Baş redaktordan

Mənim polisim məni qoruyur!

Qəhrəmanlıq, adətən, alov saçan güllə, mərmi yağışları altında yaranır, amma bəzən də sakit bir küçədə, hansısa bir çimərlikdə və yaxud qatarda. Adi günlərin qəhrəmanlığı bəzən adi kimi də görünməz qalır. Fəqət, qəhrəmanlıq, harada və necə yaşanmasından asılı olmayaraq, cəsarət və iradənin başqa adı, insanlığa xidmətin zirvəsidir.


Polis əməkdaşı — yalnız qayda-qanun qoruyucusu deyil, həm də xalqın içində, onunla nəfəs alan, gecə-gündüz sabitliyin və güvənin keşikçisi olan bir şəxsiyyətdir. Döyüşdə əsgər necə ön cəbhədədirsə, dinc günlərin cəbhəsində də bizim polisimiz var – hər səssiz təhlükəyə, hər gizli təhdidə qarşı ayıq, cəsur və qətiyyətli. Heç bilmir hansı an nə ilə üzləşəcək. Heç vaxt dəqiq ssenari olmur — hər an qəfil baş verən yanğın, qəza, oğurluq, təhlükə, fəlakət, çağırış, yardım… Və polis, hər dəfə öz təhlükəsini unudub bir insanın həyatına yetişir.
Əkrəm Dərxot kimi — yanan binada qadınları xilas edib özü huşunu itirən polis.

Namiq Nəsibov kimi — tapdığı pulu sahibinə qaytaran polis.

Vasif Sadıqov kimi — qan itirən gənci əlindən tutub neçə xəstəxana gəzir, ta ki həyatı xilas olsun.

Şəhid polislərimiz kimi — terrorun üzərinə gedən və geri dönməyən.

Bütün bunlar – qəzetlərin başlıqlarında bir-iki gün görünən, amma xalqın yaddaşında daim yaşayan qəhrəmanlıqlardır.
Azərbaycan polisi — təkcə qanunun təmsilçisi deyil. O, insanlığın, mərhəmətin, vicdanın ünvanıdır. Azərbaycan polisinin əlində yalnız rezin dəyənək deyil – ürəklərində torpaq, xalq sevgisi , mərhəmət, gözlərində məsuliyyət var. İctimai təhlükəsizlikdən tutmuş, sosial həssas qruplara yardım, uşaqlara məktəb ləvazimatı, qanvermə aksiyaları, tənha bir insanın əlindən tutmaq, qarda ilişib qalan avtomobilə kömək etmək, xəstəni xəstəxanaya çatdırmaq – polisimizin gündəlik həyatının bir parçasıdır. Bütün bunlar gözlə görünməyən qəhrəmanlıqlardır. Əgər bir insan bu təhlükəsiz mühitdə çay süfrəsi arxasında oturubsa, bir ailənin övladı qayğısız dərs oxuyursa, bir qızımız ayna tutub telinə sığal verirsə, – bunu mümkün edənlərdən biri də Azərbaycan pən görünməyən səngərlərdə. Onlar bizi qoruyurlar. Bizi, ailəmizi, yurdumuzu, sabahımızı. İctimai təhlükəsizlik, sosial həssaslıqlar, pandemiya dövründəki fədakarlıq, xilasetmə əməliyyatları, qanvermə aksiyaları, məktəbli uşaqlara dəstək, tənha insanlara qayğı – bu, artıq polisin sadəcə peşəsi deyil, xidmət fəlsəfəsidir. Siz yalnız bir peşənin deyil, xalqın etibarının, dövlətin sabitliyinin, millətin güvəninin ünvanısınız.

Bu peşəyə verdiyi əhəmiyyət, sistemli islahatlar və yüksək məsuliyyətli idarəçiliklə cənab nazir, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi altında daxili işlər orqanlarında vətəndaş məmnuniyyətini əsas tutan yeni bir keyfiyyət mərhələsi formalaşıb. Bugün bu fədakar xidmətin, görünməyən zəhmətin, gecə-gündüz dayanmayan keşikçiliyin bayramıdır. Siz yalnız bir peşənin deyil, xalqın etibarının, dövlətin sabitliyinin, millətin güvəninin ünvanısınız.
Bu şərəfli gündə – Azərbaycan Polisi Günündə, bütün bu fədakarlıqlar üçün sizi təbrik edirik, Azərbaycan polisi!

Bayramınız mübarək olsun!