ələkbər Ziyatay

*Ürəyin çəkisi 250-330 qramdır. Kişinin ürəyiqadının ürəyindən , adətən,  daha ağır olur.

*Ürəyin ölçüsü böyüklərin sıxılmış yumruğunun ölçüsü ilə demək olar ki, eynidir.

*Bir ömür boyu ürək təxminən 2,5 milyard dəfə yığılır.

*Ürək gündə orta hesabla 100 min dəfə döyünür.

* Ürək gündə təxminən 8500 litr qan vurur.
Bu rəqəmi təsirli bir görüntüyə çevirsəniz, belə bir miqdarda mayenin daşınması üçün nəhəng bir yanacaq tankerinə ehtiyac olacağını düşünün.

* İnsan bədənində arteriyaların, damarların və kapilyarların ümumi uzunluğu təxminən 150 min kilometrdir.
Müqayisə üçün: Yerin ekvatorunun uzunluğu üç dəfə azdır – 40 min kilometr.

* Ürək sağlamlığı üçün ideal yuxu müddəti gündə 7 saatdır.
Hər gün 9 saatdan çox yatsanız, infarkt və ürək-damar xəstəlikləri riski 50%-ə qədər artır. Ancaq müntəzəm olaraq beş saatdan az yatmaq daha pisdir: bu halda ürək xəstəliyi riski iki dəfə artır.

* Aşiqlərin ürək döyüntüləri sinxronlaşır.
İki nəfər bir-birinə qarşı oturub bir-birinin gözünün içinə baxsa belə, onların ürəkləri ritmlə döyünməyə başlayır. Eyni zamanda qadının ürəyi kişidən daha tez sevgilisinin ritminə uyğunlaşır.